heykəltaraş
heykəltəraş 2021
OBASTAN VİKİ
Heykəltaraşlıq
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. == Növləri == Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef). == Sahələri == Heykəltaraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental dekorativ dəzgah heykəltaraşlığı. Monumental heykəltaraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltaraşlıq abidələri yüksəlir. Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltaraşlığı nümunələri sayılır. == Azərbaycanın professional heykəltaraşlığı == Azərbaycanın professional heykəltaraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir. Daha dəqiq, milli heykəltaraşlığımızın əsas inkişafı 1930–1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdürəhmanov, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilə bağlı olmuşdur.
Afrikada heykəltaraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Azərbaycanda heykəltaraşlıq
Azərbaycanda heykəltaraşlıq — Azərbaycan təsviri sənətinin növlərindən biri. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var. Ümumilikdə, heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. Onlar – Monumental, dekorativ və dəzgah heykəltaraşlığı Heykəltaraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir.
Ankara Rəsm və Heykəltaraşlıq Muzeyi
Ankara Rəsm və Heykəltaraşlıq Muzeyi — Ankarada yerləşən incəsənət muzeyi və mədəniyyət mərkəzi. Muzey Etnoqrafik muzeyin yaxınlığında, Altındağ küçəsinin Ulus rayonunun Namazgah təpəsində yerləşir. Muzey 1930-cu ildə Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün göstərişi ilə açılmışdır. Muzey türk plastik sənətinin Cümhuriyyətdən əvvəlki və sonrakı təşəkkül və inkişaf dövrlərini əks etdirən zəngin sənət əsərləri kolleksiyasına malikdir. Muzeydə Osman Həmdi bəydən Əbdülməcid Əfəndiyə, Şəkər Əhməd Paşadan Fikrət Muallaya, Şevkət Dağdan Şefik Bursalıya, İbrahim Çallıdan Abidin Dinoya qədər bir çox sənətkarın orijinal əsərləri sərgilənir. == Binanın tarixi == === Türk Ocaqları mərkəzi binası === Muzey binası kimi fəaliyyət göstərən tarixi bina Ankaranın dördüncü böyük ictimai binasıdır. Binanın tikilişində Mustafa Kamal türk naxışlarının istifadə olunmasını və yalnız türk işçilərin işləməsini tələb edir. Türk Ocaqları binası kimi tikilən bu bina üçün 1924-cü ildə dövrün tanınmış memarlarından təkliflər istənilib. Memar Arif Hikmət bəyin çəkdiyi proyekt prezident Mustafa Kamal Paşa tərəfindən bəyənildikdən sonra layihə təsdiqləndi və 21 mart 1927-ci ildə binanın tikintisi başlandı. Memar Koyunoğlu 1930-cu ilin aprelində məzar daşı ustalarını toplayaraq Mərmərə adasından mərmər gətirərək binanın tikintisini tamamladı.