HM

междом. гм, хм:
1. выражает сомнение, недоверие, иронию. Hm, sən də orada idin? гм, и ты там был?
2. употребляется при затруднении или нерешимости сказать, произнести что-л.
HİYLƏSİZLİK
HO
OBASTAN VİKİ
.hm
.hm — Herd və Makdonald adalarının internet kodu.
Coş Hmami
Coşua Macid Hmami (17 dekabr 1999-cu ildə anadan olub) — Uels Premyer Liqası təmsilçilərindən olan Nyu Seynts klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == O, peşəkar karyerasında debütünü 30 dekabr 2017-ci ildə Qrimsbi Taun klubu ilə oyunda etmişdir. O, ikinci hissədə Billi Kini əvəz etmişdir. EFL Liqa İki görüşündə Akkrinqton Qrimsbi klubuna 3-0 hesabı ilə qalib gəlmişdir. 2018-ci ilin may ayında Hmami Uels Premyer Liqası təmsilçilərindən olan Nyu Seynts klubu ilə müqavilə imzalamışdır.
HMS Africa (1781)
Əlahəzrətin gəmisi Afrika (ing. Her or His Majesty’s Ship Africa) (1763) — Kral donamasına məxsus 64-toplu III ranq xətt gəmisi. Gəminin layihəsi 26 fevral 1777-ci ildə təsdiqlənmişdir. 11 fevral 1778-ci ildə sifariş olunmuş, 2 mart 1778-ci ildə tikilməyə başlanılmış, 11 aprel 1781-ci ildə Nortfildəki Adams & Barnard tərsanəsində suya salınmışdır. 74 toplu bu proyekt köhnə olduğundan, hazır olan gəmidə çoxlu çatışmazlıqları nəzərə alaraq bu layihə əsasında yalnız 64 toplu gəmilər inşa olunurdu. 1781-ci ildə Deptford kral tərsanəsində mislə üzlənmişdir. == Xidməti == == ABŞ İstiqlal müharibəsində == 1781 — xidmətə götürülür, kapitanı ing. Thomas Newnham olmuşdur. 1782 — yanvar, kapitanı ing. Robert McDowall; 6 fevral ser Riçard Bikertonun eskadriliyasında Şərqi Hindisana gedir.
HMS Agamemnon (1781)
"Əlahəzrətin gəmisi Aqamemnon" (ing. HMS Agamemnon - Her or His Majesty’s Ship Agamemnon (1781) — üçdorlu, 64 döyüş topuna malik Böyük Britaniya Kral Donanmasına məxsus III ranq xətt gəmisi, "yelkən əsrinin" bir çox döyüşlərinin iştirakçısı, Horatsio Nelsonun sevimlisi. 1777-ci ilin mayında tikintisinə başlanılmış və 10 aprel 1781-ci ildə Hempşir qraflığının Buklers Hard şəxsi liman tərsanəsində suya salınmışdır. Gəmi İliadanın qəhrəmanı Aqamemnonun şərəfinə adlandırılmışdır. == ABŞ İstiqlal müharibəsində == 1781 ci ildə Uessan və Le Sent adsı uğrunda döyüşlərdə iştirak etmişdir. 1782 ci ildə gəmi kapitan Bencemin Kolduell (ing. Benjamin Caldwell) rəhbərliyində Martinika çıxış üçün Fransız donamasına qarşı döyüşdə iştirak etmişdir. Bu zaman Aqmemnon 14 ölü, 24 yaralı canlı itki (leytenant İnkoldon (ing. Incledon) və Brays (ing. Brice) daxil olmaqla) verir.
