Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peç
Peç (şəhər, Macarıstan)
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == === Arıçılıq işi === Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Peç Universiteti
Peç Universiteti (ing. University of Pécs, hun. Pécsi Tudományegyetem, rəsmi qısaldılması PTE), Macarıstanın Peç şəhərində yerləşir və ölkənin ən qədim universitetidir. 10 fakültə, 32 klinika və s. bölmələri olan universitet, ölkənin ən böyük ali təhsil universitetlərindən biridir. Burada macar, ingilis və alman dilində təhsil proqramları tədris olunur. Həmçinin, universitet geniş beynəlxalq treyninqlər və dərəcə proqramları təklif edir, yüksək səviyyəli bilik transferi və tədqiqat platformlarını təmin edir. PTE-nin təxminən 26000 tələbə və 2000 professor və müəllim heyəti var. On fakültədə verilən geniş təhsil proqramları demək olar bütün elmi sahələri əhatə edir. Tələbələr bakalavr, magistratura və doktorantura pilləsində təhsil ala bilərlər.
Peç (şəhər, Kosova)
Peç (serb. Пећ, Peć, alb. Pejë, Peja) — Metohiyanın şimal-qərbində yerləşən Kosovoda bir şəhər (əslində Kosovanın qismən tanınmış respublikasının səlahiyyətliləri tərəfindən nəzarət olunur). == İnzibati mənsubiyyət == == Əhalisi == 2009-cu ildə əhalinin sayı 82 299 nəfər təşkil edirdi. Şəhər əhalisinin və cəmiyyətin əksəriyyəti — albanlar (86 %), serblər, bosniyalılar, türklər, siqanlar yaşayırlar. == Tanınmış şəxslər == Leka Dukacini (1410—1481) — hökmdar.
Peç (şəhər, Kosovo)
Peç (serb. Пећ, Peć, alb. Pejë, Peja) — Metohiyanın şimal-qərbində yerləşən Kosovoda bir şəhər (əslində Kosovanın qismən tanınmış respublikasının səlahiyyətliləri tərəfindən nəzarət olunur). == İnzibati mənsubiyyət == == Əhalisi == 2009-cu ildə əhalinin sayı 82 299 nəfər təşkil edirdi. Şəhər əhalisinin və cəmiyyətin əksəriyyəti — albanlar (86 %), serblər, bosniyalılar, türklər, siqanlar yaşayırlar. == Tanınmış şəxslər == Leka Dukacini (1410—1481) — hökmdar.
Peç (şəhər, Macarıstan)
Peç (mac. Pécs) — Macarıstanın əhalisinə görə 5-ci ən böyük şəhəri. Bu şəhər 2010-cu ildə Avropanın Mədəni Paytaxtı seçilib. Şəhər turistik əhəmiyyətinə, Peç Universitetində xeyli əcnəbi tələbənin təhsil almasına görə dünyada məşhurdur. Peçin Qədim xristian nekropolu 2000-ci ildə UNESCO-nun ümumdünya irsinin siyahısında salınıb. == Tarixi və adının mənşəyi == Peçin tarixi 2000 il əvvələ qədər gedib çıxır. Eramızdan əvvəl 4-cü əsrdə orada kelt qəsəbələrinin olması arxeoloji qazıntılar zamanı aşkar edilib. Roma İmperiyasının Pannoniya vilayətinin tərkibində şəhərin adı Sopine olub. 4-cü əsrdən etibarən orada xristian icması yaranır. İmperiya süquta uğradıqdan sonra bölgə barbarların, hunların və avarların hökmranlığı altına keçib.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev-Peçora lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Peça Kuça
Peça Kuça və ya PeçaKuça və ya Peça-Kuça (yap. ペチャクチャ, "[boş-boşuna] söhbət, laqqırtı") — qeyri-formal "PechaKucha Nights" konfranslarında xüsusi olaraq forma və davamlılığı baxımından məhdudlaşdırılmış qısa hesabatların təqdim olunması metodologiyasıdır. Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə 40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların sayı adətən 8-12 aralığında dəyişir.
