Apache Hive
Apache Hive SQL — HADOP platforması əsasında, Verilənlər Bazasını İdarəetmə Sistemidir. Sistem vasitəsilə paylanmış mühitdə saxlanılan böyük həcmli verilənləri oxumaq, yazmaq və idarə etmək olur.
Apache Hive Facebook Korporasiyası tərəfindən yaradılmış və "Apache Software Foundation"da açıq lisenziya əsasında lisenziyalaşdırılmışdır. Bu sistem hazırda Netflix tərəfindən istifadə olunur və Amazon Elastic MapReduce vasitəsilə Amazon Veb Xidmətlərində mövcuddur.
SQL və ona bənzər sorğu dilindən istifadə edərək verilənlərlə işləmək;
Müxtəlif məlumat saxlama formatları üçün dəstək;
Birbaşa "HDFS" və "Apache HBase" ilə işləmək;
"Apache Tez", "Apache Spark" və ya "MapReduce" vasitəsilə sorğuların icrası.
Apache Hive, SQL dilinə əsaslanan, lakin SQL-92 standartı üçün tam dəstəyi olmayan Hive Query Language-i dəstəkləyir. HiveQL XML və JSON formatları ilə işləmək funksiyalarına malikdir, massivlər, strukturlar, assosiativ massivlər kimi qeyri-skalyar məlumat növlərini, həmçinin toplama funksiyalarının geniş spektrini, istifadəçi tərəfindən müəyyən edilmiş funksiyaları (İstifadəçi tərəfindən təyin edilmiş funksiyalar), kilidləri dəstəkləyir.