HMS Agincourt (1913)
HMS Agincourt və ya Sultan I. Osman zirehli döyüş gəmisi, Birinci Dünya Müharibəsində Kral Donanmasına bağlı olaraq vəzifə yerinə yetirmiş və Yutland Müharibəsində də tapılmışdır. Gəmi ilk olaraq Braziliya tərəfindən sifariş edildi, lakin sonra kreditlər ödənilmədi və gəmi, İngiltərənin əlində qaldı. Layihəni Osmanlı Dövləti götürdü və adını da Sultan I. Osman olaraq istifadə etdi. Birinci Dünya Müharibəsi əvvəlində Britaniya hökuməti, Osmanlı Dövlətinin döyüşə Alman İmperatorluğu yanında girib gəmini də bunun üçün istifadə etməsindən narahatlıq duydu, pulu verilmiş olan gəmiyə əl qoyuldu -Digər əl qoyulan dreadnought isə Reşadiye idi (HMS Erin' ') -. Gəmi, 1921-ci ildə vəzifədən ayrıldı və ardından da parçalanıb donanmadan çıxarıldı.
HMS Ajax
Krallıq donanmasının HMS Ajax adlı 8 gəmisi var idi. Onlar antik qəhrəman Ayaksın şərəfinə adlandırılmışdır. HMS Ajax — 3-cü dərəcəli 74 topu olan xətt gəmisi; 1767-ci ildə suya buraxılmışdır, 1785-ci ildə satılmışdır. HMS Ajax — 3-cü dərəcəli 74 topu olan xətt gəmisi; 1798-ci ildə suya buraxılmışdır. 1805-ci ildə Trafalqar döyüşündə istifadə olunmuşdur; 1807-ci ildə bədəxt hadisə nəticəsində yanmışdır HMS Ajax — 3-cü dərəcəli 74 topu olan xətt gəmisi; 1809-cu ildə suya buraxılmışdır. 1846-cı ildə vintli gəmiyə çevrildi; 1846-cı HMS Ajax — 3-cü dərəcəli 78 topu olan gəmi; 1835-ci ildə HMS Vanguard adı altında suya buraxılmışdır. 1867-ci ildə adı HMS Ajax olaraq dəyişdirildi; 1875-ci ildə söküldü. HMS Ajax — Ajax tipli zirehli gəmi; 1880-ci ildə suya buraxılmışdır; 1904-cü ildə satılmışdır. HMS Ajax — King George V tipli linkor; 1912-ci ildə suya buraxılmışdır; 1926-cı ildə sökülmüşdür. HMS Ajax (22) — Leander tipli yüngül kreyser; 1934-cu ildə suya buraxılmışdır.
HMS Ajax (1798)
“Əlahəzrətin gəmisi Ayaks" (ing. HMS Ajax - Her or His Majesty’s Ship Ajax) (1798) — 74-toplu III ranq xətt gəmisi. Böyük Britaniya Kral donamasının antik qəhrəman Ayaksın şərəfinə adlandırılmış ikinci xətt gəmisi.
HMS Britannia (1762)
"Əlahəzrətin gəmisi Britaniya" (ing. HMS Britannia) (1762) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donanmasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1 iyul 1751-ci ildə əsası qoyulmuş və 19 oktyabr 1762-ci ildə suya salınmışdır. Bir çox müharibələrdə (Yeddillik müharibə, ABŞ İstiqlal müharibəsi), o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir.
HMS Defence (1763)
Əlahəzrətin gəmisi Defens (ing. Her or His Majesty’s Ship Defence (1763) — Kral donamasına məxsus 74-toplu III ranq xətt gəmisi. Plimut tərsanəsində 15 dekabr 1758-ci ildə sifariş verilmiş və 31 mart 1763-cü ildə suya salınmışdır.. "Defence" ingilis dilindən tərcümədə "müdafiə" mənasını verir. == Xidməti == == ABŞ İstiqlal müharibəsində == 1780, 8 yanvar — Finister burnu və Sent-Vinsent burnu yaxınlığındakı döyüşlərdə iştirak etmiş. 1782 — Kapitan T. Nyuman (ing. T. Newman), Rocer Bikertonun (ing. R. Bickerton) eskadriliyasında. 1783 — Şərqi Hindistan: Kuddalor yaxınlığındakı döyüşdə. 1784 — Kommander Endrü Mitçel (ing.
