Ankara Rəsm və Heykəltaraşlıq Muzeyi

Ankara Rəsm və Heykəltaraşlıq MuzeyiAnkarada yerləşən incəsənət muzeyi və mədəniyyət mərkəzi. Muzey Etnoqrafik muzeyin yaxınlığında, Altındağ küçəsinin Ulus rayonunun Namazgah təpəsində yerləşir.[2]

Ankara Rəsm və Heykəltaraşlıq Muzeyi
Xəritə
Əsası qoyulub 1930
Ölkə
Yerləşir Ulus, Ankara ili
39°55′59″ şm. e. 32°51′21″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atatürk muzeyinin açılışında
Muzeyin əsas girişinin xarici görünüşü.

Muzey 1930-cu ildə Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün göstərişi ilə açılmışdır.[3]

Muzey türk plastik sənətinin Cümhuriyyətdən əvvəlki və sonrakı təşəkkül və inkişaf dövrlərini əks etdirən zəngin sənət əsərləri kolleksiyasına malikdir. Muzeydə Osman Həmdi bəydən Əbdülməcid Əfəndiyə, Şəkər Əhməd Paşadan Fikrət Muallaya, Şevkət Dağdan Şefik Bursalıya, İbrahim Çallıdan Abidin Dinoya qədər bir çox sənətkarın orijinal əsərləri sərgilənir.

Binanın tarixi

[redaktə | mənbəni redaktə et]

Türk Ocaqları mərkəzi binası

[redaktə | mənbəni redaktə et]

Muzey binası kimi fəaliyyət göstərən tarixi bina Ankaranın dördüncü böyük ictimai binasıdır.[4]

Binanın tikilişində Mustafa Kamal türk naxışlarının istifadə olunmasını və yalnız türk işçilərin işləməsini tələb edir.[5] Türk Ocaqları binası kimi tikilən bu bina üçün 1924-cü ildə dövrün tanınmış memarlarından təkliflər istənilib. Memar Arif Hikmət bəyin çəkdiyi proyekt prezident Mustafa Kamal Paşa tərəfindən bəyənildikdən sonra layihə təsdiqləndi və 21 mart 1927-ci ildə binanın tikintisi başlandı.[6] Memar Koyunoğlu 1930-cu ilin aprelində məzar daşı ustalarını toplayaraq Mərmərə adasından mərmər gətirərək binanın tikintisini tamamladı. İnşaatda mərmər ustası Hüseyn Avni, mədən ustası Hakkı, daş ustası Baki və Ankaradan Hüseyn Əfəndilər çalışıblar.[5] Bina 23 aprel 1930-cu ildə istifadəyə verildi.

"Türk Ocaqları" bağlandıqdan sonra 1931-ci il iyunun 10-da bina Cümhuriyyət Xalq Partiyasına təhvil verilmişdir.

Ankara İcma mərkəzi binası

[redaktə | mənbəni redaktə et]

1932-ci ildə Ankara İcma mərkəzi kimi fəaliyyətə başlamışdır. 500 nəfərlik lojalı zalı olan və interyeri qızıl gül ağacları ilə bəzədilmiş bina Türkiyə Cümhuriyyəti tarixində ilk operaların səhnəyə qoyulduğu mərkəz oldu. Yeni tikilən binanın 500 nəfərlik zalında 1934-cü ildə ilk türk operası "Özsoy Operası" səhnəyə qoyulmuşdu. Mərkəz İlk Dil və Tarix qurultayı, I-ci Türk Tarixi Konqresi, I-ci Türk Dili Qurultayı kimi mühüm tədbirlərə ev sahibliyi etmişdir.

Muzeyin yaradılması

[redaktə | mənbəni redaktə et]

Muzey Atatürkün islahatları fonunda yaradılıb. Türkiyədə Cümhuriyyətin əvvəllərində islam ənənəsinə görə bütpərəstlikdən çəkinən rəsm və heykəltəraşlıq kimi təsviri sənətlər nadir hallarda tətbiq olunurdu. Atatürk modernləşmə səyləri sayəsində bunu dəyişmək istəyirdi.

