hidroksid

hidroksid
hidrokostyum
hidroksil
OBASTAN VİKİ
Alüminium hidroksid
Alüminium hidroksid – kimyəvi formululu Al(OH)3 olan qeyri –üzvi birləşmədi. == Alınması == Alüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar: A l 2 ( S O 4 ) 3 + 6 N H 3 + 6 H 2 O ⟶ 2 A l ( O H ) 3 ↓ + 3 ( N H 4 ) 2 S O 4 {\displaystyle {\mathsf {Al_{2}(SO_{4})_{3}+6NH_{3}+6H_{2}O\longrightarrow 2Al(OH)_{3}\downarrow +~3(NH_{4})_{2}SO_{4}}}} Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür. Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı: 2 A l C l 3 + 3 N a 2 C O 3 + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 C O 2 ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}CO_{3}+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3CO_{2}\uparrow +~6NaCl}}} 2 A l C l 3 + 3 N a 2 S + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 H 2 S ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}S+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3H_{2}S\uparrow +~6NaCl}}} == Fiziki xassələri == Alüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir: monoklinik (γ) gibbsit triklinik (γ ') gibbsit (hidrarqillit) bayerit (γ) nordstrandit (β) Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır. == Kimyəvi xassələri == Alüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir. Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur: turşularla: A l ( O H ) 3 + 3 H C l ⟶ A l C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+3HCl\longrightarrow AlCl_{3}+3H_{2}O}}} qələvi lərlə: A l ( O H ) 3 + N a O H + 2 H 2 O ⟶ N a [ A l ( O H ) 4 ( H 2 O ) 2 ] {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH+2H_{2}O\longrightarrow Na[Al(OH)_{4}(H_{2}O)_{2}]}}} Bərk reagentlərin əriməsi nəticəsində: A l ( O H ) 3 + N a O H → 1000 o C N a A l O 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH\ {\xrightarrow {1000^{o}C}}\ NaAlO_{2}+2H_{2}O}}} Qızdırıldıqda parçalanır: 2 A l ( O H ) 3 → t > 575 o C A l 2 O 3 + 3 H 2 O {\displaystyle {\mathsf {2Al(OH)_{3}\ {\xrightarrow {t>575^{o}C}}\ Al_{2}O_{3}+3H_{2}O}}} Ammonyak məhlulları ilə reaksiya daxil olmur. == Tətbiqi == Alüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur. == Mənbə == Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов.
Kalsium hidroksid
Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur. == Trivial adları == Sönmüş əhəng Əhəng südü Əhəng suyu == Alınması == Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir: CaO + H2O → Ca(OH)2+Q == Xassələri == Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur: Ca(OH)2 + H2SO4 → CaSO4 +2H2O Ca(OH)2 + SO3 → CaSO4 +H2O Ca(OH)2 + CO2 → CaCO3 + H2O Ca(OH)2 + Na2SO3 → CaSO3 +2NaOH Əgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir: Ca(OH)2 →CaO + H2O Güclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir: Ca(OH)2←→ Ca2+ + 2OH− == Tətbiqi == Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur. == Təhlükəsizliyi == Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər. == Mənbə == Химическая энциклопедия. - Т.2. - М.: Советская энциклопедия, 1990. - С. 297-298 N.A.Verdizadə, K.Ə.Quliyev, Ə.Z.Zalov, Ş.Ə.Quliyev. Kimya kursu.