HİV

/AİDS is. \[rus. вирус иммунодефицита человека (ВИЧ), синдром приобретѐнного иммунного дефицита (СПИД), ing. Human immunodeficiency virus infection and acquired immune deficiency syndrome (HIV/AIDS)\] tib. İmmunçatışmazlığı virusu ilə yoluxmuş xəstələr.
HİT
HOLDİNQ
OBASTAN VİKİ
HİV
İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur. İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır. Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil. Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir.
HİV dissidentlik
İİV ing. HİV dissidentlik (HIV/AIDS denialism, bu hərəkatın tərəfdarları HİV inkarçıları kimi də tanınırlar ) insanın immunçatışmazlığı virusunun yoluxucu agenti olduğuna dair ümumi qəbul edilmiş sübutları inkar edir. Hərəkət iştirakçılarının fikirləri müxtəlifdir. Onların bəziləri HİV-in və müvafiq olaraq QİÇS-in mövcudluğu faktını inkar edirlər. Digərləri HİV-in mövcudluğunu etiraf edir, lakin onun QİÇS ilə əlaqəsini inkar edərək, sonuncunu digər amillərin nəticəsi elan edirlər. Onların arasında HİV infeksiyası üçün nəzərdə tutulmuş terapiyanın QİÇS-in səbəbi olması ilə bağlı fikir də geniş yayılmışdır. == Tarixi == QİÇS ilk dəfə 1981-ci ildə qeydə alınmış və o zaman "dörd H xəstəliyi" adlandırılmışdı. ing. 4-H disease Haiti sakinlərində və ya ziyarətçilərində, hemofiliyalılarda, heroin istifadəçilərində və homoseksuallarda aşkarlandığı üçün xəstəliyə həmin ad verilmişdi. Lakin getdikcə xəstəliyin yalnız bu kateqoriyalı insanlar üçün endemik olmadığı aydın olduqdan sonra 1982-ci ilin iyulunda keçirilən konfransda QİÇS abbreviaturası təqdim edilmişdir.
Velodrom d'Hiv basqını
Velodrom d'Hiv basqını (fr. Rafle du Vélodrome d'Hiver) — 1942-ci il 16-17 iyul tarixlərində Parisdə Alman hakimiyyət orqanlarının göstərişi ilə Fransa polisi və jandarmları tərəfindən əcnəbi yəhudi ailələrinin kütləvi həbsi. Paris polis prefekturasının qeydlərinə görə, 4000-dən çoxu uşaq olmaqla 13,152 yəhudi həbs edilib. Onlar Velodrome d'Hivdə (lazım. "Qış Stadionu"; "Vel' d'Hiv" kimi tanınır) son dərəcə ağır şəraitdə, demək olar ki, qida və su olmadan və sanitar qovşaq olmadan saxlanılıb. Həbslərdən bir həftə sonra yəhudilər Dransi, Pitivye və Bonna-la-Roland həbs düşərgələrinə aparılaraq, dəmir yolu vaqonlarında Auşvitz həbs düşərgəsinə göndərilmişdilər. Yəhudilərin toplanması Fransada həm işğal olunmuş zonada, həm də azad zonada yəhudi əhalisini məhv etməyə yönəlmiş bir neçə təşəbbüsdən biri idi. Fransa prezidenti Jak Şirak 1995-ci ildə Fransa polisi və dövlət qulluqçularının basqında Nazi rejimi ilə birgə hərəkət etdiklərinə görə üzr istəyir. 2017-ci ildə prezident Emmanuel Makron daha dəqiq şəkildə Fransa dövlətinin bu basqında, Holokostda iştirakının yalnış olduğunu etiraf edib. Velodrom d'Hiv Parisin 15-ci dairəsində, Eyfel qülləsindən uzaq məsafədə Qrenelle bulvarı və Nelatonda da yerləşən böyük qapalı idman arenası idi.
