həkim-cərrah

həkim-cərrah
həkim-androloq
həkim-dermatoloq
OBASTAN VİKİ
Mehdi Bağırov (həkim-cərrah)
Mehdi Bağırov Abbas oğlu (20 dekabr 1915, Naxçıvan – 27 mart 2004, Naxçıvan) — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSRİ əmakdar həkimi olmuşdur. == Tibbi fəaliyyəti == 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş; 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış; 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş; 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş; 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş; 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. == Mükafatları == Xalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. Lenin ordeni, Qırmızı ulduz, Xalqlar dostluğu və s. ordenlərlə təltif edilmişdir.
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Həkim
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. == Həkim andı == Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.
Hacı Həkim
Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن‎) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub. == Həyatı == Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib. 1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür.
Heydər Həkim
Heydər Həkim(XVI-XVII əsrlər) — == Həyatı == Hindistanın Agra şəhərində, Böyü Moğollar sülaləsinin təmsilçisi Sultan Əkbərin sarayında çalışmış Azərbaycan həkimidir. Azərbaycan dilində lirik şeirlər də yazırdı.
Həkim Cəbrayil
Həkim Cəbrayil(vəfatı 1616). == Həyatı == Həkim Cəbrayil Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin "Darül-İrşad" mədrəsəsinə dərs deməyə göndərilmişdi. Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır və ölümünə qədər orada yaşayır.
Həkim Qəni
Həkim Qəni (azərb. Hüseynov Qəni Hüseynqulu oğlu‎, 16 fevral 1918, Bakı — 10 iyun 2008, Bakı) — şair, qəzəlxan, füzulişünas alim, tərcüməçi, tibb xidməti polkovniki, prezident təqaüdçüsü. == Həyatı == Həkim Qəni 16 fevral 1918-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Tibb İnstitutunda almışdır (1936–1941). İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir (1941–1945). 1967-ci ildə ordudan tərxis olunub və o, Mirqasımov adına Mərkəzi Xəstəxananın nevropotologiya şöbəsinə rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub. Şair Əliağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdur. 1990-cı ildən (başqa məlumata görə 1993-cü ildən) etibarən Vahid poeziya evində "Vahid" ədəbi şairlər məclisinə sədrlik etmişdir. Həkim Qəni 10 iyun 2008-ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəsiyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Həkim kolbasası
Həkim - bütün keçmiş SSRi dövlərləti arasında çox məşhur bişmiş kolbasadır. Digər kolbasalarla müqayisədə bu kolbasa pəhriz saxlayanlar üçün əlverişlidir. Bu kolbasa 1930-cu ildən SSRİ-də Anastasa Mikoyna tərəfindən bişirilməyə başlayır. Bütün SSRİ məkanında kolbasanı hazırlanması eyni qaydada eyni resept ilə hazırlanır. Bu səbəbdən onun adı "Həkim kolbasa"sı adlanır. == Tarixi == İlk dəfə kolbasanın istehsalına 1936-cı ildən başlanılmışdır. Bu ət məhsulları içərinsə xüsusi yeri olan kolbasadır. İlk dəfə istehsalı A.İ.Mikoyana adlı Moskva ət kombinatında hazırlanmağa başlanılır. Kolbasanın pəhriz xüsusiyyətinə malik olması onun Böyük Vətəndaş və Çar müharibələrində geniş istifadə edilməsinə səbəb oldu. == Tərkibi == QOST 23670-79 standartlarına uyğun olaraq kolbasa hazırlanır.