Peçeneqlər
Peçeneqlər (türk. Becěnek, qədim yunan. Πετσενέγοι, или Πατζινάϰαι, lat. Pacinac, qədim rus. — печэнегъ) — oğuz tayfalarından biri, tarixi mənbələrdə "beçeneqlər" də adlandırılır. == Tarixi == Göytürklərin qərb qanadını meydana gətirən onoklardan meydana gələn Peçeneqlər, VI əsrdə Issık gölü və Balxaş gölü ətrafında yaşadıqları güman olunur. VIII əsrdə Oğuzların təzyiqiylə qərbə köç etmiş peçeneqlər, X əsrdə Qara dəniz və Balkanlara gəldilər. Qara dənizin şimalında və Balkanlarda XI əsrin sonlarına qədər əhəmiyyətli bir güc oldular. Xanlıq səviyyəsində bir dövlət də (860–1091) qurublar. Don-Kubat bölgəsində xanlıq yaradan peçeneqlər, ruslarla döyüşərək onlara ağır zərbələr vururdular.
Peçeneq–Kiyev münasibətləri
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar. 944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı». Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Peçka-Banya
Peçka-Banya (serb. Пећка Бања, alb. Banja e Pejës) — Metohiyanın qərbindəki İstok bələdiyyəsindəki qəsəbə. Əslində qismən tanınmış Kosovo Respublikasının hakimiyyəti tərəfindən idarə olunur. Balneoloji bir istirahət bölgəsidir. kurortdur. == Coğrafiya == === Yerləşməsi === Peçka-Banya qəsəbəsi İstok bələdiyyəsində, Qərbi Metohiyada yerləşir. Şimalda Velo icması, cənub-şərqdəki Dobruş icması və cənub-qərbdə isə Peç bələdiyyəsi ilə həmsərhəddir. Priştina şəhərindən 80 km və Peç şəhərindən 12 km məsafədə yerləşir. Yaxınlıqda Ağ Drin və Peçka-Bistritsa çayları var.
Peçora dənizi
Peçora dənizi — (rus. Печорское море) Şimal Buzlu Okeanında, Barens dənizinin cənub-şərqində, Rusiya Federasiyasının şimal-qərbində yerləşən dənizdir. Dənizi qərbdən Kolquev adası, şərqdən Vayqaç adası və Yuqorski yarımadsı, şimaldan isə Yeni Torpaq adası əhatə etmişdir. Peçora dənizi dayaz dənizlərə aiddir və onun orta dərinliyi 6 metr, ən dərin yeri isə 210 m-dir. Dənizdə sahilə yaxın yerləşən adalar vardır ki, bunlardan da ən böyüyü Dolqıy adasıdır. Peçora dənizi noyabr ayından iyun ayına qədər üzən buzlarla örtülü olur. Dənizə axan ən böyük çay Peçora çayıdır. == Tarixi == Peçora dənizinin adlandırılması hələ Barens dənizi belə adlandırılmazdan əvvəl olmuşdur. Barens dənizinin qalan hissəsi əvvələr Murmansk dənizi adlanırdı. == İqlimi == Peçora dənizinin ətraf mühit xüsusiyyətləri yüksək coğrafi enliklərdə yerləşən digər Arktik dənizləri kimidir.
Peçori
Peçori (rus. Печо́ры; est. Petseri) ― Rusiyanın Pskov vilayətinin Peçorski rayonun inzibati mərkəzi. Şəhərin əhalisi 1989-cu il əhali siyahıya almasında 11 935, 2002-ci il əhali siyahıya almasında 13 056 nəfər olmuş, 2010-cu il əhali siyahıya almasında isə bu rəqəm 11 195 nəfərə düşmüşdür. Peçorinin əhalisinə bir neçə yüz etnik eston daxildir.[mənbə göstərin] == Tarix == Peçori şəhəri 16-cı əsrdə, 1473-cü ildə Dorpatdan (indiki Tartu) Pskov respublikasına qaçan pravoslav rahib İona tərəfindən əsası qoyulmuş Pskov monastırı yaxınlığında salınmışdır. Şəhərin adı olan Peçori və ya daha əvvəlki versiyası ilə Peçeri toponimi rus dilində " mağara" mənasını verən "peşeri" (пещеры) sözündən törəmişdir. Ərazi zamanla əhəmiyyətli ticarət məntəqəsi və sərhəd qalası halına gəlmişdir.Peçori, IV İvan Qroznının hakimiyyəti dövründə aparılan opriçnina siyasəti zamanı zemstvaya tabe olan bələdiyyə torpaqlarına daxil edildi. Ərazi Rusiyanın rəqibləri tərəfindən dəfələrlə mühasirəyə alınmışdır: Transilvaniya knyazı Stefan Batoriy Pskov mühasirəsi zamanı Peçorini ələ keçirmiş, şəhər 1592, 1611, 1615, 1630 və 1655-1657-ci illərdə isveçlər və ya polyakların hücumuna məruz qalmışdır. Peçori 1701 və 1703-cü illərdə Şimal müharibəsi zamanı isveçlər tərəfindən mühasirəyə alınmışdır. Müharibədən sonra Rusiyanın sərhədi qərbə doğru dəyişdirilmiş, buna görə də Peçori hərbi əhəmiyyətini itirmişdir.Şəhər 1708-ci ildə Böyük Pyotr tərəfindən həyata keçirilən inzibati islahatlar zamanı ərazi İnqermanland valiliyinə (1710-cu ildən bəri Sankt-Peterburq Qubernatorluğu olaraq tanınır) daxil edildi.).