HMS Leviathan (1790)
Əlahəzrətin gəmisi Leviafan (ing. HMS Leviathan) (1790) — 74-toplu III ranqlı xətt gəmisi. Kral donanmasının ikinci gəmisi olub mifoloji personaj Leviafanın şərəfinə adlandırılmışdır. ing. Courageux tipli üçüncü xətt gəmisidir. 1792-ci ilin mayında əsası qoyulmuş, 9 oktyabr 1790-cı ildə suya salınmışdır. Bir çox dəniz döyüşlərində, o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir.
HMS Resolution (1771)
Əlahəzrətin gəmisi Rezolyuşen (ing. Her or His Majesty’s Ship Resolution) (1771) — Böyük Britaniya Kral Donanmasına məxsus, Ceyms Kukun ikinci və üçüncü Sakit okean ekspedisiyasında iştirak etmiş yelkənli flaqman gəmi, şlyup.
HMS Royal Sovereign (1786)
Əlahəzrətin gəmisi Royal Soveren — (ing. HMS Royal Sovereign — Her or His Majesty’s Ship Royal Sovereign) (1786) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1805 ci ildə Trafalqar döyüşündə iştirak etmişdir. Plimut kral tərsanəsində C. Uilyamsın layihəsi əsnasında 7 yanvar 1774 cü ildə əsası qoyulmuşdur. Tikintisinə ABŞ İstiqlal müharibəsi zamanında bir neçə dəfə fasilə verilsə də 11 sentyabr 1786 cı ildə suya salınmışdır. Gəmi 67,458 £ başa gəlmişdir. == Xidməti == Əsas xidmətini La Manş boğazında, bir neçə dəfə Aralıq dənizi yürüşlərində keçirmişdir. 1794 — admiral Hau donaması tərkibində Şanlı Bir İyun döyüşündə iştirak etmişdir. (14 ılü, 41 yaralı). 1795 — 16 iyunda Kornuollisin bayraqdarı olmuş.
HMS Tonnant (1798)
“Tonnant” (fr. Le Tonnant sonralar ing. “HMS Tonnant - Her or His Majesty’s Ship Tonnant” - azərb. Əlahəzrətin gəmisi Tonnant‎), (1787) — üçdorlu, 84 döyüş topuna malik əvvəl Fransa donamasına, 2 avqust 1798-ci ildən Böyük Britaniya Kral Donanmasına məxsus II ranq xətt gəmisi.
HMS Trincomalee
“Əlahəzrətin gəmisi Trinkomali”, (ing. HMS - Her or His Majesty’s Ship Trincomalee) — üçdorlu, 38 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus VI ranq freqat.
HMS Vanguard (1787)
Əlahəzrətin gəmisi Avanqard ing. HMS — Her or His Majesty’s Ship Vanguard (1787) — üçdorlu, 84 döyüş topuna malik Böyük Britaniya Kral Donanmasına məxsus III ranq xətt gəmisi, Horatsio Nelsonun bayraqdarı.
HMS Victory
“Əlahəzrətin gəmisi Viktoriya” (ing. HMS — Her or His Majesty’s Ship Victory; 1765) — üç dorlu, 104 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus I ranq xətt gəmisi. 23 iyul 1759-cu ildə əsası qoyulmuş və 7 may 1765-ci ildə suya salınmışdır. Bir çox döyüşlərdə, o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir. Məhz bu gəminin göyərtəsində Admiral Nelson yaralanmışdır. 12 yanvar 1922-ci ildən gəmi qədim tərsanə Portsmutda doka dayanmışdır. Hal hazırda muzey kimi istifadə edilir. Bu muzey Portsmutun ən görməli yerlərindən sayılır. == Sürsatı == HMS Victory gəmisi müxtəlif dövrlərdə bir neçə dəfə yenidən layihələndirilmişdir. İlk olaraq 100 döyüş topuna malik layihə 1758-ci ilə aiddir.
