Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki.
Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.