Peçorin Kərimov
Kərimov Peçorin Müzəffər oğlu (23 fevral 1939-cu il Azərbaycan Respublikası Zəngilan rayonu Keçikli kəndində) – kimya üzrə fəlsəfə doktoru, dosent – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) – aparıcı elmi işçisidir. Amorf polimerləri özündə həll edən yeni plastifikatorlar-, dizel yanacaqları üçün yeni antioksidantlar kəşf etmişdir. Yaponiyanın, İtaliyanın və başqa dünya ölkələrinə, həmçinin Azərbaycan Respublikasına valyuta ilə satdığı kimyəvi reagentləri əvəz edən yeni və effektli yerli Azərbaycan reagentlərini – kəşf etmiş və sənayedə tətbiq eləmişdir. D.H.Mendeleyev adına ümumi ittifaq kimya cəmiyyəti tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. == Həyatı == P.M.Kərimov 23 fevral 1939-cu ildə Azərbaycan Respublikasının Zəngilan rayonunun Keçikli kəndində ziyalı ailəsində — (onun atası Kərimov Müzəffər Abış oğlu Köhnə Koryağın, indiki Füzuli rayonunda yerləşən 4 illik gimnaziyanı bitirmişdir) anadan olmuşdur. Onun atasının arxa cəbhədə kolxoz sədri işləməsi üçün Müvafiq Komitə tərəfindən "BROUN" icazəsi olmağına baxmayaraq, könüllü surətdə 2-ci dünya müharibəsində fəal iştirak etmiş və 1943-cü ildə Krımda Kerç çayında həlak olmuşdur. (Qeyd etmək lazımdır ki, həmin gün Almanların göydən tökdükləri öldürücü silahların təsirindən çoxlu Azərbaycanlı döyüşçüləri vətən yolunda şəhid olmuşlar. P.M.Kərimov 1958-ci ildə həmin rayonun mərkəzində olan Pirçivan orta məktəbini qızıl medalla bitirmiş, həmin ili də Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuş, 1964-cü ildə isə AMEA NKPİ-nin əyani aspiranturasına daxil olmuşdur. == Elmi fəaliyyətinin əsas istiqamətləri == P.M.Kərimov 1971-ci ildə kimya elmləri namizədi alimlik adını almaq üçün "Etilenqlikolun hidroksil-, xlortərkibli efirlərinin sintezi və onların plastifikatorluq xassələrinin yoxlanılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Ona SSRİ Nazirlər Sovetinin Ali Attestasiya Komissiyasının qərarı ilə kimya üzrə fəlsəfə elmləri doktoru adı verilməklə bərabər həm də SSRİ Dövlət plan komitəsinə göstəriş verildi ki, P.M.Kərimovun kəşf etdiyi plastifikatorlar həm yeni, həm də effektli olduğu üçün Volqodon şəhərində yerləşən "Volqodon kimya kombinantı nəzdində sənaye qurğusu onun şəxsi iştirakı ilə tikilsin.
