HƏMKARLAR İTTİFAQI

əmək fəaliyyətli sahəsində çalışan işçilərin hüquqlarının və qanuni maraqlarının müdafıəsinə yönəlmiş ümumi məqsəd və vəzifələri olan, lakin siyasi və ya kommersiya və ya digər məqsədləri olamayan, əmək fəaliyyətilə bağlı olan vətəndaşların könüllü ictimai ittifaqı. H.İ.-nın fondu, onun üzvlərinin üzvlük haqqı hesabına formalaşır və işçilərin maraqlarının ödənilməsinə sərf edilir. H.İ. müxtəlif sahələrdə əmək fəaliyyəti göstərən işçini Ali dəyər kimi qəbul edərək, onun əmək və yaşayış şəraitini, istirahət və sosial-mədəni qayğılarını yaxşılaşdırmaq, idrakıəmək intizamın bərkidmək, peşə keyfiyyət və dərəcələrini artırmaq, qabaqcıl əmək təcrübəsini həyata keçirmək işçilərin pozulmuş hüquqlarını bərpa etmək və, hətta müdiriyyətlə işçilər arasında yaranan mübahisələrin həllinə öz töhvələrini vermək və digər ülvi məqsədlərdən ibarətdir. Bunlardan savayı, H.İ.-nın praktiki fəaliyyətində, işçilər və onların ailələri üçün yaşayış və yardımçı binaların tikilməsi, sosial-iaşə, mədəni, idman obyektlərin tikilməsi, istirahət və müalicəsanatoriya obyektlərinin tikilməsi, bununla yanaşı işçiləri istirahət, təhsil, peşə ixtisasını artırma müəssisələrinə göndərilməsi, mədəni-kütləvi tədbirlərin keçirilməsi və s. hallarına rast gəlmək olar. İşçilərin pozulmuş hüquqlarının bərpası məqsədi ilə H.İ.-ları Məhkəməyə müraciət edilməsi, vəkillərin (adrokatların) cəlb edilməsi, yuxarı dövlət (və, hətta Ali hakimiyyət) orqanlarına müraciət edilməsi, bundan savayı, piket, mitinq, nümayiş və s. təşkil etməsi üsul və vasitələrinə əl ata bilərlər. H.İ. özünüidarəetmə təşkilatıdır və onun Ali orqanı H.İ. qurultayıdır, H.İ.-nın başçısı hesabatıdır və proqrammı həmin qurultayda qəbul edilir.
HƏCZ
HƏMRƏYLİK
OBASTAN VİKİ
Həmkarlar ittifaqı
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
Həmkarlar ittifaqı təşkilatı

Jurnalistlərin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Avstriya Həmkarlar İttifaqı Birliyi
Avstriya Həmkarlar İttifaqı Birliyi (alm. Österreichischer Gewerkschaftsbund‎) — Avstriyada həmkarlar ittifaqı. 1967-ci ildə yaradılmışdır.
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Həmkarlar İttifaqı Polşa Birliyi
Həmkarlar İttifaqı Polşa Birliyi və ya qısaca OPZZ (pol. Ogólnopolskie Porozumienie Związków Zawodowych) — Polşanın 2 əsas həmkarlar ittifaqı təşkilatından biri. 24 noyabr 1984-cü ildə yaranmışdır. Təşkilatın 3 milyon üzvü var, bunların 500 mini təqaüdçüdür. OPZZ "Solidarnost" ilə birlikdə Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komitənin işində iştirak edirlər. Müvafiq komitənin əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə və digər məsələlərə aid danışıqların aparılmasıdır. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Solidarnost Afaq HÜSEYNOVA. Polşanın həmkarlar ittifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 04.05.2012.
Qocaman Həmkarlar İttifaqı (1947)
Xristian Həmkarlar İttifaqı Konfederasiyası
Xristian Həmkarlar İttifaqı Konfederasiyası (nid. Algemeen Christelijk Vakverbond / fr. Confédération des syndicats chrétiens) və ya qısaca ACV/CSC — Belçikanın 3 mərkəzi həmkarlar ittifaqı təşkilatlarından biri. Bu konfederasiya 1886-cı ildə yaranmış Anti-Sosialist Pambıq Xadimləri İttifaqının varisidir. 1904-cü ildə yaranmışdır. Bir neçə dəyişikliklərdən sonra 1923-cü ildən hazırkı adını daşıyır. Tərkibinə Belçika əhalisinin 16%-ni təşkil edən 1,7 milyon üzvü olan 22 regional federasiya və 16 sahə həmkarlar ittifaqı daxildir.
