HANG-NAIL

n 1. tib. qaranquş, dırnaq mayası; 2. tilişkə, qırıntı (metalda)

HANG-MAN
HANG-OVER
OBASTAN VİKİ
Hang
Hang — ilk dəfə 2001-ci ildə İsveçrədə yaranan musiqi aləti. "Hipnotik bir çalğı" olaraq xarakterizə edilən Hang, Bern dilində "əl" mənasını verməkdədir. Hangı iki İsveçrə vətəndaşı, Sabina Schärer ilə Felix Rohner, dünyanın fərqli bölgələrində gerçəkləşdirdikləri uzun araşdırma ve incələmələrdən sonra bir zərb musiqi aləti olaraq yaratmışlar. Tamamilə poladdan hazırlanan Hang, qucağa yerləşdirilib, əl və barmaqlar vasitəsilə çalınır. İdiofon'lar qrupuna girən alətin, arfa, gong və harmonik tembrləri xatırladan bir səsi vardır. Səthində olan kiçik çuxurlara vurularaq vibrasiya vasitəsilə fərqli səslər və notlar əldə edilir. Yaradıcıları, 2001–2005-ci illər arasında 45ə qədər fərqli model yaratmışlar, lakin, çalma mövzusunda hələ oturmuş bir qayda və üsula sahib olmayan Hang üçün, İndoneziya və Cənubi Hindistana qədər uzanan bir araşdırma edilmişdir.
Nail Abakarov
Nail Abbaslı
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Nail Mərdanov
Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası" Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Nail Nabiulla
Nail Nabiulla və ya Nail Nabiullin (tatarca:Наил Нәбиуллин; 27 iyun 1989, Nurlat, Tatarıstan MSSR) — tatar milli hərəkatı mənsubu olan aktivist. Sovet Sosialist Respublikaları İttifaqına daxil olan Rusiya Sosialist Federativ Respublikasının Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Nurlat şəhərində 1989-cu ilin 27 iyununda dünyaya gəlmişdir. Nail 2010-cu ilindən tatar millətinin milli haqları uğrunda mübarizə aparan "Azadlıq" təşkilatının rəhbəridir. Aktivistliklə yanaşı yazıçılıqla da məşğul olan Nail Nabiulla "Tatar Dili, Bayrağı və Dövlətini Xatırlama Günü"nün təşkilatçısıdır. Göy Börü Tatar Zamanı: "Наил Нәбиуллин: Хизб ет-тәхрир Татарстанга каршы эшли һәм алар белән башкача бәйләнмим". Kazandakı milli aktivistlər mühakimə edilir. Nail Nabiullin: Tatar dilini dəstəkləmək üçün aclıq aksiyasına başlamağa hazıram. 2013-cü ilin ən təsirli şəxsləri:Azadlıq oxuyucuları görüşü Ana dilim üçün Arxivləşdirilib 2021-02-09 at the Wayback Machine z001.kz - Rusiyadakı türklərin Qazaxıstanın yardımına ehtiyyacı var.
Nail Orucov
Nail İbrahimli
Nail Nəriman oğlu İbrahimli (4 mart 1994, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənmişdir. Müharibədə tərəflərin vəziyyətinin dəyişilməsi, qarşı tərəfin demoralizə olmasında rolu pulemyotçu kimi daha çətin tapşırıqları yerinə yetirməsi, müxtəlif uğurlu taktikalardan istifadə etməsi, döyüş aktivliyini artırması və beləliklə, döyüşdə qələbəni asanlaşdırması, döyüşün sonunu tezləşdirməsi idi. O, 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir. Subay idi.
Nail Əliyev
Əliyev Nail Arif oğlu (7 iyun 1965, Naxçıvan) — şərqşünas, tarix üzrə fəlsəfə doktoru. Nail Əliyev 7 iyun 1965-ci ildə Naxçıvan şəhərində ziyallı ailəsində anadan olub. Atası Əliyev Arif Əli oğlu filalogiya üzrə fəlsəfə doktoru,dosent, Azərbaycan Respublikası əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsinin dekanı, ADİA- kafedra müdiri vəzifəsində çalışıb. Anası Əhmədova Zemfira Əsgər qızı 1967-2020-ci il (53 il) Naxçıvan Dövlət Universitetinin baş müəlliməsi vəzifəsində çalışıb. İlk təhsilini Naxçıvan şəhəri 3 saylı orta məktəbində bitirdikdən sonra 1983-1989 cu illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili bölməsində təhsili alıb. 1983-1985 ci illərdə Groznı şəhərində Sovet ordusunda hərbi xidmətdə olub. 1993-1997 ci illərdə Bakı Dövlət Universitetinin hüquq, Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr fakultəsini bitirib. Nail Əliyev daha gənc yaşlarından tarixçi babası,pedaqoq,ictimai-siyasi xadim, Naxçıvan Dövlət Universitetinin yaradıcısı və ilk rektoru Əli ibrahim oğlu Əliyevdən hər zaman həvəslənmiş və tarixə maraq göstərmişdir. AMEA-nın Milli Munasibətlər İnstitunda elmi işci, Naxcıvan MR Nazirlər Kabinetinin Xarici İqtisadi əlaqələr şöbəsində, Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyinin valyuta-maliyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan jurnalistlər birliyinin üzvüdür.
Nail Ələkbərov
Nail Ələkbərov (azərb. Nail Nadir oğlu Ələkbərov; d.1979, Bakı‎) — rəssam. Nail Ələkbərov 1979-cu ildə Bakıda anadan olmuşdur. Rəssam Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirmiş (1998), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistratura pilləsində təhsil almışdır (2004). O, Fransanın Limoj şəhərindəki École Nationale Supérieure des Beaux-Arts Milli İncəsənət məktəbində təhsilini davam etdirmiş və 2011-ci ildə Liondakı Lumiere Universitetində kinematoqrafiya ixtisası üzrə magistr təhsili almışdır. Nail Ələkbərov "Yarat" Müasir İncəsənət Məkanı layihəsində iştirak edərək, Azərbaycan xalqının tarixi keçmişini, ənənələrini özündə əks etdirən "Yeddi gözəl" əsərini yaratmış və təqdim etmişdir. "Yeddi gözəl" Bakının mərkəzində - İçərişəhərdə ucaldılmışdır. Əsərləri beynəlxalq sərgi və simpoziumlarda nümayiş edilmişdir. 2012 - MAPRA qalereyası. 2011 - La Biennale de Lyon - resonance - MAPRA qalereyası.
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(14 iyul 1910, Ula, Muğla ili – 10 oktyabr 2008, Muğla) —Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.