Peçoylar
Peçoylar (beçoylar) — Orta əsrlərdə Macarıstan ərazisində yaşamış müsəlman-türk xalqı. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupuna aid edilən peçeneqlərdən (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) sayır. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır. Peçoylar barədə dövrümüzə qədər gəlib çatmış yeganə tarixi sənəd məşhur türk səyyahı Övliya Çələbinin "Səyahətnamə" əsəridir. Övliya Çələbi peçoylara XVII əsrin ortalarında Macarıstan ərazisində rast gəlmişdir. Övliya Çələbi Səyahətnaməsində Macarıstan ərazisindəki Peçoy şəhəri haqqında: “Su və havasının dadlılığından bütün oğlanları otuz yaşına qədər tər bığlı, gözəl üzlü olub, mələk görünüşlü, həddən artıq parlayan Günəş kimi, yetkin və gözəl üz sahibliyi ilə tanınan cavanlardır. Dişləri inci kimi olan gözəl və ədəbli qızları və qadınları... Şəriətdən kənar zərrə qədər baş çıxararsa, o an öldürülərlər. Bütün sərhəd xalqları kimi…sinəsi və qolları gümüş düyməli çuxadan qısa dolamalar…, başlarına tam bəyaz çuxadan samur papaqlar geyib… qılınc, şeşpər, şiş ilə gəzən bir alay qazilərdir, lakin Peçoylar bu xalqlar arasında bəsbəllidir.
Yekaterina Peçe
Yekaterina Peçe (d. 23 oktyabr 1982) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Yekaterina Peçe, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Yekaterina Peçe, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Çudo Peçka
"Çudo Peçka" — Bakıda mağazalar şəbəkəsi. "Çudo Peçka" ilk dəfə 6 iyun 2001-ci ildə Bakıda, Azərbaycan prospektində açılan mağaza ilə fəaliyyətə başlamışdır. Sonrakı illərdə sayı artaraq, şəhərin mərkəzində və qəsəbələrində 14 mağaza-kafesi olub. == Mükafatları == 2003 – ABŞ-nin Nyu-York şəhərində keçirilən "Quality Summit"də "Çudo Peçka"ya "Yüksək Keyfiyyət və Biznes Prestiji" sahəsində Qızıl Mükafat verilib. 2004 – Fransanın paytaxı Parisdə "World Quality Commitment"in "Beynəlxalq Planlama üzrə Keyfiyyət Ulduzu" təqdim olunub. 2004 – Avstryanın paytaxtı Vyanada "XXI əsr Prestij və Keyfiyyət üzrə "Actualidad" mükafatı"nı alıb. 2005 – Almaniyanın Frankfurt şəhərində "Keyfiyyət və Texnologiya üzrə Brilliant Kateqoriya"sında "Arch of Europe" mükafatı verilib. 2005 – İngiltərədnin paytaxtı Londonda "Bəynəlxalq Keyfiyyət Tacı" ilə mükafatlandırılıb. 2005 – İsveçrənin Cenevrə şəhərində "Century International Diamond Quality Era Award"a layiq görülüb. 2006 – Beynəlxalq Biznes Şurası "Milli İqtisadiyyatın Lideri" olması münasibəti ilə "Çudo Peçka"nı "Şərəf Ordeni" ilə təltif edib.
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İlya Peçorski
İlya Borisoviç Peçorski (rus. Илья Борисович Печерский; 1900, Bakı – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı, dövlət xadimi, Azərbaycan SSR xalq təchizat komissarı. Siyasi repressiyaya məruz qalmışdır. == Həyatı == İlya Borisoviç Peçorski 1900-cü ilə Bakıda anadan olmuşdur. 1917-ci ildən Bakının neft mədənlərində işləmiş və fəhlələrin "İqla" həmkarlar ittifaqında çalışmışdır. 1918-ci ildə Qızıl Orduda xidmət etmiş, elə həmin ilin dekabr ayında Rusiya Kommunist (bolşeviklər) Partiyası üzvlüyünə qəbul edilmişdir. İnqilabi fəaliyyətinə görə 1919-cu ildə həbs edilmişdir.İlya Peçorski Bakıda gizli kommunist özəyinin təşkilatçılarından biri olmuşdur. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra o, Azərbaycan İnqilab Komitəsinin və Bayıl-Bibiheybət rayon partiya komitəsinin katibi, Fabrik-Zavod rayon partiya komitəsinin təbliğat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1928–1937-ci illərdə SSRİ Dövlət Bankının Azərbaycan İdarəsi rəisinin müavini, Azərbaycan SSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR xalq təchizat komissarı, ZSFSR və Azərbaycan xalq təsərrüfatı uçot idarələrinin rəisi olmuşdur. === Həbsi və ölümü === İlya Peçorski Stalin repressiyasına məruz qalmışdır.
