HANT

is. □ Hant (Gantt) diaqramı \[ing. Gantt chart, həmçinin lentvari diaqram, Gant qrafiki\] Planların, hər hansı layihə üzrə iş qrafikinin təsviri məqsədilə istifadə edilən populyar sütunlu diaqram (histoqram). Layihələrin planlaşdırılması üsullarından biri. Layihələrin idarə edilməsi üzrə əlavələrdə istifadə olunur.
HAMBURGER
HARDTOP
OBASTAN VİKİ
Bonni Hant
Bonnie Lynn Hunt (22 sentyabr 1961[…], Çikaqo, İllinoys) — Emmy, Golden Globe namizədlikləri olan, Amerikalı aktrisa, rejissor, komediyaçı və yazıçıdır. == Bioqrafiyası == === İlk illəri === Bob və Alice Huntun qızıdır. Valideynlərinin adları, Hantın qurduğu şirkətin adını (Bob & Alice) ilhamlandırmışdır. 3 böyük qardaşı (Patrick, Kevin, Tom) 2 böyük bacısı (Cathy və Carol) və Helen adlı kiçik qardaşı var. Hunt Katolik məktəblərində təhsil almışdır. Bunlar St. Ferdinand və Notre Dame Liseyidir. 1982-ci ildə Chicago-Nortwestern Memoroial Xəstəxanasında xərçəng tibb bacısı olaraq işləmişdir. 1986-cı ildə "İkinci şəhər" (The Second City) tamaşasında "İmpulsiv bir şey" (An Impulsive Thing) cəmiyyətinin tərkibində çıxış edərək öz qabiliyyətlərini nümayiş etdirdi. === Şəxsi həyatı === 1988-ci ildə Hunt bir bankir olam John Murphy ilə evlənmişdir, lakin 6 iyun 2006-cı ildə David Lettermanın şou proqramında yenidən tək olduğunu bildirmişdir.
Marşa Hant
Marcia Virginia Hunt (17 oktyabr 1917, Çikaqo, İllinoys – 7 sentyabr 2022, Şerman Ouks[d], Kaliforniya) — amerikalı kino və televiziya aktyoru.
Vill Hant
Vill Hant (ing.
Morqan Tomas Hant
Tomas Hant Morqan (ing. Thomas Hunt Morgan; 25 sentyabr 1866[…], Leksinqton, Kentukki – 4 dekabr 1945[…], Pasadena, Kaliforniya) — Amerika bioloqu, genetika elminin banislərindən biri, İtakada, Nyu York (1932) Genetikadan keçirilən Altıncı Beynəlxalq konqresin sədri olub. "Xromosomların irsiyyətdə rolu" ilə bağlı kəşfə görə 1933-ci ildə fiziolofiya və tibbin Nobel mükafatı laureatı olmuşdur. Tomas Morqan və onun tələbələri(Q.C.Möller, A.Q.Störtevant) "Xromosomun İrsiyyəti" nəzəriyyəsini formalaşdırmışdılar. Genlərin xromosomda yerləşməsi haqqında qoyulmuş qanunauyğunluqlar Qreqor Mendelin qanunlarının sitoloji mexanizmlərinin aydınlanmasına və təbii seçmə nəzəriyyəsinin genetik əsaslarının inkişafına səbəb oldu. Növlərdə irsiyyət və dəyişkənliyin olmasına aid uzunmüddətli və çətin araşdırmalar yalnız Morqanın drozofil milçəyi üzərində apardığı eksperimentlərdən sonra uğurla nəticələndi.O drozofil milçəyinin öyrənilmiş xüsusiyyətlərini 4 qrupa böldü, bunlar irsən nəslə ötürülür və drozofil milçəyində 4 cüt xromosomun olmağı ilə bağlıdı.Alimlər müəyyən etmişdilər ki, bu xromosomlardan olan kombinasiyalar müxtəlif min gendən çox ola bilməz.Milçəkdə olan genlərdən asılı olaraq onun bu və ya hansı növə aid olduğu müəyyən olunur. Drozofillə aparılan minlərlə eksperimentlər morqançılara bu və ya digər genin xromosomda harda yerləşməsini göstərən xəritə tərtib etməyə imkan verdi. Bu xəritə imkan verdi müəyyən etməyə ki, bütün bitki və heyvan xromosomlarında genlər dəqiq müəyyən vəziyyətdə yerləşir. Развитие и наследственность Ю. Я. Керкис. — М.—Л.: Биомедгиз, 1937.