Hmelnitski üsyanı
Xmelnitski üsyanı — bugünkü Ukrayna ərazisində 1648-dən 1657-ci ilə qədər davam edən üsyan hərəkatı. Ataman Boqdan Xmelnitskinin komandanlıq etdiyi Zaporojye kazaklarının və müttəfiqləri olan Krım tatarları və yerli ukraynalıların Polşa və Litva qüvvələrinə qarşı azadlıq müharibəsidir. Üsyan müvəffəqiyyətli oldu, Kazak Hetmanlığı quruldu və Polşanın bölgədəki təsiri azaldı. Sonralar bölgənin rus təsirinə girməsi daha asan oldu. Bu yəhudi tarixi və demoqrafiyasında xüsusi əhəmiyyət kəsb edir. Qiyam Bogdan Hmelnitsky qüvvələri tərəfindən Zaporojyanın tutulması ilə başladı. Sonra Kazaklar, tatar qüvvələri 1648-ci ilə qədər Polşa-Litva Birliyinə qarşı qələbələr qazandı və müstəqil oldular. Böyük Şimal müharibəsinin başlaması əvvəlcə Kazaklar üçün müsbət hadisə olsa da, davamı gəlmədi, zamanla rus hakimiyyəti altına daxil oldular.
Kampimodromus hmiminai
Kampimodromus hmiminai (lat. Kampimodromus hmiminai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kampimodromus cinsinə aid heyvan növü.
Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü
II Dünya müharibəsinin döyüş arealı yalnız Avrasiya, Amerika və Afrikanı deyil, Yer kürəsinin insan yaşayışı olan hər bir yerini, o cümlədən gözdən iraq düşmüş uzaq Avstraliyanı da əhatə etmişdi. Belə ki, 19 noyabr 1941-ci ildə Qərbi Avstraliya sahillərində Almaniya Donanmasının yardımçı Kormoran kreyseri ilə Avstraliya Kral Donanmasının Sidney HMAS adlı yüngül kreyseri arasında təkbətək döyüş baş vermişdir. 399 nəfərlik şəxsi heyəti olan alman gəmisinə Teodor Detmers, 645 nəfərlik avstraliyalı heyətə Cozef Barnett komandanlıq edirdi. Döyüş yarım saat qarşılıqlı atışma şəklində davam edərək, hər iki gəminin batırılmasıyla nəticələndi. Döyüş ev sahibi Avstraliyaya yaxın ərazidə baş verdiyindən almanlar psixoloji üstünlük qazanmışdı. Çünki Almaniya 82 nəfər itki verməklə uzaq sahillərdə müttəfiqlər tərəfində vuruşan Avstraliyanın çoxnəfərlik gəmisini batırmışdı. Xilasedici gəmilərin bir neçəsi ticarət gəmiləri tərəfindən xilas olmuş, ikisi isə Avstraliyanın Karnarvon limanına yan almışdı. Beləliklə, almanların 399 nəfərlik heyətindən 317 nəfər sağ qalmışdı. Sidney kreyserindən isə heç bir xəbər-ətər yox idi. Sonra məlum oldu ki, avstraliyalı şəxsi heyətdən bir nəfər də olsun, salamat qalmayıb.
Marina Hmelevskaya
Marina Hmelevskaya (30 iyul 1990) — Özbəkistanlı marafonçu. Marina Hmelevskaya Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marina Hmelevskaya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 45 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 77-ci yeri tutdu.
Yuri Hmelnitski
Yuri Hmelnitski (Ukraynca: Юрій Хмельницький, Polyakca: Jerzy Chmielnicki, Rusca: Юрий Хмельницкий ) (1641 – 1685, Kamenets-Podolski) Kazak atamanı. Kazakların ən məşhur lideri Boqdan Xmelnitskinin ən kiçik oğludur. Atası 6 avqust 1657-ci ildə vəfat etdikdən sonra 27 avqust 1657-ci ildə Kazak lideri olmuşdur, lakin İvan Vıxovski 2 ay sonra yerinə hetman olmuşdur. 17 oktyabr 1659-cu ildə İvan Vxovski taxtdan imtina edəndə ikinci dəfə Kazak Hetmanlığının taxtında oturdu. İkinci dəfə taxta çıxdıqdan sonra, 1663-cü ildə yenidən taxtdan salındı və yerinə İvan Briukhovetsky hetman oldu. 1678-1681-ci illərdə Osmanlı Ukraynasının lideri olmuşdur. 1685-ci ildə Polşanın Subotiv şəhərində vəfat etmişdir.