PEN
PEN (ing. PEN İnternational) - ingilis yazıçısı Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən 5 oktyabr 1921-ci ildə yaradılan və bütün dünya yazıçılarını birləşdirən təşkilat. Mərkəzi London şəhərindədir. == Adı == Təşkilatın adı olan PEN ingiliscə "playwrights" (Drammaturqlar), "essayists" (Oçerk yazıçıları) və "novelists" (Roman yazıçıları) sözlərinin abreviaturasından əmələ gəlib. PEN həm də ingiliscə qələm deməkdir. == Tarixi == PEN Birinci dünya müharibəsindən sonra İngiltərədə bir neçə dost yazıçının görüşdüyü kiçik təşkilat idi. Amma daha sonra böyüdü. Mərkəzi London şəhərində yerləşən təşkilatın əsas məqsədi siyasətdən uzaq olub ifadə və fikir azadlığının təmin olunması və yazıçıların haqqlarının qorunmasıdır. 1926-cı ildə PEN-ə cəmi 25 ölkə üzv idi. Hal-hazırda isə bu say 104-dür və 144 ofisi mövcuddur.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. == Həyatı == Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Keç rayonu
Keç rayonu — Pakistanın Bəlucistan əyalətində rayon.İnzibati məkəzi Turbat şəhəridir.Əhalisi 909,916 nəfərdir (2017).
Mikela Paç
Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır. Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur.Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
PES 2013
PES 2013 — Konami şirkətinin hazırladığı futbol oyunu. Oyunun MAC, Windows versiyaları mövcuddur. 2012-ci ilin senntiyabr ayında satışa çıxarılıb. Futbol oyunları arasında ən məşhuru olan PES13 videooyunu dünyada ən çox satılan oyunlar sırasına daxil olmuşdur.
PES 2016
Pro Evolution Soccer 2016 və ya PES 2016 — Microsoft Windows, PlayStation 3, PlayStation 4, Xbox 360, and Xbox One üçün Konami məhsulu futbol videooyunu.
PES 2020
PES Pro Evolution Soccer 2020 və ya PES 2020 — Microsoft Windows, PlayStation Portable, PlayStation 3, PlayStation 4, Xbox one, Nintendo WII, Android və İOS platformaları istifadəçilərinə yönələn futbol və Konami tərəfindən istehsal edilən videooyunudur. Tək-oyunçulu və multipleyer tiplərinə malikdir. Oyun Pro Evolution Soccer seriyasındakı 19-cu seriyadır və 10 Sentyabr 2019-cu ildə bütün dünyada satışa çıxarıldı və buna 12 Sentyabr 2019-cu ildə ilk dəfə Asiyada başlandı. Yeni oyun başlıqda simvolik olaraq "eFootball" əlavə edərək ad dəyişikliyini təqdim edir. eFootball Pro turnirlərinə diqqət yetirməklə onlayn oyun məkanında bir təkandır. Lionel Messi, Pro Evolution Soccer 2011 örtüyündəki son görünüşündən bəri nəhayət bu buraxılışın üz qabığında yer aldı, amma o tək deyil və digər 3 futbolçu səfirləriː Serj Qnabri, Miralem Pyaniç və Skott McTominay onunla birlikdə PES 2020-in üz qabığını bəzəyirlər. Ronaldinyo isə "Əfsanələr Nəşri"nin üz qabığında yer alacaq. == Klub ortaqlıqları == === Barselona === Konami və Barselona arasındakı yenilənmiş bir müqaviləyə əsasən, İspaniya futbol klubu ilə şirkətin əlaqəsinin davam etdirildiyi bildirildi. Bu elan ilə birlikdə xüsusi bir Barselona nəşrinin çıxacağı da təsdiqləndi. === Bayern Münhen === Demo elanından sonra - 30 İyul 2019 tarixində çıxan bəyanatda Bayern Münhen, rəsmi olaraq ortaq klub elan edildi.
Pen (hərf)
𐕗 (səslənməsi /p'/, transkripsiyası Ṗ, ṗ) — Alban əlifbasının 40-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Պեն (Pen) kimi verilmişdir. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki P' səsi ilə eyniləşdirirlər.