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı
Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı (ing. Joint United Nations Programme on HIV/AIDS) — Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan və əsas məqsədi Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə qlobal mübarizəni və təşkilatlanmanı hədəfləyən beynəlxalq proqram. Qərb mənbələrində daha çox (UNAIDS) qısaltması ilə tanınır. Mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Apache Hive
Apache Hive SQL — HADOP platforması əsasında, Verilənlər Bazasını İdarəetmə Sistemidir. Sistem vasitəsilə paylanmış mühitdə saxlanılan böyük həcmli verilənləri oxumaq, yazmaq və idarə etmək olur. Apache Hive Facebook Korporasiyası tərəfindən yaradılmış və "Apache Software Foundation"da açıq lisenziya əsasında lisenziyalaşdırılmışdır. Bu sistem hazırda Netflix tərəfindən istifadə olunur və Amazon Elastic MapReduce vasitəsilə Amazon Veb Xidmətlərində mövcuddur. == İmkanları == SQL və ona bənzər sorğu dilindən istifadə edərək verilənlərlə işləmək; Müxtəlif məlumat saxlama formatları üçün dəstək; Birbaşa "HDFS" və "Apache HBase" ilə işləmək; "Apache Tez", "Apache Spark" və ya "MapReduce" vasitəsilə sorğuların icrası. == HiveQL == Apache Hive, SQL dilinə əsaslanan, lakin SQL-92 standartı üçün tam dəstəyi olmayan Hive Query Language-i dəstəkləyir. HiveQL XML və JSON formatları ilə işləmək funksiyalarına malikdir, massivlər, strukturlar, assosiativ massivlər kimi qeyri-skalyar məlumat növlərini, həmçinin toplama funksiyalarının geniş spektrini, istifadəçi tərəfindən müəyyən edilmiş funksiyaları (İstifadəçi tərəfindən təyin edilmiş funksiyalar), kilidləri dəstəkləyir.
Bidens hivoana
Bidens hivoana (lat. Bidens hivoana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Hiveri
Hiveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 257 nəfərdir. == Toponimiyası == Hivəri oykonimi Hovarı, Hoveri variantlarında da qeydə alınmışdır. Belə ehtimal edilir ki, oykonim talış dilindəki hu (dağıdılmış, uçurulmuş) və var (yer, kənd, qala, möhkəmləndirilmış yer) sözlərindən düzəlib, "dağıdılmış kənd" mənasındadır. Yaşayış məntəqəsi köhnə kənd yerində salındığına görə belə adlandırılmışdır.
Hivi
Hivi (alm. Hilfswilliger‎; azərb. könüllü köməkçi‎ sözünün abreviaturası) — İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü. Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər. == Haqqında == 1942-ci ilin sonlarında Hiwi qrupları 2-ci Panzer Ordusunun 134-cü Piyada Diviziyasının 50 faizini və Stalinqrad döyüşündəki 6-cı Ordunun 25 faizini təşkil edirdi. 1944-cü ilə qədər onların sayı 600.000-ə qədər artmışdı. Sovet İttifaqında yaşayan kişilər və qadınlar bu könüllü qruplara qəbul edilirdilər.
Hivəri
Hiveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 257 nəfərdir. == Toponimiyası == Hivəri oykonimi Hovarı, Hoveri variantlarında da qeydə alınmışdır. Belə ehtimal edilir ki, oykonim talış dilindəki hu (dağıdılmış, uçurulmuş) və var (yer, kənd, qala, möhkəmləndirilmış yer) sözlərindən düzəlib, "dağıdılmış kənd" mənasındadır. Yaşayış məntəqəsi köhnə kənd yerində salındığına görə belə adlandırılmışdır.
Robin Hivens
Robin Hivens (27 noyabr 1964, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Hivens 1964-cü ildə Reuben Givens və Ruth Roper ailəsində anadan olmuşdur, lakin onun iki yaşı olanda anası və atası ayrılmışdır. 15 yaşında Sara Lorens Kollecində 1984-cü ildə təhsil almışdır. Onun ilk həyat yoldaşı Mayk Tyason (1988–1989) sonrakı həyat yoldaşı isə Svetozar Marinkoviç (1997–1998) olmuşdur. Hal-hazırda isə o məşhur tennisçi Murphy Censen ilə sevgilidir.

Digər lüğətlərdə