HMS A1
HMS A1 Krallıq Donanmasının ilk yerli istehsal olan sualtı qayığı olmuşdur. O, ilk İngilis A Klass sualtı qayıqlarının aparıcı gəmisi olmuş və tək başlı torpedo aparatına sahib olan yeganə gəmi olmuşdur. HMS A1 əslində iki dəfə batmışdır. İlk dəfə 1904-cü ildə batsa da tezliklə təmir olunmuşdur. Lakin 1911-ci ildə, bu dəfə sürücüsüz olduğu zaman yenidən batmışdır. Qəza yalnız 1989-cu ildə aşkar edilmiş və 1998-ci ildə Qəzaların Mühafizəsi Aktı ilə təyin edilmişdir. == Zədə, bərpa, itkin düşmə və tapılma == O, 18 mart 1904-cü ildə qorunan Şablon:HMS kreyserinə təcrübə hücumu həyata keçirərkən təsadüfən Solent gəmisində batdı.Şablon:HMS, Sauthemptondan Hamburqa gedən SS Berwick Castle adlı poçt gəmisi tərəfindən idarə olunan qüllənin sancağına vuruldu. O, yalnız 39 fut (12 m) suya batdı, lakin qayıq su altında qaldı və bütün ekipaj həlak oldu. Nəticələrdən biri, Kral Hərbi Dəniz Qüvvələrinin bütün sonrakı sualtı qayıqlarının idarəedici qüllənin altındakı su keçirməyən lyukla təchiz edilməsi idi. 18 aprel 1904-cü ildə təmir olunaraq yenidən xidmətə başladı.
HMS Viktoriya (1620)
HMS Victoriya — 1620-ci ildə suya salınan və XVII əsrdə İngiltərə-Hollandiya müharibələri zamanı aktiv xidmətdə olan İngilis Donanmasının böyük gəmilərindən biri idi. Yetmiş illik dəniz karyerasından sonra o, 1691-ci ildə Vulviç tərsanəsində parçalandı və hissələri başqa gəmilərin tikintisində yenidən istifadə edildi.
HMS A2
HMS A2 20-ci əsrin ilk onilliyində Kral Donanması üçün hazırlanmış, Kral Donanmasına daxil olan sualtı qayıq idi. == Dizayn və xüsusiyyətlər == A2 əvvəlki gəmilərdən bir qədər böyük, daha sürətli və daha ağır silahlanmış olsa da, ilk İngilis sualtı sinifi olan A1 sinfinə daxil idi. Sualtı qayığın ümumi uzunluğu 105 fut 1 düym (32.0 m), şüa 12 fut 9 düym (3.9 m) və oturumu 10 fut 8 düym (3.3 m) idi. HMS A2 190 ton həcmlik su səthində dayanır və 206 ton həcmlik suda aşağı enirdi. A sinifli sualtı qayıqlar kimi HMS A2-nin də 2 zabit və 9 nəfərdən ibarət ekipajı var idi. Səthdə hərəkət üçün qayıq tək 16 silindrli 450 brake horsepower (336 kW) motoru ilə işləyirdi. Suya endikdə 150 at gücü (112kW) elektrik mühərriki işə düşürdü. Qayıq su səthində saatda 19 km və ya 12 mil, su altında isə saatda 13 km və ya 8.1 mil sürətlə hərəkət edə bilirdi. Səthdə, A2 320 nautical mile (590 km; 370 mil) dəniz mili (590 km; 370 mi) 10 knot (19 km/saat; 12 mil/saat) ; suya batan qayıq 30 nautical mile (56 km; 35 mil) dəniz mili (56 km; 35 mi) 5 knot (9.3 km/saat; 5.8 mil/saat) . Qayıqlar iki 18 düymlük (45 sm) torpedo ilə silahlanmışdır.

Значение слова в других словарях