HARUT

Quranda Marut (bax) adlı mələkin yoldaşı; seyr məlaikəsi.
HARAM
HASİDİZM
OBASTAN VİKİ
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. == Etimologiyası == Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. == Qurani-Kərimdə == Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.
Arayik Harutyunyan
Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023). == Həyatı == Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır. 31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib. Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir. == Təhsili == 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
Cəlal Harutyunyan
Cəlal Harutyunyan (erm. Ջալալ Հարությունյան; 11 noyabr 1974, Badara, DQMV) — qeyri-qanuni olaraq "general-leytenant" rütbəsi verilmiş, Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun keçmiş komandiri Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Müdafiə Naziri. == Həyatı == Cəlal Harutyunyan 1974-cü ilin noyabrında Badarada anadan olub. 1991-1995-ci illərdə Artsax Universitetində biologiya təhsili almışdır. 1999-cu ildə Rusiya Müdafiə Nazirliyinin nəzdindəki Mixaylovskaya Topçu Hərbi Akademiyasına daxil olmuşdur == Karyerası == Harutyunyan 5 noyabr 1992-ci ildən bəri Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunda xidmət etmişdir. Müdafiə Ordusunda müxtəlif vəzifələrdə, ilk növbədə Aartilleriya Kəşfiyyat Rəhbərinin köməkçisi, Artilleriya Diviziyası Heyətinin Başçısı, Alay komandirinin müavini və Alay komandiri kimi artilleriya bölmələrində xidmət etmişdir. O, həmçinin Artilleriya Bölmə Rəisi, Müdafiə Bölgəsi Komandiri, Diviziya Komandirinin müavini - Baş qərargah rəisi və Diviziya Komandiri vəzifələrində xidmət etmişdir. 2018-2020-ci illərdə komandirin birinci müavini rütbəsində xidmət etmiş və 8 iyul 2019-cu ildə general-mayor rütbəsi almışdır. 24 fevral 2020-ci ildə Bako Saakyan tərəfindən Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri vəzifəsinə təyin edildi. 8 iyun tarixində həmin vəzifəyə Arayik Harutyunyan tərəfindən yenidən təyin edildi.
Harutun Canqulyan
Harutyun Canqulyan (erm. Յարութիւն Ճանկիւլեան; 1855, Van, Van vilayəti, Osmanlı imperiyası – 15 iyun 1915, Diyarbəkir, Diyarbəkir vilayəti, Osmanlı imperiyası) Osmanlı ermənisi tarixçisi və siyasətçisidir. 1890-cı ildə baş vermiş olan Qumqapı nümayişinin təşkilatçısı olmuşdur. 1915-ci ildəki erməni soyqırımları zamanı öldürülmüşdür. Harutyun Canqulyan 1855-ci ildə Vanda anadan olmuşdur. Sosial Demokrat Hnçak Partiyasına qoşulduqdan sonra 1884-cü ildən Konstantinopolda məskunlaşmışdır. Orada Saimbəylidən olan Hamparsum Boyacıyanla tanış olmuşdur. 27 iyul 1890-cı ildə Qumqapıda yerləşən Erməni Patriarxlığının qarşısında bir nümayiş təşkil etmiş və Ulduz Sarayının qarşısına doğru yürüş etmişdir. Məhz buna görə də Harutyun Canqulyan edam cəzasına məhkum edilmiş, lakin Osmanlı sultanı olan II Əbdülhəmid bunu ömürlük həbs cəzası ilə dəyişdirmişdir. Canqulyan Fələstinin Akka şəhərində yerləşən bir qəsrdə həbs edilir.
Harutyun Canqulyan

Значение слова в других словарях