GƏRMİ

f. 1) istilik, hərarət; 2) səy, çalışqanlıq.

GƏRMXİZ
GƏRMİYYƏT
OBASTAN VİKİ
Gərmi
Germi — İranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi. Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir. Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır. Qədim tarixə malik Germinin qərbində, Lələ dağında islamaqədər dövrə aid edilən qəbirlər aşkarlanmışdır.
Gərmi şəhristanı
Germi şəhristanı — İranın Ərdəbil ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Germi şəhəridir. Şəhristan Azərbaycan Respublikasının Yardımlı və Cəlilabad rayonlarıyla həmsərhəddir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 89,248 nəfər və 18,710 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Gərmic
Gərmiyanoğlu Süleyman bəy
Gərmiyanoğlu Süleyman bəy və ya Süleyman şah Çələbi (ö. 1398) — Gərmiyanoğulları bəyliyinin bəyi. == Həyatı == == Mənbə == Şeyhoğlu Mustafa, Hurşidnâme Aziz B. Erdeşir-i Esterâbâdi, Bezm ü Rezm Ahmed b. Sinanüddin Yusuf el-Karamani, Ahbaru'd-Düvel ve Asaru'l-Üvel Sahîh Ahmed Dede, Mevlevîlerin Tarihi, İnsan Yay. İst.
Gərmiyanoğulları bəyliyi
Gərmiyanoğulları bəyliyi — Anadolu Səlcuqlu dövlətinin dağılması və parçalanması ilə başlayan Anadolu bəylikləri dövründə mərkəzi Kütahyada olmaqla Qərbi Anadoluda mövcud olmuş bir bəylikdir. Gərmiyan adının mənası farsca "isti" mənasını verən germa sözündən və yenədə farsca cəm şəkilçisi olan yân şəkilçisinin köməkliyi ilə əmələ gəlmişdir. Bu sözün mənası isə "isti bulaqlar" deməkdir. Gərmiyan tayfasının mənşəyi haqqında da müxtəlif fikirlər mövcuddur. I Muradın dövründə dövlətin bəzi torpaqları (Simav, Emet, Dovşanlı və ətrafı) cehiz olaraq Osmanlılara hədiyyə verilmişdir. Ankara döyüşündən sonra dövlət yenidən yaradılarkən, 1428-ci ildə II Yaqub bəy dövləti bacısının nəvəsi olan II Murada vəsiyyət etmiş və onun vəfatından sonrada Gərmiyanoğulları bəyliyi Osmanlıların tərkibinə qatılmışdır. == Mənşəyi == === türk/türkmən === İbn Şəddadın Baybars tarixində Gərmiyanoğulları Əli-şir Beg "Əli-şir ət-Türkmani" və İbn Bibinin Əl-Əvamirü'l-Ala'iyyə fi'l-Umûri'l-Ala'iyyə adlı əsərində isə Gərmiyanoğulları tayfası "Türkan-ı Gərmiyan" olaraq qeyd olunmuşdur. Nəşrinin Kitab-i Cahannüma adlı əsərində isə “Germiyan Türkini gətirdi” ifadəsinə yer verilmişdir. Əhməd Əflakinin “Müdriklərin əfsanələri” (orijinalı belədir: "Ariflerin Menkıbeleri") adlı əsərində isə Gərmiyanoğlu Əlişir bəy haqqında “Türk olduğu üçün övliyalar aləmindən qafil və xəbərsiz idi” (orijinalı belədir: "Çünkü o Türk'tü laubali ve velilerin aleminden habersizdi") deyilmişdir. ==== Digər boylar ==== Fuad Köprülü Gərmiyanoğullarının mənşəyinin monqol istilasından sonra əvvəlcə Malatyaya, ondan sonra isə Kütahyaya köçmüş olan əfşar tayfasından olduğunu bildirmişdir.
Mehmed Gərmiyanoğlu
Mehmed Gərmiyanoğlu Çaxşadan — 1340–1361-ci illərdə Germiyan bəyi. O, Kula və Angiri Katalon Şərq Kompaniyasından geri almışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Varlık, Mustafa Çetin (1996). "Germiyanoğulları". TDV Encyclopedia of Islam, Vol. 14 (Gelibolu – Haddesenâ) (in Turkish). Istanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies. pp. 33–35. ISBN 978-975-389-441-8.
Yaqub bəy Gərmiyanoğlu
I Yaqub bəy Gərmiyanoğlu, həmçinin Yaqub bin Əlişir bin Müzəffərdin bin Əlişir (türk. Yakub bin Ali Şir bin Muzaffereddin bin Alişîr) və ya Karmanos Alisurios (yun. Κάρμανος Αλισύριος; v. 1340) — Anadolunun qərbində, Kütahya ətrafında yerləşən Gərmiyan bəyliyinin qurucusu. Gərmiyanın II Məsuda (1284–1297, 1303–1308) qarşı üsyan etməsinə baxmayaraq, Yaqub çox keçməmiş Rum sultanı III Keyqubadın (1298–1302) boyunduruğunu qəbul etmişdir. Rum sultanlığı qısa müddət sonra dağılmışdır. O zaman Yaqubun səltənəti şərqdə Ankaraya qədər uzanırdı, Bizans imperiyasından və Katalon Şərq Kompaniyasından alınan müxtəlif şəhərləri özündə birləşdirdi. Yaqub bir çox qonşularının süzereni idi və onun hakimiyyəti müasir tarixçilər tərəfindən iqtisadi cəhətdən çiçəklənən kimi təsvir edilmişdir. Onun yerinə "Çaxşadan" ləqəbli oğlu Mehmed keçmişdir. XI əsrdə Qərbi Asiyanın çox hissəsi Səlcuqluların hakimiyyətinə tabe idi.