HÜRMÜZ
HÜSAMƏDDİN
OBASTAN VİKİ
Atıfzadə Hüsaməddin Əfəndi
Atıfzadə Hüsaməddin Əfəndi (1799, Konstantinopol – 1871, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Cevdet, Tezâkir, IV, 63. Lutfî, Târih, IX, 37, 47, 125, 128, 162; X, 103, 105, 113; XI, 15; XII, 7; XIII, 11, 27, 58. İlmiyye Salnâmesi, s. 594–595. Karal, Osmanlı Tarihi, VII, 140. Danişmend, Kronoloji2, V, 154.
Hüsambəyzadə Əli Paşa
Hüsambəyzadə Əli Paşa (ö. dekabr 1661) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi məlum deyil. Dərya bəylərindən Hüsam bəyin oğlu olub, Rodos adasında dünyaya gəlmişdir. Atasının və digər dənizçilərin yanında yetişərək Rodos sancaqbəyi oldu. 1 oktyabr 1650-cı ildə kaptan-ı dərya təyin edildi. 1651-ci ilin fevralında vəzir rütbəsi aldı və 1652-ci ilin sentyabrında vəzifədən alındı. 1660-cı ilin aprelində ikinci dəfə kaptan-ı dərya təyin edilsə də, 1661-ci ilin dekabrında vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn edildi. Əbdülqədir Paşa adlı oğlu olduğu məlumdur.
Hüsamzadə Əbdürrəhman Əfəndi
Hüsamzadə Əbdürrəhman Əfəndi (d. 1594 — ö. sentyabr 1670) — Osmanlı alimi, müdərrisi, qazısı və şeyxülislamı. == Həyatı == İstanbul qazısı Qoca Hüsam Əfəndinin oğlu olaraq 1594-cü ildə İstanbulda dünyaya gəlmişdir. Mədrəsə təhsilini tamamlayaraq Şeyxülislam Xocazadə Mehmed Əfəndidən məzun olmuş, daha sonra atasıyla birlikdə Misir, Qüds və Mədinəyə gedrək burada bir çox alimlərdən dərslər aldı. Anadoluya döndükdən sonra isə ard-arda Sahn-ı Səman, Aya Sofya və Süleymaniyyə mədrəsələrində müdərris olaraq çalışdı. Daha sonra 1640–1645-ci illərdə Hələb, Dəməşq və İstanbul qazılığına gətirildi. 1649-cu ildə Anadolu başqazılığına gətirilsə də, bir il sonra vəzifədən alındı və təqaüdə çıxarıldı. 1652-ci ildə Rumeli başqazılığına gətirildi, ancaq bir il sonra bu vəzifəsindən də azad edildi. İbşir Mustafa Paşanın üsyançıların tələbi ilə edamından sonra 11 may 1655 tarixində paşanın tərəfini tutan Şeyxülislam Əbu Səid Mehmed Əfəndinin yerinə şeyxülislam seçildi.
Hüsaməddin Laçın
Laçın əl-Mansuri ya da tam adı Məlik əl-Mənsur Hüsaməddin Laçın el-Mansuri (ərəb. الملك المنصور حسام الدين لاجين المنصورى‎; v. 16 yanvar 1299, Qahirə)- Misir və Suriyada 1296–1299-cu illərdə hökm sürmüş on birinci Məmluk Sultandır. == Həyatı == Laçın, Sultan Mənsur Əlinin məmlüklü köləsi idi. Sarışın olduğu üçün Avropalılar onun German əsilli olduğunu iddia etsələr də Qafqazlı sarışın bir Çərkəz olması daha mümkündür. 1259-cu ildə bu Sultan Mənsur Əlinin taxtan endirilməsi ilə Kalavun tərəfindən satın alındı və onun yanında yetişib bacarıqlı olduğuna görə Əmir adını aldı. 1280-ci ildə Kalavun tərəfindən Dəməşq qalasının mühafizə komandanlığına gətirildi. Bu da əvvəl komandan olmuş Sunqur al-Askarın Dəməşqdə üsyan etməsinə və özünü sultan elan etməsinə səbəb oldu. Bu üsyanın yatırılması üçün Kahoredən qoşunlar gətirildi və bu qoşuna komandanlığı da Laçın edərək üsyan yatırtdı. Bu uğuru münasibətilə iyun 1280-ci ildə Laçın Suriya əyaləti valisi təyin edildi.
