Havuşdaş dağı

HavuşŞərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuşçayın sağ sahilində, Havuş kəndindən təqribən 800 m şimal-qərbdə dağ (hünd. 2338,0 m). Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında izlənilən Havuşçay üstəgəlməsinin şimal-qərb asılı qanadındakı Havuş antiklinalının şimal-qərb qanadında yerləşir. Zirvə hissəsi və yamaclarında çoxsaylı şimal-qərb və şimal-şərq istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları izlənilir.[1]

Havuş
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2338 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 45. ISBN 5-8066-1468-9.