Uord-Hant adası
Uord-Hant adası (ing. Ward Hunt Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Kanadada Şimal Buzlu Okeanının Linkoln dənizində, Şimal Qütbündən 772 kilometr məsafədə yerləşir. Uord-Hant adasının sahəsi 22 km²-dir. Adada yaşayış yoxdur. Ada Kuttinirpaak Milli Parkında yerləşir. Burada hər biri 12 yerlik üç kazarma olan Parks Canada sahə stansiyası yerləşir. Stansiya ilə əlaqə qütb kontinental şelf layihəsinin dəstəyi ilə helikopterlər vasitəsilə həyata keçirilir. Stansiya yüksək enliklərdə su ekosistemlərinin (çaylar, göllər, buz rəfləri), günəş radiasiyasının və onlara iqlim dəyişikliyinin təsiri ilə bağlı tədqiqatlar aparır. Adanın yaxınlığında 2000-ci ildə dağılmış Ellesmir buzlaqının bir hissəsi olan Uord-Hant şelf buzlağı yerləşir.
Ağıllı Uill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (film, 1997)
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. == Məzmun == Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Emilia hantamensis
Hanta Virus
Hantavirus (lat. Orthohantavirus) - Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür. Ümumiyyətlə gəmiricilərə təsir edən viruslar bu canlılarda xəstəlik yaratmır. Gəmiricilərin nəcisi demək olar ki, hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə insandan-insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə bildirilmişdir.
Hanter Stokton Tompson
Hanter Stokton Tompson (ing. Hunter Stockton Thompson; 18 iyul 1937[…], Luisvill, Kentukki – 20 fevral 2005[…]) — amerika yazıçısı. Amerikalı məşhur jurnalist və yazıçı Hanter Tompson 20 fevral 1937-ci ildə doğulub. “Qonzo” jurnalistikasının yaradıcısı hesab olunan Tompson alkoqol və narkotik aludəçisi idi. “Qonzo” jurnalistikasının əsas xüsusiyyəti bundan ibarət idi ki, jurnalist burada klişe söz və ifadələrdən tamamilə imtina edir. Obyektiv olmaq məcburiyyəti yoxdur. Əksinə, jurnalist gördüyü hadisələri subyektiv formada nəql edir. Çoxu siyasi mövzuda olan məqalələrdə klişe ifadələr yerinə, daha səmimi, daha dürüst və daha əyləncəli ifadə tərzi seçilmişdi. Söyüşdən, jarqondan, ironiyadan, lağlağıdan da bol-bol istifadə edilirdi. Hadisələrin mərkəzində jurnalist özü dayanırdı.
Hantinqton xəstəliyi
Hantington xəstəliyi — genetik bir nevroloji xəstəlikdir. Xəstələrdə bəzi hərəkət pozuntuları, eləcə də zehni dayanıqlılıq var. 1872-ci ildə ilk olaraq xəstəliyin irsi olduğunu izah edildi. Adını Jorj Huntington'dan alır. Autosom-dominant xarakterli xəstəlikdir və beyin və sinir sisteminə təsir göstərir. Xəstələr adətən heterozigotdur. Xəstəliyin ilk simptomları 30–50 yaş arasındadır. Xəstənin bu dövrdə uşaqları olmasına baxmayaraq, bu xəstəliyi uşaqlarına ötürmək riski 50% -dir. Xəstəlik ölümcül olmasa da, bu xəstəliyin inkişafından asılıdır. Xəstəliyin səbəbi Huntington proteininin istehsal pozuqluğu səbəb olur.
Hantsvill (Alabama)
Hantsvill — ABŞ-nin Alabama ştatının Medison qraflığında şəhər..
Samuel Hantinqton
Samuel Hantinqton (ing. Samuel Phillips Huntington; 18 aprel 1927[…], Nyu-York, Nyu-York ştatı – 24 dekabr 2008[…]) — məşhur amerikalı sosioloq və politoloq, müqayisəli politologiya və avtoritarizmdən demokratiyaya keçid problemləri üzrə tanınmış mütəxəssis. 1996-cı ildə yayımladığı "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" əsərində sivilizasiyaların etnomədəni prinsiplər əsasında qarşıdurması konsepsiyasını irəli sürmüşdür. Bundan əlavə, o çoxsaylı tədqiqat işlərinin, o cümlədən "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) və "Biz kimik? Amerika milli kimliyinə çağırışlar" adlı məşhur əsərlərin müəllifi, "Foreign Policy" jurnalının həmtəsisçisi və Harvard Universitetinin strateji araşdırmalar institutunun direktoru olmuşdur. 24 dekabr 2008-ci ildə 81 yaşında Massaçusets ştatındakı Martas-Vinyard qəsəbəsində dünyasını dəyişib. Hantinqtonun araşdırmalarının əsas problemlərindən biri, onun sosial-iqtisadi modernləşmədən ayırdığı siyasi inkişafdır. Amerikalı alim institutlaşmanı siyasi inkişafın əsas göstəricisi kimi görürdü. "Dəyişən cəmiyyətlərdə siyasi quruluş 1968" adlı əsəri bu problemlərə həsr olunmuşdu. "Üçüncü dalğa: XX əsrin sonunda demokratikləşmə" (1991) adlı kitabında Hantinqton 70-ci illərin sonu və 80-ci illərdə bir çox ölkələrdəki demokratiyaya keçişi demokratikləşmənin qlobal prosesi olaraq dəyərləndirirdi.