Hüsaməddin Tuğac
Hüsaməddin Tuğac (1 yanvar 1889 – 2 yanvar 1975) — ictimai xadim. == Həyatı == Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə, Ərzurumun Həsənqala rayonunda hərbçi yüzbaşı Hacı Əhmədin ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912–1913-cü illərdə Balkan savaşına qatılıb. Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub. 1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksək rütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər. Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif — qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Uzun müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam etdirilir.
Hüsaməddin xan Səlmasi
Hüsaməddin xan Xosrov xan oğlu Səlmasi (?-?)—arif, alim. == Həyatı == Hüsaməddin xan Xosrov xan oğlu Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Hüsaməddin xan Səfirülarifeyn Pərviz xanın nəvəsidir. Azərbaycanın məşhur Zəhəbiyyə silsiləsindəndir. Onun ata-babaları Salmas mahalında yaşam sürən Lək tayfasının başçıları olublar. Hüsaməddin xan Səlmasi Azərbaycanın tanınmış ariflərindəndir. Bir risalənin müəllifi idi. Bəzi kitabları Təbrizdə çap olunub.
Hüsaməddin Çoban
Hüsaməddin Çoban (XII əsr – XIII əsr) — Rum Sultanlığının tanınmış hökmdarlarından biri. XIII əsrdə yaşamışdır. I İzzəddin Keykavus ilə qardaşı I Əlaəddin Keyqubad arasındakı taxt davasında tərəflər arasında razılaşmada pay sahibi olmuşdur. I İzzəddin Keykavusun Trabzon imperiyasına qarşı həyata keçirdiyi hərəkata başçılıq etmiş, Sinopu tutaraq Qaradəniz donanmasını qurmuş, Krıma qarşı hərəkat başlatmışdır. Kastamonu bölgəsində böyük nüfuza sahib olmuşdur. Ölümündən sonra sülaləsi də bu nüfuzundan istifadə etmiş və Çobanoğulları bəyliyi yaranmışdır.
Hüsaməddin Çələbi
Mövlanə Hüsaməddin Çələbi (1225-?) — arif, Mövlanənin xəlifəsi. == Həyatı == Çələbi Hüsaməddin, vaxtilə Konyaya köçmüs Urmiyalı bir soylu ailədəndir və doğum yeri Konyadır. (1225) Çələbi ləqəbini ona verən Mövlanadır. Gəncliyinin ilk illərində, Əxilərin şeyxi olan atasını itirən Çələbi Hüsaməddin, zamanının bütün ulu kişiləri və şeyxlərindən yəqin əlaqə və himayə gördüyü halda, bütün xidmətçiləri və arxadaslariyla, mövlananın xidmətini seçmişdir. Beləcə Mövlananın tərbiyəsində yetişmiş, kamil insan olmuşdur. === Həzrəti Mövlananın Çələbi Hüsaməddini özünə həmdəm və xəlifə seçməsi === Mövlana, Şeyx Selahaddindən sonra özünə həmdəm və xəlifə olaraq Çələbi Hüsaməddini seçdi və dostlarına belə dedi; "Ona baş əyin, qarşısında acizcəsinə qanadlarınızı yerə gərin! Bütün buyruqlarını yerinə yetirin, sevgisini canınızın da içinə əkin. O rəhmət mədənidir, Allah nurudur." Mövlananın bu buyruğu üzərinə, bütün dostlar ona itaət etdilər. Sultan Uşağın diliylə, "Bütün dostlar, onun lütf sununa testi kəsildilər, Şəmsə və Şeyh Selahaddinə etmiş olduqları alçaq hərəkətlərdən qurtulmuşdur. Həsəd etmədən Çələbi Hüsaməddinə itaət etdilər." Çələbi Hüsaməddin on beş il Mövlananın şərəfli söhbətində oldu.
беспризо́рничать вса́живать вскипа́ние выха́ркивание колготно́ обстрека́ть перелётный поро́дою худоба ять гофрирова́ние дарова́ться обоготворя́ть соригина́льничать пелесый Cabot Strait choplogic draw-net flameless frogsticker Mercator's chart апокалиптический ножной прекрасно сгнивать