Nail Nəriman oğlu İbrahimli (4 mart 1994, Xaçmaz, Oğuz rayonu – 8 noyabr 2020, Şuşa) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Nail İbrahimli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Nəriman İbrahimov |
Anası | Aqibət İbrahimova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2012—2013 / 2019—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Zəngilanın azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | |
|
Nail İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində pulemyotçu olaraq Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.[1] Xudafərin körpüsü istiqamətində gedən döyüşlərdə istifadə etdiyi taktikalarla fərqlənmişdir.[2] Müharibədə tərəflərin vəziyyətinin dəyişilməsi, qarşı tərəfin demoralizə olmasında rolu pulemyotçu kimi daha çətin tapşırıqları yerinə yetirməsi, müxtəlif uğurlu taktikalardan istifadə etməsi, döyüş aktivliyini artırması və beləliklə, döyüşdə qələbəni asanlaşdırması, döyüşün sonunu tezləşdirməsi idi. O, 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.[3] Onun ailədə Faiq adlı qardaşı olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir.[4] Subay idi.[5]
Nail İbrahimli 2012-ci il aprelin 2-də Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.[6] 2012–2013-cü illərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətini Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsində etmişdir.[7] 2019-cu il oktyabrın 23-də sənədlərini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təqdim edən İbrahimli həmin hərbi birləşmələrə daxil oldu. 3 ay Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə kurs keçdikdən sonra eyni hərbi hissədə qoşunların xüsusi təyinatlı dəstəsinin "kiçik gizir"i kimi hərbi vəzifəsinə davam etmişdir. Daha sonra öz istəyi ilə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olmuşdur. Kəşfiyyat qrupuna daxil edilən Nail İbrahimli təlimlərdə fərqləndiyinə görə xüsusi təyinatlılar bölüyünə daxil olmuşdur.[8]
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmuşdur, nəticədə, həm mülki şəxslər, həm də hərbçilər arasından ölənlər və yaralananlar olmuşdur.[9] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[10]
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli Füzuli, Xocavənd, Qubadlı və Zəngilan istiqamətində aparılan əməliyyatlarda iştirak etmişdir. Onun iştirak etdiyi qoşunların xüsusi təyinatlı dəstələri bu istiqamətlərdə yerləşən strateji əhəmiyyətli və ya sərhədyanı məntəqələri işğaldan azad edirdi. Bu istiqamətlərdə gedən əməliyyatlar Azərbaycan tərəfinin həm ərazi bütövlüyünü, həm də qonşu ölkələrlə sərhədinin təhlükəsizliyini və azadlığını təmin edirdi. Döyüşlərin nəticəsində Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələr və kiçik gizir İbrahimlinin də üzvü olduğu dəstənin əks-hücumu nəticəsində Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur.[11][12][13][14][15] Bundan əvvəl 18 oktyabr tarixində Azərbaycan Ordusu Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərini işğaldan azad edilmişdir.[16] Sərhədyanı ərazidə yerləşən və strateji cəhətdən önəm daşıyan, Arazboyu əməliyyatların mühüm hissələrindən biri olan bu əməliyyatlarda Nail İbrahimlinin uğurlu əks-hücum taktikaları, döyüşün və aktivliyin idarə olunması və pulemyotçu olaraq döyüşün öndən idarə olunması kim rolu olmuşdur. 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad olunması ilə birlikdə Azərbaycan-İran sərhədinin də azad edildiyi bildirilmişdir.[17] Kiçik gizir İbrahimlinin iştirakı ilə Qubadlı istiqamətində strateji yüksəkliklər, yaşayış məntəqələri, sərhədyanı ərazilər və Qubadlı şəhəri azad edildikdən sonra[18][19]
Vətən Müharibəsi Qəhrəmanı, Elvin Səfərovun dediklərinə görə, kiçik gizir Nail İbrahimli pulemyotçu kimi dəstədə çətin və vacib vəzifələri yerinə yetirmiş, döyüşdə əsas rolu oynamışdır, həmçinin, Səfərov bunu da bildirmişdir ki, İbrahimlinin döyüşdə istifadə etdiyi silahı "Hücum" və "PK" pulemyotları olmuşdur. Ona və onun dəstəsinə bir çox mühüm əməliyyatlardan sonra Azərbaycan tərəfinin Şuşa istiqamətində irəliləməsinə şərait yaradacaq, döyüş aktivliyini artıracaq və avantaj və üstünlük qazandıracaq əməliyyatda mühüm tapşırıq verilir. "Nöqtə" əməliyyatında üstünlüyü əldə edən dəstə 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin mərkəzində növbəti tapşırığı icra edir. Bu tapşırıq nəticəsində üstünlük Azərbaycan tərəfinin olacaq və Şuşanın azad edilməsi üzrə əməliyyatlar sonlanacaqdı.[20] Sağ və sol istiqamətdən edilən əks-hücumda tapşırıqda deyildiyi kimi, öndə əməliyyat aparan və tapşırığın mühüm hissəsini icra edən Nail İbrahimli 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur, həlak olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.[21]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[22]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[23]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[24]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[25]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[25]