Pep Qvardiola
Xosep Qvardiola (kat: Josep Guardiola /Cusep Quardiola/ - 18 yanvar 1971, Sanpedor, Barselona, İspaniya) — katalon əsilli ispaniyalı keçmiş futbolçu, Mançester Siti futbol klubunun baş məşqçisi. == Klub karyerası == Xosep Qvardiola futbolçu karyerasına həvəskar futbol klubu olan Gimnastik de Manresada başlayıb. 13 yaşı olanda Barselona B futbol klubuna keçib. Təxminən 6 il bu klubun heyətində çıxış edib, 1990-ci ildən karyerasını Barselona klubunun heyətində davam etdirib. İspaniya milli futbol çempionatında Barselona klubunun heyətində ilk oyununu 16 dekabr 1990-cı ildə Kadiz futbol klubuna qarşı keçirib. Klubun heyətində yarımmüdafiəçi kimi çıxış edən Qvardiola 1997-ci ildə Joze Mari Bakerodan komandanın kapitanı sarğısını təhvil alıb. 1990-2001-ci illərdə Barselonanın heyətində İspaniya milli futbol çempionatında 263, ümumilikdə isə 379 oyun keçirib. Qvardiola 17 iyun 2001-ci ildə Valensiya klubuna qarşı oynadığı oyundan sonra Barselona klubunun heyətindəki çıxışına son qoyub. Barselona klubundan ayrıldıqdan sonra İtaliya milli futbol çempionatında çıxış edən Breşiya və Roma klublarının heyətində yer alıb. Ancaq İtaliya çempionatında keçirdiyi oyunlarda çox da uğurlu nəticələr göstərə bilməyən Qvardiola Nandrolon testinin nəticələri müsbət çıxandan sonra 4 ay cəza alıb və bununla da İtaliyadakı futbolçu karyersını bitirib.
Per Forsskol
Per Forsskol (isv. Pehr Forsskål, 11 yanvar 1732[…], Helsinki – 11 iyul 1763) — İsveç təbiətçisi – ilk növbədə botaniki və antropoloqu, səyyahı. == Forsskolun şərəfinə adlandırılıb == Karl Linney 1764-cü ildə öz şagirdinin şərəfinə ərəb ot bitki cinsinə Forsskaolea adını vermişdir. Forsskolun şərəfinə həmçinin çoxlu növlər də adlandırılmışdır. Bunları International Plant Names Index (IPNI) verilənlər bazasında tapmaq olar. == İstinadlar == == Xarici keçidlər == Philippe Provençal.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Pet (personaj)
Pet - Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir.
Pet Benatar
Pet Benatar (ing. Patricia Mae Andrzejewski; 10 yanvar 1953, Bruklin, Nyu-York ştatı) — Polşa əsilli ABŞ müğənnisidir. 4 dəfə Qremmi mükafatına sahib olmuşdur. Onun ən yaxşı mahnıları sırasında «Love Is a Battlefield», «Hit me with your best shot», «We belong», «Heartbreaker» və «Invincible» kimi mahnılar seçilir. Pet Benatar Mezzo-soprano səsinə malikdir. == Həyatı == Pet Benatar 10 yanvar 1953-cü ildə ABŞ-də Nyu-York ştatının Bruklin ərazisinin şimalında yerləşən Qrinpoint rayonunda tənəkəçi Endryu Andrzejevski (ing. Andrew Andrzejewski) və kosmetoloq Mildred Andrzejevski (ing. Mildred Andrzejewski) ailəsində doğulmuşdur. Onun 3 yaşı tamam olduqda ailəsi Nyu-Yorkun Lindenhörst ərazisinə köçürlər. Petin atası polşalı, anası isə ingilis, irland və alman əsilli idi.
Pet Nikson
Pet Nikson (ing. Thelma Catherine Ryan "Pat" Nixon; 16 mart 1912[…], Eli[d], Nevada – 22 iyun 1993[…], Park Ridj[d], Nyu Cersi) — ABŞ siyasətçisi, 39-cu Prezidenti Riçard Niksonun həyat yoldaşıdır. == Həyatı == Pet Nikson 1912-ci ildə ABŞ-nin Nevada ştatında dünyaya gəlmişdi. Ailəsi ilə birlikdə Kaliforniyanın Los Anceles şəhərinə köçür. 1929-cu burada Litseyin məzunu olur. Pet kollecdə təhsil almaq üçün müxtəlif yerlərdə işləməyə başlayır. 1940-cı ildə Riçard Nikson ilə ailə həyatı qurur. Onların iki qız övladları dünyaya gəlir. Qızların adları Trişa və Culiyadır. 1969-cu ildən 1974-cü ilə kimi ABŞ-nin ilk ledisi olur.
