HACAĞA

Hacı Ağa; Həccə getmiş seyid.
HACABBAS
HACALI
OBASTAN VİKİ
Hacağa Abbasov
Hacıağa Mütəllib oğlu Abbasov (16 iyun 1888, Maştağa, Bakı qəzası – 7 may 1975, Bakı) — Azərbaycan teatr aktyoru və təşkilatçısı, dramaturq, Azərbaycan SSR xalq artisti (1932). == Həyatı == Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906–1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb.
Hacağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.