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı
Danimarka Metal İşçiləri Həmkarlar İttifaqı (dan. Dansk Metalarbejderforbund - Dansk Metal) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Bu təşkilat ətrafına təxminən 142 min üzvü toplanmışdır. 2012-ci ildən təşkilatın rəhbəri Klaus Yensendir. International Centre for Trade Union Rights; və b., redaktorlar Trade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Həmkarlar İttifaqı və Sosialist Koalisiya
Həmkarlar İttifaqı və Sosialist Koalisiya (ing. Trade Unionist and Socialist Coalition), qısa TUSC kimi tanınır, – Britaniyada mövcud olan siyasi partiya.
Macarıstan Həmkarlar İttifaqı Milli Birliyi
Macarıstan Milli Həmkarlar İttifaqı Konfederasiyası (mac. Magyar Szakszervezetek Országos Szövetsége) — Macarıstanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Baş qərargahı Budapeştdə yerləşir. 1990-cı ilin martında yaranmışdır. Konfederasiyanın 465.000 fəal və 250.000 pensiyaçı və tələbə üzvü var. Konfederasiya ətrafında bir neçə sahə həmkarlar ittifaqını birləşdirir. Əsas prinsipləri demokratiya, həmrəylik, bərabərlik, öz müqəddəratını təyin etmək, azlığın hüquqlarını qorumaq, müxtəlif fikirlərin ifadəsi, dürüst demokratik seçkilərin təmin olunmasıdır. Konfederasiya siyasi təşkilatlardan asılı deyil. Müəyyən məqamlarda onların siyasətinə qarşı çıxır. Lakin nizamnaməsi onun siyasi qurumlarla əməkdaşlıq etməsinə də qadağa qoymur.
Macarıstan Milli Həmkarlar İttifaqı Konfederasiyası

Qocaman Həmkarlar İttifaqı (film, 1947)
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı
Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqı (RHXHİ; rus. Наро́дно-трудово́й сою́з русских солидаристов) — Rusiya mühacirətinin siyasi təşkilatı. "Posev" adlı nəşriyyatı vardı, "Posev" və "Qrani" jurnallarını, həmçinin "Za Rossiyu" qəzetini nəşr etmişdir. RHXHİ-nin emblemi "ağ, mavi və qırmızı fonda və ya qara-ağ fonda qızıl trident şəklində təsvir edilmiş Kiyev Böyük knyazı Müqəddəs Vladimirin ailə emblemidir". RHXHİ-yə üzv olmaq üçün 1895-ci ildən sonra doğulmaq zəruri şərt idi. Bu meyar insanların Oktyabr inqilabının başlanmasında birgə məsuliyyət daşımasının qarşısını almaq üçün qoyulmuşdu. İttifaqın üzvləri bolşevik rejimi ilə barışmaq istəyən mühacir təşkilatlarına üzv ola bilməzdilər. RHXHİ-nin ideologiyası XIX əsrin sonunda formalaşan həmrəylik doktrinasına əsaslanırdı. Marksist sinfi mübarizəyə alternativ olaraq, həmrəyliyi və müxtəlif sosial təbəqələrin ümumi idealını təbliğ edirdi. Təşkilatın proqramının əsas elementlərindən biri də qeyri-aqressiv aspektində milliyətçilikdir.
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı
İspaniya Mətbəə İşçilərinin Həmkarlar İttifaqı (isp. Sindicato de Obreros Tipógrafos) — İspaniyanın mətbəə işçilərinin birləşdiyi aparıcı həmkarlar ittifaqı təşkilatı. 1897-ci ildə yaradılmışdır. Bu təşkilat ölkədə yaradılmış ilk katolik həmkarlar ittifaqı idi. La Organización Sindical Española, Escuela Sindical 1961. 1961: Madrid, page 27.
Cozef Stalin (həmkarlar ittifaqı üzvü)
Cozef Stalin (sinh. ජෝසප් ස්ටාලින් , tam. ஜோசப் ஸ்டாலின் ; 1960-cı illər) — Şri-Lanka həmkarlar ittifaqı üzvü. 2022-ci ildən etibarən Seylon Müəllimlər İttifaqının baş katibi vəzifəsini icra edir. O, Şri-Lankada təhsilin militarizasiyasına qarşı kampaniyalara rəhbərlik etmişdir. Cozef Stalin 1960-cı illərdə Seylon Kommunist Partiyasının (Pekin qanadı) fəalının ailəsində anadan olmuşdur. Sovet lideri İosif Stalinin adını daşıyır. O, 2020-ci ildə Şri-Lanka hökumətinin məktəbləri COVID-19 təcrid mərkəzlərinə çevirmək hərəkətlərinə qarşı çıxmışdır. Həmin ilin sonunda Təhsil Nazirliyində Baş Direktor – İdman vəzifəsinin yaradılmasının əleyhinə çıxış edərək hökumətin "qeyri-ixtisaslı insanları yüksək vəzifələrə təyin etməklə təhsil sistemini sarsıtmağa cəhd etdiyini" bildirmişdir. 2021-ci ilin iyul ayında Milli Müdafiə Universiteti qanun layihəsinin Şri-Lankada universitetləri militarizasiya ediləcəyi ilə bağlı narahatlıqlarını ifadə edərək ona etirazlarını bildirdikdən sonra digər on nümayişçi ilə birlikdə polis tərəfindən həbs edilmişdir.