Şirin Hanter
Şirin Hanter və ya Şirin Təhmasib-ABŞ-nin Cənubi Qafqaz və Yaxın Şərq siyasəti üzrə analitik və Corctaun Universitetinin professoru olan İran azərbaycanlısı elm xadimi. 2019-cu ilə qədər Prince Şahzadə Əlvaled İbn Təlal Müsəl-Xristian Anlaşma Mərkəzinin araşdırmaçı-professoru idi. O, burada 2005-ci ildən çalışmaqda idi. O, 2019-cu ildən burannı fəxri araşdırmaçısı oldu. Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, 1965-ci ildən 1979-cu ilə qədər Şirin İran XİN-də diplomat kimi fəaliyyət göstərmişdir. 1983-cü ildən 2005-ci ilə kimi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışmış, İslam Proqramının direktoru, Orta Şərq Proqramının direktor müavini (1983-2002) olmuşdur. Həmçinin o, Corc Mason Universitetində və Vaşinqton Kollecində dərslər vermişdir. O, Carnegie Korperasiyasının akademik araşdırmaçısı olmuşdur. 1993-cü ildən 1997-ci ilə qədər Şirin Brüsseldə yerləşən Avropa Siyasət Araşdırmaları Mərkəzində qonaq araşdırmaçı olmuş və Aralıq Dənizi Proqramını icra etmişdir. Bundan başqa o, Brookings İnistitutunda qonaq müəllim kimi, Harvard Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzində araşdırmaçı kimi çalışmışdır.
Ağıllı Vill Hantinq
Ağıllı Vill Hantinq (ing. Good Will Hunting) — rejissor Qas Van Sentin 1997-ci ildə çəkdiyi film. Əsas rolları Mett Deymon və Robin Vilyams ifa edirlər. Vill Hantinq Massaçusets universitetində işləyən bir xidmətçidir. Eyni zamanda çox zəkalı və öyrənməyi sevən bir gəncdir. Həyatı isə başqa yöndə inkişaf edir. Tez-tez qalmaqallara girişir və həbs olunur. Villin qabiliyyətini kəşf edən universitet professoru onun həbsdən çıxarılması üçün zamin olur. Vill də bunun müqabilində içindəki əsəbi idarə edə bilmək üçün psixoterapevtin dəstəyini almalıdır. Beləliklə, Vill terapevt Şon ilə həyatının məcrasını dəyişir və bu yolda ona ən yaxın dostu Çakki ilə yeni tanış olduğu qız dostu köməkçi olurlar.
Billi Hanter (futbolçu)
Uilyam Braun (2 aprel 1885 – 2 yanvar 1937, Nyu-York, Nyu-York ştatı) — Şotlandiyalı peşəkar futbolçu və menecer. Hollandiya millisini, Avstriyanın "Hakoah Vyana" klubunu, İsveçrənin "Lozanna Sports" klubunu, Türkiyə millisini və "Qalatasaray"ı idarə edib. 1904-cü ildə İngiltərə komandalarından biri olan Millwall FC- də oynadı. İngiltərənin cənub-qərb liqası olan Qərb Futbol Liqasında iki titul qazandı. Uğurlu nəticələrdən sonra 1909-cu ildə Bolton Uonderersə transfer olundu. Burada o, ilk liqa təcrübəsini yaşadı. İlk mövsümdə ikinci liqaya düşsələr də, növbəti mövsümdə yenidən ikinci liqanın ikincisi kimi yüksəldilər. Hunter birinci liqada daha bir mövsüm oynadı və onlar liqada dördüncü yeri tutdular. 1912-ci ildə futbolu tərk etdi. O, ilk məşqçilik təcrübəsinə 1912-ci ildə futboldan ayrıldığı il başlayıb.
Hanterdon (dairə, Nyu-Cersi)
Hanterdon (ing. Hunterdon County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi.
Rouzi Hantinqton-Vaytli
Rouzi Elis Hantinqton-Vaytli (ing. Rosie Alice Huntington-Whiteley; 18 aprel 1987, Plimut, Devon qraflığı) — ingilis model və aktrisa. Əsasən iç geyim pərakəndə satışı ilə məşğul olan "Victoria's Secret"dəki işi, əvvəllər şirkətin "Angels" brendlərindən biri olması, "Burberry"nin 2011-ci il brendi "Burberry Body" ətrinin siması olması, "Marks & Spencer" ilə işi və ən son olaraq moda markası "Paige" ilə bədii əməkdaşlıq işi ilə tanınır.