Oksana Hətəmxanova
Oksana Hətəmxanova (29 iyun 1990) — Azərbaycanı təmsil edən üzgüçü.
Oksana Hətəmxanova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.22 dəqiqə nəticə göstərdi və 46-cı pillənin sahibi olub.
Daha sonra Oksana Hətəmxanova Azərbaycanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:25.52 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub.