qədim yunanlarda: təntənəli qurban mərasimi.
qədim yunanların tanrılarından biri.
1. bədnəzərdən, həmzaddan qorunmaq üçün uşaqların boynuna asılan dualı asqı; 2. dua; 3. bütxana.
Allahın dostu (Məhəmməd peyğəmbərin ləqəblərindən biri).
pak alim, dini rəhbər (papanın və kahinlərin ləqəbi).
1. Zilhiccə ayında Məkkəyə gedib Kəbəni ziyarət etmə; ümrə; 2. Quran surələrindən birinin adı.
bax haccühərəmeyn.
bax həcərüləsvəd.
Kəbədə ziyarətçilərin müqəddəs saydıqları qara daş, ibadət daşı.
yenidən dəstəmaz almağa səbəb olan natəmizlik.
Quran surələrindən birinin adı («dəmir» deməkdir).
Məhəmməd peyğəmbərin qanun hökmündə olan sözlərinə verilən ad; dini rəvayət, dini hekayə, qissə.
Allah haqqı, vallah (andiçmə).
Tanrı
1. böyük haqq; 2. məc. böyük Allah.
1. boyundan asılan dua; 2. boğazaltı (bəzək şeyi); 3. çiyindən aşırma.
mədh, dua, sitayiş, Fatimə surəsinin bir adı.
Allaha minnətdarlıq, Allaha təşəkkür, tərif; Quranın birinci («Fatihə») surəsinin daha bir adı.
dindaş, eyni dinə mənsub olan, həmməzhəb.
Allaha şükür, şükrüllah.
bax həmdin.
al arvadı, guya insanla bərabər doğulan ruh, can. (o, hər vaxt uşağa ziyan vurmağa çalışır).
sünnilərdə hənbəli təriqətinə mənsub olan tərəfdarlar, hənbəli məzhəbinin ardıcılları.
sünnilik məzhəblərindən biri (Əsası Əhməd ibn Hənbəl tərəfindən qoyulmuşdur).
hənbəlilərin təlimi.
sünnilərdə Əbu Hənifə təriqətinə mənsub olan adamlar, hənifəliyin ardıcılları.
sünnilikdə məzhəblərdən biri (Əsasını Əbu Hənifə qoymuşdur). Dörd əsas fiqh (hüquq) məktəblərindən biri
hənəfilərin təlimi.
yeganə Allaha inanan.
bax hənifilik.
İbrahim peyğəmbərin şəriəti; İslam dininin yaranması ərəfəsində Ərəbistanda bütpərəstliyə qarşı çıxıb təkallahlılığı təbliğ edən cərəyan
Məkkə ilə Mədinəyə birlikdə verilmiş ad.
Hicazda (Məkkədə) Kəbəyə və Mədinədə Məhəmməd peyğəmbərin məqbərəsinə işarədir.
Allah xatirinə!
(həşr günü) - 1. qiyamət, qiyamət günü; toplanma. 2. Quran surələrindən birinin adı («toplanma» deməkdir)
xristian dini rəvayətlərinə görə İsa peyğəmbərin 12 şagirdinə verilən ad, yəni onun öyüd və etiqadlarını yaymaqla məşğul olanlar
bax həvarilər.
Müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilərək təzim və ehtiram bildirən söz; cənab.
1. İslam dinində: yad kişilərə görünməmək üçün qadınların üzünü örtməsi; 2. çadra, çarşab; pərdə, örtük, müsəlman qadın geyimi
Quran surələrindən birnin adı (« ayrılıq», «maneə» deməkdir).
bax hücrə.
bax hicri.
Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi, hicrət (16 iyul 622-ci il. Müsəlman tarixi də bu aydan başlanır)
İslam dininə görə doğru yol, haqq yolu.
peyğəmbərlik; Quranı oxuyub düzgün başa düşmə və oxunanlardan düzgün nəticə çıxarma.
hazırda Hindistanda geniş yayılmış din.
1. haramlıq; 2. hörmət, şərəf.
Quranın 60 bölməsindən hər birinə verilən ad (qism, dəstə, firqə (partiya) deməkdir); tərəfdarlar.
1. mədrəsələrdə, mollaxanalarda quru mürəkkəb lüləsi; 2. qutu, sandıq.
dinə görə cənnətdə olan gözəl qızlar.