Həkim səhvi
Həkim səhvi — həkimin və ya hər hansı digər tibb işçisinin peşə fəaliyyəti zamanı bilmədən səhv etməsi. Səhlənkarlıq buna aid deyil. == Hüquqi tərəfi == Qanunda "Həkim səhvi" termini yoxdur, buna görə də vəkillər, ümumiyyətlə, bundan istifadə etmirlər. Əsasən, tibbi ədəbiyyatda yayılmışdır, lakin hətta burada bu terminin ümumi qəbul edilmiş konsepsiyası yoxdur. == Təsir == Qlobal olaraq, 2013-cü ildə tibbi müalicənin mənfi təsirlərindən 142.000 insanın öldüyü təxmin edilir, 1990-cı ildə bu rəqəm 94.000 idi. 2000 Tibb İnstitutunun hesabatında tibbi səhvlər nəticəsində 44.000 ilə 98.000 arasında ölüm və ABŞ xəstəxanalarında hər il 1.000.000-dan artıq yaralanma təxmin edildi. İngiltərədə 2000-ci ildə edilən bir araşdırma hər il təxminən 2 milyard funt sterlinqə başa gələn 850.000 tibbi səhvin meydana gəldiyini aşkar etdi. 2002-ci il Səhiyyə Tədqiqatları və Keyfiyyət Agentliyi hesabatına görə, dərman səhvlərindən hər il təxminən 7000 insanın öldüyü təxmin edilmişdi. Tibbi səhvlər dünyada 10 xəstədən birinə təsir göstərir. Digər hesablamada isə hər il 180.000 insanın yatrogen zədə nəticəsində öldüyü bildirilir.
Hərbi həkim
Hərbi həkim ali tibb təhsili olan, tibbi mövqe tutan bir əsgərdir. 1864-cü ildə ilk Cenevrə Konvensiyası tibb işçilərinin xüsusi neytral statusunu müəyyənləşdirdi və bu, "yalnız tibbi" funksiyaları yerinə yetirməyi, müharibə və silahlı münaqişələrin bütün qurbanlarına "qərəzsiz" tibbi yardım göstərməyi özlərinə vəzifə olaraq qoymaq idi. == Tarixi == Qədim yunanların qoşunlarında xüsusi həkimləri var idi. Bəziləri yalnız daxili xəstəliklərin müalicəsi ilə məşğul olurdular, digərləri cərrahi. Həkimlər ordunun tərkibini təşkil edirdi, düşərgə qurarkən onların fikirləri soruşulurdu. Onlar İlahiyyat və dünyəvi tibb məktəblərində təhsil alırdılar. Romanın mövcud olduğu dövrdə tibb xəstəliklərinin müalicəsinə ruhların qovulması və müxtəlif batil müalicə metodları öz əksini tapmışdır. Epidemiyaya qarşı müharibə zamanı qoşunlarda dualar təyin olunur, keşişlər müxtəlif dini mərasimlər təşkil edirdilər. Əsgərlər yaralanan zaman bir-birlərini sağaldır və ya təsadüfi həkimlərin xidmətlərindən istifadə edirdilər. Daimi ordu olmadığı üçün daimi hərbi həkimlər olmurdu.
Sibqat Həkim
Sibqat Həkim (tatar. Сибгат Хәким; 4 (17) dekabr 1911, Kazan quberniyası – 3 avqust 1986, Kazan) — Sovet, tatar şairi. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Böyük Vətən müharibəsi iştirakçısı. Rafael Həkimovun atasıdır. Sibqat Həkim 4 dekabr 1911-ci ildə Kulle-Kimi kəndində (indiki Tatarıstan Respublikası, Ətnə rayonu, Kulle-Kiminskoye kəndində) kasıb kəndli ailəsində anadan olmuşdur. 1931-ci ildə Kazandakı işçilər fakültəsində oxumuşdur, sonra 1937-ci ildə məzun olduğu Kazan Pedaqoji İnstitutuna daxil olur. 1941-ci ildə Qırmızı Ordu sıralarına çağırılır, 1942-ci ilin mayından döyüş əməliyyatlarının iştirakçısı olur. Hərbi xidmətlərinə görə, 375-ci atıcı diviziyasının 1243-cü atıcı alayının taqım komandiri, leytenant Həkimov 1943-cü ilin avqustunda Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir. 1963-1967-ci illərdə Tatar MSSR Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur.
Əl-Həkim
Əl-Həkam (ər. الحكم) — Allahın adlarından biri.
Əməkdar həkim
Azərbaycan Respublikası əməkdar həkimi — səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilən fəxri ad.
