Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heybət Heybətov
Heybət Atamoğlan oğlu Heybətov və ya Vladimir Pavloviç Zyuvanov — milliyətcə azərbaycanlı olan sovet hərbçisi, general-mayor. == Həyatı == 1898-ci ildə Maştağa qəsəbəsində çoxuşaqlı ailədə anadan olmuşdur. Heybət Heybətov 1912-ci ildə rus-tatar məktəbini, 1916-ci ildə isə üçsinifli Bakı Alekseyev mexanika-inşaat orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra o faytonçu köməkçisi, Rabinoviçin təkər mazı zavodunda usta işləmişdir. 1918-ci il mart soyqırımı zamanı atasını itirmişdir. 1918-ci il mayından 1920-ci il oktyabrınadək "Abneto" Əmrcan-Biləcəri neftsənaye cəmiyyətində çilingər işləmişdir. 1920-ci ildə Heybət, Zyuvanov soyadlı rus zabiti tərəfindən anasından tərbiyə olunmaq üçün alınmış və sonradan Zyuvanov tərəfindən oğulluğa götürülmüşdür. 1920-ci ilin oktyabr ayında orduya çağırılan gənc Heybət Heybətov nümunəvi əsgər kimi xidmət edir. O, Bakıdakı Birləşmiş Azərbaycan Hərbi Məktəbinə təhsil almağa göndərilir, həmin hərbi məktəbin hərbi dəstəsinin tərkibində Qarabağda daşnaklarla döyüşlərdə iştirak etmişdir. 1922-ci il yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir.
Heydərli
Heydərli (Gədəbəy) —
Heybət
Heybət (Qaradağ) — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Heybət-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. ‎Heybət-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Anar Heybətov
Anar Mithət oğlu Heybətov (25 sentyabr 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2017). == Həyatı == Heybətov Anar Mithət oğlu 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Ayxan Heydərli
Ağaəmi Heybətov
Böyükkişi Heydərli
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Heydərli (Gədəbəy)
Heydərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şəkərbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında həmin r-nun ərazisindəki Dikdaş kəndindən köçüb gəlmiş heydərli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 460 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Heydərli (Nazlı)
Heydərli (fars. حيدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (56 ailə).
Heydərli (Pəmbək)
Heydərli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265 nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər, 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.
Heydərli (Urmiya)
Heydərli (fars. حيدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (64 ailə).
İdris Heydərli
İdris Heydərli (tam adı Heydərov İdris Zabut oğlu) — azərbaycanlı araşdırmaçı, yazar . == Həyatı == İdris Heydərli 1967-ci il Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünas fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə həmin universitetin "Mədəniyyət fəlsəfəsi" üzrə aspiranturasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında inzibatçı, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı,"Yuğ" studiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə Teatr Xadimləri ittifaqında baş mütəxəssis vəzifələrində çalışmışdır. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində (Azərbaycan Televiziyası) böyük redaktor vəzifəsində çalışmış və dönəmin ən məşhur proqramı olan Ev sizin sirr bizim verilişin rəhbəri və aparıcısı olmuşdur. Pepsi və Hyatt Regency Baku otelində marketinq üzrə rəhbər vəzifələrdə çalışdıqdan sonra 2002-ci ildə yenidən televiziyaya dönmüş və Space TV - də redaktor,aparıcı vəzifələrini görmüşdür. Dönəmin ən məşhur proqramı Ay, ev yiyəsinin müəllif və aparıcısı, Gizli və aşkar Azərbaycan proqramının müəllifi olmuşdur. 2006-cı ildə bu kanaldan ayrılıb Azərbaycan Televiziyasına (AzTv) redaktor olaraq geri dönmüşdür. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyada Moskva şəhərində fəaliyyət göstərən İnter Azərbaycan (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer almışdır.