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası (dan. Fagligt Fælles Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan ən böyüyü. Federasiya 381 min ittifaq üzvünü özündə birləşdirir. Üzvlərin yarıdan çoxu qadınlardır. İttifaq üzvləri 6 müxtəlif sahədə fəaliyyət göstərirlər: sənaye, nəqliyyat, ictimai, tikinti və inşaat, bağçılıq, kənd təsərrüfatı, meşə təsərrüfatı özəl xidmət sektoru. Təşkilatın 75 yerli komitəsi var. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Həmkarlar İttifaqları
Qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər istisna olmaqla, hər kəs birlik, o cümlədən həmkarlar ittifaqı yaratmaq və ya ona daxil olmaq, sərbəst fəaliyyət göstərmək hüququna malikdir. Heç kəs həmkarlar ittifaqlarına daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Həmkarlar ittifaqlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu və həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmkarlar ittifaqlarının Beynəlxalq hüquq normalarında və BƏT-nın konvensiyalarında hamılıqla qəbul edilmiş hüquqları nəzərdə tutulmuşdur. Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları, 1993-cü ildə həmkarlar ittifaqlarının qurultayında təsis edimiş Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) birləşirlər. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birlikdə BƏT-ında təmsil olunur, 2000-ci ildən Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. AHİK özündə otuza yaxın sahə həmkarlar ittifaqlarını birləşdirir. Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını da müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. Həmkarlar ittifaqları kollektiv müqavilələrin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul edirlər və bu müqavilənin tərəfi kimi (digər tərəf işəgötürən olmaqla) çıxış edirlər.
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və Əmək Həmkarlar İttifaqı Təşkilatı (dan. FOA – Fag og Arbejde) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Mərkəzi ofisi Kopenhagen şəhərində yerləşir. 2005-ci ildə yaranmışdır. İttifaqın 47 yerli təşkilatı, 206 min üzvü var. 4 fəaliyyət sahəsinə bölünür: səhiyyə, pedaqoji, qida sənayesi, maşınqayırma sənayesi. İttifaq üzvlərinin əksəriyyəti dövlət müəssisələrində işləyir. Təşkilata hazırda Dennis Kristensen rəhbərlik edir.
Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925)
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü qısametrajlı sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən bəhs edilir. Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən və bu illər ərzində həmkarlar təşkilatlarının Azərbaycan zəhmətkeşlərinin həyat və məişətində və onların sağlamlığının qorunmasında rolundan, eləcə də bu yubileyin təntənə ilə qeyd olunmasından bəhs edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı (dan. Handels- og Kontorfunktionærernes Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan ən böyük təşkilatlarından biridir. Onun 363 min üzvü var. Onların 75 %-ni qadınlar təşkil edir. İttifaqın sıralarında əsasən kargüzarlıq, informasiya və kommunikasiya sahəsində laboratoriyalarda çalışanlar və texniki işçilər birləşir. Təşkilatın 25 yerli komitəsi fəaliyyət göstərir.
Etoliya ittifaqı
Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν) — Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir. John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
Gömrük ittifaqı
Gömrük İttifaqı (Gİ) — azad ticarət zonasına daxil olan ölkələrin başqa ölkələrə tətbiq etdiyi ümümi tarif sistemidir. Bəzən üzv ölkələr bir xarici ticarət siyasəti aparır, amma xüsusi hallarda fərqli gömrük tarifi tətbiq edirlər. Bu çərçivədə rəqabətlə bağlı əskiklikləri aradan qaldırmaq üçün ümumi rəqabət siyasəti də həyata keçirilir. Gömrük ittifaqı iqtisadi inteqrasiyanın üçüncü səviyyəsidir. Gİ qurmaqda məqsəd iqtisadi səmərəliliyi artırmaq və üzv ölkələr arasında daha sıx siyasi, iqtisadi və mədəni əlaqələr formalaşdırmaqdır.
Hanza ittifaqı
Hanza ittifaqı (o.a.alm.: Hanse/Düdesche Hanse/Hansa, alm. Deutsche Hanse‎, lat. Hansa Teutonica) — XIV–XVII əsrlərdə Almaniyanın şimalında yerləşən şəhərlər və xarici ölkələrdə yaşayan etnik almanlar tərəfindən yaradılmış tarixi ticari ittifaq. Hanza ittifaqına şəhərlər daxil olmuşdur və onlar bir-birlərinin ticari maraqlarını müdafiə etmək barədə razılığa gəlmişlərdir. Hanse. In: Lexikon des Mittelalters (in 10 Bde.). Artemis-Verlag. München-Zürich, 1980—2000. Bd. IV, S. 1921—1926.