Möcüzə həkim
Möcüzə Həkim- "MF Yapım" tərəfindən imzalanmış, ilk seriyası 12 sentyabr 2019-cu ildə yayımlanmış, ssenari müəllifi Pınar Bulut və Onur Koralp tərəfindən yazılmış tibbi dram üslubunda Türk televiziya serialıdır. 2013-cü ildə Cənubi Koreyanın "Good Doctor" dramından uyğunlaşdırılmışdır. 2 mövsümdən ibarət serial "MF Yapım" tərəfindən 14 may 2021-ci ildə elan edilən rəsmi son tarix olan 27 may 2021-ci ildə yayımlanan 64-cü seriya ilə sona çatdı.
Cərrah Mehmed Paşa
Cərrah Mehmed Paşa (v. 10 yanvar 1604, Konstantinopol) — III Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimidir. == Həyatı == Əsli və həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. Əndərunda yetişmiş, ardından hasoda bölüyündə cərrah olaraq xidmət etməyə başlamışdır. Ardından yeniçəri ağası təyin edilərək saraydan ayrılmışdır. Bu vəzifədə ikən 1578-ci ildə kaptan-ı dərya Piyalə Paşanın ölümüylə dul qalan Gövhərxan Sultanla nikahlandı. Çox keçmədən 15 yanvar 1580-ci ildə xanımının da təsiriylə Rumeli bəylərbəyliyinə təyin edildi. Ardından 1582-ci ilin martında Boyalı Mehmed Paşanın yerinə dördüncü vəzir olaraq divana daxil oldu. Bu vəzifədə ikən Sultan Muradın böyük oğlu Şahzadə Mehmedi sünnət etdi. Bu səbəblə bundan sonrakı illərdə "Cərrah" ləqəbiylə anıldı.
Cərrah ibn Abdullah
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Hüseyn Əliyev (cərrah)
Əliyev Hüseyn Kərim oğlu (11 avqust 1897, Koturlu, Cavanşir qəzası – 31 iyul 1972, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor (1939), Azərbaycan SSR əməkdar həkimi və əməkdar elm xadimi (1942). == Həyatı == Hüseyn Əliyev 11 avqust 1897-ci ildə Kəlbəcərin Qoturlu kəndində anadan olub. 1967-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetinin II qospital cərrahlıq kafedrasının müdiri və "Azərbaycan tibb jurnalı"nın baş redaktoru (1955-ci ildən) olmuşdur. Tədqiqatı, əsasən, öd yollarının iltihabı xəstəliklərinin klinikası və patologiyasına, qida borusunun plastikasına və s. həsr edilmişdir. Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və medallarla təltif edilmişdir. Tibb elmləri doktoru, professor (1939 idi. 31 iyun 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mübariz Əliyev (cərrah)
Mübariz Yaqub oğlu Əliyev (16 aprel 1959, Füzuli) — tibb elmləri doktoru, professor. Mübariz Əliyev 16 aprel 1959-cu ildə Füzuli rayonunun Yağlıvənd kəndində, müəllim ailəsində anadan olmuşdur. О, 1966-cı ildə orta məktəbə getmiş, 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Tibb Universiteti müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Universitetin cərrahiyyə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək 1986-cı ilə qədər Sumqayıt şəhərində təcili yardım xəstəxanasında cərrah kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1986–1989-cu illərdə I Moskva Tibb Universitetində məqsədli aspiranturada təhsil almış, 1989-cu ilin iyun ayında vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi adına layiq görülmüşdür. 1989-cu ildən Azərbaycan Tibb Universitetində assistent, dosent, Musa Nağıyev adına xəstəxanada, eləcə də bir sıra özəl klinikalarda məhsul cərrah vəzifələrində çalışmışdır. Hazırda həmin universitetin professoru və Tədris Cərrahlıq Mərkəzinin cərrahiyə şöbəsinin rəhbəridir. 1990–1997-ci illərdə Azərbaycan Gənc Tibb Alimləri Şurasının sədri olmuşdur. Beş monoqrafiyanın, bir metodik tövsiyənin, iki dərsliyin yeddi səmərələşdirici təklifin və dünyanın bir sıra ölkələrində çap olunmuş 120-dən çox elmi məqalənin müəllifidir.2005-ci ildə "Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır. 2009-cu ildən prezident yanında Ali Attestasiya Kommisiyasınin ekspert şurasının üzvüdür və həmin ildən etibarən Amerika Birləşmiş Ştatlarının dövlət departamenti tərəfindən tanınan səhhiyyənin təşkili üzrə, beynəlxalq dərəcəli ekspertdir.