Əşrəf Heybətov
Əşrəf Nəzir oğlu Heybətov (18 fevral 1951, Bakı) — YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti". Azərbaycanın xalq rəssamı (2018), RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü. == Həyatı və fəaliyyəti == 18 fevral 1951-ci ildə Bakıda anadan olmuşdur. 1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Azərbaycanın xalq rəssamı, RDA beynəlxalq təşkilatının, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Almaniyada "Bakı" Mədəniyyət Cəmiyyətinin sədridir. Rusiya Federasiyası Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar rəssamıdır. 1991-ci ildən YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti" Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, Rusiya Federasiyası Rəssamlar İttifaqının və Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. "Azərbaycan-Almaniya" Dostluq Cəmiyyəti İdarə Heyətində təmsil olunur. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Almaniya Rəssamlar Birliyi, Beynəlxalq PDA ("Platforma, Dialoq, Avrasiya") təşkilatının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Koroğlu heykəli
Koroğlu heykəli (Bakı)
Koroğlunun heykəli
Koroğlu heykəli (Bakı)
Nəsiminin heykəli
Nəsimi kimi də tanınan İmadəddin Nəsimi — 1369–1419 illərdə yaşamış Azərbaycan hürufi şairi, mütəfəkkiri. Nəsimi həmçinin bu mənaları ifadə edə bilər: Nəsimi (ad) == Yerlər == Nəsimi rayonu — Azərbaycanın Bakı şəhərində rayon. Nəsimi metrostansiyası — Bakı metropoliteninin stansiyası. Nəsimi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Nəsimi (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Nəsimi (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Nəsimikənd — Azərbaycanın Saatlı rayonunda kənd. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. == Filmlər və balet == Nəsimi (film) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1971-ci il istehsalı Azərbaycan bədii filmi. Nəsimi (film, 1973) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1973-cü il istehsalı Azərbaycan sənədli filmi.
Qeybəli (Sayınqala)
Qeybəli (fars. غيب علي‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (19 ailə).
Qommateşvara heykəli
Qommateşvara heykəli — eramızın 983-cü ilində Qərbi Qanqa sülaləsi dövründə tikilib və dünyanın ən böyük müstəqil heykəllərindən biridir. Qommateşvara heykəli Hindistanın Karnataka əyalətindəki Şravanbelaqola qəsəbəsindəki Vindhyagiri təpəsində 17 metr hündürlüyündə monolit heykəldir . == Haqqında == Qommateşvara heykəli Jain fiquru Bahubaliyə həsr olunub və Jain sülh, qeyri-zorakılıq, dünyəvi işlərin qurbanı və sadə yaşayış haqqında əmrləri simvollaşdırır. Rəvayətə görə, Qommateşvara heykəlinin tikintisini başa vurduqdan sonra Çavundaraya beş maye, süd, zərif kokos, şəkər, nektar və yüzlərlə qazana yığılmış su ilə mahamastakabhişeka təşkil etdi, lakin maye heykəlin göbəyindən aşağı axmadı. Kushmandini , ağ Güllikayi meyvəsinin qabığında süd tutan kasıb yaşlı qadın kimi görünürdü. == Tarixi == Təxminən eramızın 983-cü ildə tikilib və 2016-cı ilə qədər ən hündür Jain heykəli hesab olunurdu. 2007-ci ildə heykəl Times of India sorğusunda Hindistanın Yeddi Möcüzəsindən birincisi seçildi; Ümumi səslərin 49%-i onun lehinə səs verilib. Hindistanın Arxeoloji Tədqiqatı Qommateşvara heykəlini Şravanabelaqolada Adarş Smarak abidəsi kimi tanınan bir qrup abidənin siyahısına əlavə etmişdir.
Rodos Heykəli
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. == Tarixi == Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir. == Tarixi == 2006-cı ildə açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş kopyasıdır. == Təsviri == Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015.
Diogen heykəli
Diogen heykəli (türk. Diyojen Heykeli) – Türkiyənin Sinop şəhərinin girişində yerləşən heykəl. Bu şəhərdə doğulmuş qədim yunan filosofu Sinoplu Diogenə həsr olunmuşdur. Şəhərin simvollarından biri hesab olunur. == Tarixi == Heykəl Ondokuz Mayıs Universitetinin Təsviri İncəsənət fakültəsinin müəllimi olan Turan Baş tərəfindən Samsun Böyükşəhər Bələdiyyəsi Heykəl və Keramika Emalatxanasında hazırlanmış, 2006-cı ildə Sinop şəhərinin girişində ucaldılmışdır. Heykəl 20 nəfərdən ibarət heyət tərəfindən 6 ay ərzində hazırlanmışdır. Heykəl Samsun bələdiyyəsinin Sinop bələdiyyəsinə bir hədiyyəsi olmuşdur. Heykəlin sifarişçisi həmin dövrün Sinop bələdiyyə başçısı Zeki Yılmazer olmuşdur. 2011-ci ildə heykəldə heykəltaraş Aziz Kayadelen tərəfindən bərpa işləri aparılmışdır. Yunana həsr olunduğu üçün heykəl bəzi milliyyətçi qruplar tərəfindən tənqidə məruz qalmışdır.
