HAVU

(Tabasaran)
bax habi . – Didigin havudu dəğin
HAVOTU
HAY
OBASTAN VİKİ
Typhlodromalus havu
Havuş
Havuş (əvvəlki adı: Avuş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibindəki Avuş kəndi Havuş kəndi adlandırılmış, Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Havuş (dəqiqləşdirmə)
Havuş — Azərbaycanın Şərur rayonunda kənd. Yeni Havuş — Azərbaycanın Şərur rayonunda kənd. Havuş piri — Şərur rayonunun eyni adlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Havuş dağı- Azərbaycanın Şərur rayonunda dağ. Havuş qız qalası - Şərur rayonunda abidə.
Havuş dağı
Havuş — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuşçayın sağ sahilində, Havuş kəndindən təqribən 800 m şimal-qərbdə dağ (hünd. 2338,0 m). Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında izlənilən Havuşçay üstəgəlməsinin şimal-qərb asılı qanadındakı Havuş antiklinalının şimal-qərb qanadında yerləşir. Zirvə hissəsi və yamaclarında çoxsaylı şimal-qərb və şimal-şərq istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları izlənilir.
Havuş mədəni
Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Hаvuş mədən istismаr yеri. Еyniаdlı kəndin içərisində dərin dərədədir. Hаvuşçаyın sоl sаhilində Dərələyəz sırа dаğlаrının ətəklərində yеrləşmişdir. Yеrаltı filizçıхаrmа məntəqəsində təmizləmə işləri аpаrılmış, Оrtа əsrlərə аid kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Filizin аnаlizi göstərmişdir ki, Hаvuş mədən istismаr yеrindən əsаsən qurğuşun çıхаrılmışdır. Lаkin filizin tərkibində digər qаrışıqlаr dа оlmuşdur . == İstinadlar == == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 154.
Havuş piri
Havuş piri — Şərur rayonunun eyniadlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Dərinliyi 15 m-dən artıqdır. Eni 3, bəzi yerlərdə 4 m-dir. Giriş hissəsi tağvarı formadadır. İçərisində cızma və qazma üsulu ilə həkk edilmiş əli nizəli döyüşçü rəsmləri var. Mağarada 1x1 m ölçüdə təmizləmə işi aparılmış, 40 sm dərinlikdə insan skeletləri aşkar edilmiş, 1 m dərinlikdən iti uclu qara rəngli silah sınığı tapılmışdır. Qədim insan məskəni olması ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlara və onların ruhlarına olan inamlarla bağlıdır. Buradakı tək armud ağacından da pir kimi istifadə edilir; övladı olmayan qadınlar ağacın budaqlarından nənni asır və arzularını diləyirlər. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.155.
Havuş qız qalası
Havuş qız qalası — Şərur rayonunun Havuş kəndinin şərqində sıldırım qayalar üzərində abidə. Qayanın içərisində oyulmuş tacvari sonluqdan ibarətdir. Xalqa arasında "Qız evi", "Qız qayası"da deyirlər. Abidənin orta əsrlərə aid olması ehtimal edilir.
Havuş qəbiristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Havuş qəbristanlığı

Havuşdaş dağı
Havuş — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuşçayın sağ sahilində, Havuş kəndindən təqribən 800 m şimal-qərbdə dağ (hünd. 2338,0 m). Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında izlənilən Havuşçay üstəgəlməsinin şimal-qərb asılı qanadındakı Havuş antiklinalının şimal-qərb qanadında yerləşir. Zirvə hissəsi və yamaclarında çoxsaylı şimal-qərb və şimal-şərq istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları izlənilir.
Havuşçay
Havuşçay — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində çay. Axura çayının sağ qolu. == Haqqında == Uzunluğu 12 km, hövzəsinin sahəsi 31 kv. km-dir. Dərələyəz silsiləsinin cənub-qərb yamaclarından, Havuş dağının ətəklərindən (2338 m hünd.-dən) başlanır. Mənsəbindən 11 km məsafədə, 1100 m hünd.-də Axuraçaya tökülür. Əsasən, yağış və qrunt suları ilə qidalanır.
Yeni Havuş
Yeni Havuş — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Yeni Havuş kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Yeni Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Havuş kəndi mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Cır havuc
Cır havuc (lat. Pastinaca) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Tayfur Havutçu
Tayfur Havutçu (d. 23 aprel 1970-ci il, Almaniya) — Almaniya vətəndaşı olan, yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş türk futbolçusu və məşqçisi. Futbol karyerasına Almaniyada başlayan Tayfur Havutçu SV Darmstadt 98 forması ilə meydanlara peşəkar addım atıb. 2. Bundesliqa komandası liqanın 7-ci həftəsində Darmstadtda ilk oyununu Vuppertaler SV ilə keçirib. Havutçu 10-cu həftədə bir daha əldə etdiyi formanı mövsümün sonuna qədər tərk etməyib və 35 matçda forma geyinib. SV Meppen və 1. FSV Mainz 05 hərəyə bir qol vurub. Bununla belə, onun komandası mövsümün sonunda liqada sonuncu yer kimi aşağı liqaya düşüb. Karyerasında ilk və sonuncu dəfə DFB-Pokal matçında da çıxış etdi, lakin 2-ci raundda mübarizədən kənarlaşdırıldılar.