Pet Sounds
Pet Sounds — "The Beach Boys" rok qrupunun on ikinci studiya albomu.
Qreqori Pek
Qreqori Pek (ing. Gregory Peck; 5 aprel 1916[…], San-Dieqo, Kaliforniya, ABŞ – 12 iyun 2003[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ABŞ aktyoru. Pek 1940–1960-cı illərdə Hollivudun ən çox tələb olunan aktyorlarından biri olmuşdur. O, "Bülbülü öldürmək" filmindəki vəkil Attikus Finç roluna görə Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı laureatı (1962). == Həyatı == Eldred Qreqori Pek 5 aprel 1916-cı ildə Kaliforniya ştatının La-Hoyya şəhərciyində anadan olmuşdur. 3 yaşında ikən valideynləri ayrılmışdılar. Pekin atası qarışıq millətdən idi: atası ingilis, anası irland idi. Hətta anası da qarışıq millətdən idi (atası şotland, anası ingilis). Qreqori Pek Los-Ancelesdəki Sent-Con hərbi akademiyasında və Kaliforniyanın Berkli universitetində təhsil almışdır. Qreqori Pek təhsil haqqını dalandar və ofisiant işləyərək özü ödəyirdi.
Riki Puç
RiKard "Riki" Puç Marti (isp. Ricard Puig Martí; 13 avqust 1999, Matadepera, İspaniya) — La Liqa təmsilçilərindən olan Barselona klubunda mərkəz yarımmüdafiəçisi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur.
Rori Pek
Rori Pek (ing. Rory Peck; 1956-cı il 13 dekabr-1993-cü il 3 oktyabr) - Azad reportyor və anqlo-irland əsilli operator. == Bioqrafiya == O, Əfqanıstanda olan müharibəni işıqlandırmış, 1989-cu ildə Buxarestdə Nikolae Çauşeskunun devrilməsi ilə nəticələnən üsyanda üsyançıların tərəfində iştirak etmişdir. O, Fars körfəzi və Bosniya və Herseqovinada olan müharibəni çəkmiş və SSRİ-nin ən “qaynar” münaqişə ocaqlarında olmuşdur. 1993-cü il 3 oktyabr hadisələri zamanı Moskvada yerləşən “Ostankino” telemərkəzində Almaniyanın ARD telekompaniyası üçün çəkilişlər aparan zaman həlak olmuşdur. Rori Pek günün ikinci yarısı Rusiya xüsusi bölməsi olan “Vityaz” orqanının əsgərləri tərəfindən güllələnmişdir. Prezident Boris Yeltsinin sərəncamı ilə Rori Pek 1993-cü ilin dekabrında “Şəxsi cəsarətinə görə ” ordenlə təltif edilmişdir. == Rori Pek adına Fond və Mükafat == R.Pekin xatirəsinə xeyriyyə fondu yaradılmışdır. Bu fond tele və kino operatorları öz vəzifələrini yerinə yetirərkən qarşılaşdığı çətinliklərə görə dəstək göstərir. Jüri qalibləri 4 nominasiyada: xəbərlər, sənədli filmlər, “Sony” firmasının xüsusi prizi və 2006-cı ildə Somalidə öldürülmüş məşhur jurnalist Martin Adlerin adını daşıyan prizlə mükafatlandırılır.