Sülh heykəli
Sülh Heykəli (Koreya: 평화의 소녀상, Pyeonghwaui sonyeosang; Yapon: 平和の少女像, Heiwano shōjo-zō), tez-tez Sonyeosang kimi qısaldılır (Koreya dilində və ya yapon dilində "Shōjo statusu" və bəzən "Rahatlıq Qadını Heykəli" (慰安婦像, Ianfu-zo), İkinci Dünya Müharibəsi zamanı (xüsusilə, 2-ci Dünya Müharibəsi zamanı) Yapon ordusu tərəfindən evfemik olaraq rahatlıq qadınları kimi tanınan cinsi köləlik qurbanlarının simvoludur. İkinci Çin-Yapon müharibəsinin başlanğıcı Sakit okean müharibəsinin sonuna qədər). Sülh heykəli ilk dəfə Seulda Yaponiya hökumətini qurbanlardan üzr istəməyə və onlara hörmət etməyə çağırmaq üçün ucaldılıb. Bununla belə, o vaxtdan bəri müxtəlif partiyalar arasında təmsilçilik döyüşləri yerinə çevrilmişdir. == Tarixi == Çərşənbə nümayişi 1992-ci ildə başladı və təxminən 20 il sonra Sülh Heykəlinin ideyası Yaponiya tərəfindən Hərbi Seksual Köləlik üçün Hazırlanan Qadınlar üçün Koreya Şurası tərəfindən təklif edildi. Daha dəqiq desək, şura Yaponiyanın Seuldakı səfirliyinin qarşısında Yaponiya imperator ordusu tərəfindən cinsi köləlik qurbanı olan qadınların ağrılarını xatırlamaq üçün xatirə daşı qoyulmasını təklif edib. Bu təklif 2011-ci il dekabrın 14-də səfirliyin qarşısında bürünc heykəl qoyulanda reallaşıb. Sülh heykəlini Kim Seo-kyung və Kim Eun-sung cütlüyü hazırlayıb. O, Seulun mərkəzindəki Yaponiya səfirliyinə oturmuş və nəzər salan kiçik əlləri və qısa saçlı, chima jeogori (19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində hanbokun dəyişdirilmiş forması) geyinmiş bir qızı təsvir edir. Yaponiya dəfələrlə heykəlin götürülməsini tələb edib, lakin Seul və xüsusilə də qurbanlar bu tələbləri rədd edərək, Yaponiya hökumətinin heç vaxt öz ordusunun qadınların rahatlığı məsələsində birbaşa iştirakını rəsmi olaraq qəbul etmədiyini iddia edərək, bu tələbləri rədd ediblər.
Rəsulzadə heykəli
Məhəmməd Əmin Rəsulzadə (az.-əski. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Rəsulzadənin heykəli
Məhəmməd Əmin Rəsulzadə (az.-əski. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. == Həyatı == Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. === Sovet dövrü === Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Niyazinin heykəli
Niyazinin heykəli — Bakı şəhərində məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982) Niyazinin şərəfinə ucaldılmış heykəl. == Haqqında == Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir. Dövlətimizin başçısı mərasimdə çıxış etdi. Ömər Eldarov heykəl barədə bunları demişdir: Bəli, bu, mənim sonuncu işimdir. Heykəl bürüncdəndir. Kompozisiyada - Niyazi dirijorluq edərkən təsvir olunub. Bu planda Niyazi çox plastik və təsirlidir.
Hənbəli məzhəbi
Hənbəli məzhəbi (ərəb. الْحَنَابِلَةُ أو الْحَنْبَلِيَّةُ أو الْمَذْهَبُ الْحَنْبَلِيُّ أو الْفِقْهُ الْحَنْبَلِيُّ‎) — Əhli Sünnədə 4 məzhəbdən biri. İslam dünyasında geniş yayılmış hüquq məktəblərindən biri. == Yaranması == Onun qurucusu Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda anadan olmuş, erkən yaşlarından Quranı, hədisləri, səhabə və tabiunların həyatını dərindən öyrənmiş, ərəb dilinin incəliklərinə yiyələnmişdir. Lakin onu daha çox hədis və hüquq elmləri maraqlandırmışdır. Bu sahələr üzrə müəllimi hüquqşünas, Hənəfi məzhəbinin qazisi Əbu Yusif olmuşdur. Əhməd ibn Hənbəl mötəziliyi rəsmi dövlət ideologiyasına çevirmiş Abbasi xəlifəsi Məmunun hakimiyyəti dövründə yaşamışdır. O zamanlar mötəzilə kəlamçıları ilə sünni ənənəçiləri arasında Quranın yaradılmış olub-olmaması haqqında qızğın diskussiyalar gedirdi. Mötəzilə mənsubları Quranın yaradılmış olduğunu iddia edir, sünnilər isə bununla razılaşmırdılar. Bu durumu görən xəlifə Məmun 841-ci ildə hamıya zorla "Quranın yaradılmış olması" inancını və başqa mötəzilə ehkamlarını qəbul etdirməyə başlamışdır.