Atatürk incəsənətin inkişafı ilə yeni milli şəxsiyyət hissi yaratmağa çalışırdı.[7] O, hesab edirdi ki, mədəniyyət Türkiyə Cümhuriyyətinin əsası olmalıdır.[8]

1980-ci ildə muzeydə əsaslı təmir işləri aparılmışdır. 2011-ci ildə muzey ekspozisiya sahəsini artırmaq, dam örtüyünü bərpa etmək və digər təhlükəsizlik tədbirləri üçün yenidən təmir edilmişdir. Restavrasiya zamanı orijinal formasına qaytarılan tarixi zalda konsertlər, teatr tamaşaları, film proyeksiyaları kimi müxtəlif tədbirlər keçirilirdi.

Bu gün muzey türk rəssamlıq və heykəltəraşlıq sənətinin inkişafında mühüm rol oynamış rəssamların ən görkəmli əsərlərinin sərgiləndiyi bir sənət mərkəzidir. Türk plastik sənətinin təşəkkülü və inkişafını əks etdirən sənət kolleksiyaları və onun təsnifatı ilə yanaşı, bu sahədəki boşluğu dolduran Plastik sənətlər kitabxanası, türk sənətçilərinin arxivləri bu sahələrdə çalışan tədqiqatçıların ehtiyaclarını qənaətbəxş şəkildə ödəyir.

Muzeydə daimi sərgilərin nümayiş olunduğu 6 salon var. Bu salonlarda 750-yə yaxın əsər nümayiş etdirilir. Muzeyin inventarında 1114 rəsm əsərinin olduğu təxmin edilir.[9][10]

Muzeydə türk rəssamlarının Cümhuriyyətdən əvvəlki dövrdən bu günə qədər olan rəsm, heykəltəraşlıq, keramika, çap və türk ornamental əsərləri nümayiş olunur. 1-ci bölmədə Şəkər Əhməd Paşa, Əbdülməcid Əfəndi, Hüseyn Zəkai Paşa, Halil Paşa, Hoca Əli Rıza kimi rəssamların, 2-ci bölmədə isə İbrahim Çallı, Hikmət Onat, Namık İsmayıl kimi rəssamların əsərləri nümayiş etdirilir. Cümhuriyyət dövrünün əsərləri sərgilənir.

Kolleksiyanın ilk əsərləri Osman Həmdi bəyin "Silah taciri", Vasili Vereşaginin "Teymurun məzarında", Zonaronun "Gənc qızın portreti", Emel Korutürkün "Qaziyə minnət" əsərləridir.

  1. 1 2 GeoNames (ing.). 2005.
  2. "Arxivlənmiş surət". 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
  3. Turkish Architecture Museum Database: Arif Hikmet Koyunoğlu Arxiv surəti 27 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 27 iyul 2011 at the Wayback Machine
  4. "Arxivlənmiş surət". 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
  5. 1 2 https://web.archive.org/web/20151127085606/http://guzelsanatlar.kulturturizm.gov.tr/TR,2412/yapinin-tarihcesi.html
  6. "Arxivlənmiş surət". 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
  7. Mountford, Elsie. "Art and Identity: Ataturk and the End of the Ottoman Empire". the Ascendant Historian (ingilis). 2 (2). 2014: 42–54. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
  8. Atillasoy, Yüksel. Atatürk : first president and founder of the Turkish Republic. Woodside House. 2002. 15.
  9. https://web.archive.org/web/20160224180329/http://aregem.kulturturizm.gov.tr/Eklenti/32352,serdarguven.pdf?0
  10. https://web.archive.org/web/20161002134605/http://aregem.kulturturizm.gov.tr/Eklenti/31139,berrakaydemirpdf.pdf?0
  11. "Arxivlənmiş surət". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]