IEC
Beynəlxalq Elektrotexnika Komissiyası - (ing. International Electrotechnical Commission, IEC, rus. Международная электротехническая комиссия, türk. Uluslararası Elektroteknik Komisyonu) – elektronika və elektrotexnika sahəsində, o cümlədə elektrik və başqa avadanlıqların təhlükəsizliyi üzrə standartlarla məşğul olan beynəlxalq təşkilat. Əsası 1906-cı ildə qoyulub və Cenevrə şəhərində yerləşir. Dünyanın 81 ölkəsi bu komissiyanın üzvüdür. IEC ölçü vahidləri, xüsusən, qauss, hers və veber üçün standartların inkişafına və yayılmasına yardım edib. == Həmçinin bax == Amerika Milli Standartlar İnstitutu == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ləc
Ləc (Soyuqbulaq) —
NEC
NEC (yap. 日本電気株式会社) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən dünyanın ən iri telekommunikasiya şirkətlərindən biridir. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət Fortune Global 500 siyahısında 241-ci yeri tutub (2011). NEC Sumitomo qrupun üzvüdür. NEC Mobile Communications 1 may 2010-cu ildə yaradılmış mobil telefon istehsalçısı idi. O, NEC-in 70,74%-nə, Casio-nun 20,00%-nə və Hitachi-nin 9,26%-nə sahib olduğu üç Yapon elektronika istehsalçısı NEC, Casio və Hitachi arasında birgə müəssisə kimi başlamışdır.[1] Bir vaxtlar şirkət Yaponiyada mobil terminalların ikinci ən böyük istehsalçısı idi.[2] Şirkətin baş ofisi Kanaqavanın Kawasaki şəhərində yerləşirdi. Şirkət 2016-cı ilin martında ləğv edilib. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılıb. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olub.
OPEC
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
PGC
PGC - (ing. Principal Galaxies Catalogue, The Catalogue of Principal Galaxies, və ya PGC),1989-cu ildə çap olunmuş əsas qalaktikaların astronomik kataloqudur.J2000-də istifadə olunur. Bu kataloqda 73 197 qalaktikanın ekvatorial koordinatları və başqa məlumatlar toplanmışdır.
PLC
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Pécs
Peç (şəhər, Macarıstan)
Pər
Pər, fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. == Təyyarə pəri == Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına rəğmən vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Ascential plc
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Ellen Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks, Yeni Şotlandiya) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == Həyatı == Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. == Karyerası == Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Elliot Peyc
Elliot Peyc (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[…], Halifaks, Yeni Şotlandiya) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib. == Həyatı == Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub. Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib. == Karyerası == Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır. Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır. "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir. 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.
Future plc
Future plc — Birləşmiş Krallıq media şirkəti. 2006-cı ildə illik dövriyyəyə görə Birləşmiş Krallıqda 6-cı yeri tutmuşdur. Videooyunlar, texnologiya, avtomobil, motor idmanı, musiqi və s. kimi sahələrdə 150-dən çox jurnal nəşr edir. "Future plc" üç əsas oyun konsolu istehsalçısı üçün rəsmi məhsul jurnallarının naşiridir. London fond birjasında (FUTR) siyahıya alınmışdır. == Hekayə == "Future plc" 1985-ci ildə Somersetin eyniadlı şəhərində Kris Anderson tərəfindən təsis edilmişdir. Şirkətin tətbiq etdiyi yenilik jurnalın üz qabığına yapışdırılmış CD-də pulsuz proqram təminatının verilməsi olmuşdur. "Future plc" bu yanaşmadan istifadə edən ilk təşkilatdır.Anderson 1994-cü ildə şirkəti "Pearson PLC"yə 52,7 milyon funta satmışdır, lakin 1998-ci ildə şirkətin baş direktoru Qreq İngem "Apax Venture Partners" ilə birlikdə onu 142 milyon funta geri almışdır. Anderson 2001-ci ildə şirkəti tərk etmişdir.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
HEC Paris
HEC Paris ( École des hautes études commerciales de Paris ), Jouy-en-Josas, Paris və Doha da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1881-ci ildə qurulan məktəb. HEC, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 1-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Fransua Olland kimi adlar vardır.
Larri Peyc
Larri Peyc (ing. Larry Page; 26 mart 1973[…], İst-Lensinq[d]) — amerikalı biznesmen, Google-un yaradıcılarından biri. == Həyatı == Larri Peycin yaradıcılarından biri olduğu Google veb axtarış sistemi internet axtarış sistemləri arasında liderliyi ələ alandan sonra "Google Şirkətlər Qrupu"na çevrildi. Larri Peyc hazırda bu şirkətin məhsullar üzrə müdiridir. O, Forbes jurnalının 2007-ci ildə dərc etdiyi dünyanın ən zəngin şəxsləri reytinqində 16.6 milyard ABŞ dolları ilə 26-cı yerin sahibi idi.