Heybətulla Axundzadə
Heybətulla Axundzadə (dəri ھِبت الله اخوندزاده; puşt. ھِبت الله اخوندزاده; təq. 1960, Pənçvaiyə rayonu[d], Əfqanıstan krallığı[d]) — Əfqanıstanın siyasi və dini lideri, Əfqanıstan İslam Əmirliyinin rəhbəri.
Axundzadə Talibanla bağlı verdiyi fətvalarla tanınır. O, Əfqanıstan İslam Əmirliyinin şəriət məhkəmələrində islam hakimi vəzifəsində çalışıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, o, hərbçi olmayıb. O, 2016-cı ilin mayında öncəki lider Axtar Mənsurun pilotsuz təyyarənin zərbəsi nəticəsində öldürülməsindən sonra Talibanın lideri seçilib.
Əfqanıstan İslam Respublikasının süqutundan sonra Axundzadənin tezliklə yeni yaradılmış Əfqanıstan İslam Əmirliyi üzərində həm dini, həm də siyasi hakimiyyətin ali lideri elan ediləcəyi gözlənilir.
== Həyatı ==
Axundzadə Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Pənçvaiyə rayonunda anadan olub. Puştun olan Axundzadə Nurzai qəbiləsinə mənsubdur.