Məmməd Bağırov (cərrah)
Məmməd Bağırov (Bağırov Məmməd Adil oğlu; 12 dekabr 1960, Zəngibasar rayonu) — Rusiya alimi; Tibb elmləri doktoru. Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi‑Tədqiqat Vərəm İnstitutunun cərrahiyyə şöbəsinin rəhbəri. Bağırov Məmməd Adil oğlu 1960-cı il dekabrın 12-də Ermənistan Respublikasının Masis rayonunda anadan olub. 1984-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. 1985-1987-ci illərdə 53 nömrəli Moskva şəhər xəstəxanasında cərrah işləyib. 1987-ci ildə Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunda çalışıb. 1993-cü ildə namizədlik, 2003-cü ildə isə “Ağciyərin yayılmış və mürəkkəb fibrozkavernoz vərəmi xəstələrinin kompleks cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. M.Bağırov 1998-ci ildən Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun 2-ci cərrahiyyə bölməsinə rəhbərlik edib, 2011-ci ildə həmin institutun cərrahiyyə şöbəsinin müdiri təyin olunub. O, Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutunun və Rusiya Federasiyasının aparıcı ftiziocərrahıdır. Eyni zamanda vərəm, həmçinin ağciyər və plevranın digər patologiyaları: bronxların transsternal tıxanması, pulmonektomiya, plevropulmonektomiya, əməliyyat olunmuş ağciyərin götürülməsindən əvvəl lobektomiya, bilobektomiya, kombinə edilmiş anatomik rezeksiyalar, seqmental anatomik rezeksiyalar, əməliyyat edilmiş ağciyərin təkrar rezeksiyaları, bronxial gövdə rerezeksiyaları, kollaps-cərrahiyyə əməliyyatları (silikon möhürlə ekstraplevral pnevmoliz, torakoplastiklər), plevra patologiyasında müxtəlif əməliyyatlar, sinədaxili limfa düyünlərinin patologiyalarında əməliyyatlar zamanı bütün növ operativ müdaxilələri yerinə yetirir.
Rahim Hüseynov (cərrah)
Rahim Məmməd oğlu Hüseynov (1947, Salyan, Salyan rayonu) — professor, Azərbaycan Respublikasının sabiq səhiyyə naziri, "Təfəkkür" Universitetinin prorektoru, Biologiyaiya və təbiət elmləri kafedrasının müdiri, Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, "Dünya informasioloqları elitası" ünvanlı beynəlxalq müsabiqələr, akademik S.Vavilov və akademik Y.Məmmədəliyev adına mükafatların laureatı, ehtiyatda olan tibbi xidmət polkovniki. Rahim Hüseynov 1947-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə həmin şəhərdə orta məktəbi bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə institutu bitirmiş və həkim ixtisası almışdır. Həmin il təyinatla Ordu sıralarına göndərilmiş, 1972-ci ilə qədər İvanovo (Rusiya Federasiyası) vilayətinin Teykovo şəhərində hərbi hissənin həkimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1972–1975-ci illərdə Salyan rayon mərkəzi xəstəxanasında həkim-cərrah işləmişdir. 1975-ci ildə respublika Səhiyyə Nazirliyi aparatında Müalicə-profilaktika yardımı idarəsində həkim-inspektor, 1977–1980-ci illərdə nazirliyin Ərizə və şikayətlər şöbəsinin müdiri, Kadrlar, elm və təhsil müəssisələri idarəsinin rəisi, 1980–1986-cı illərdə Müalicə-profilaktika yardımı Baş idarəsinin rəisi vəzifəsində çalışmışdır. 1981-ci ildə Səhiyyə Nazirliyinin Kollegiya üzvü seçilmişdir. 1986-cı ildə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 1992–1993-cü illərdə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsində çalışmışdır.
Zülfüqar Məmmədov (cərrah)
Zülfüqar Mehdi oğlu Məmmədov (21 mart 1903, Yelizavetpol – 15 iyul 1971, Bakı) — akademik, cərrahiyyə sahəsi üzrə tanınmış alim. Zülfüqar Mehdi oğlu Məmmədov 1903-cü il mart ayının 21-də Gəncə şəhərində anadan olmuşdur. 1921-ci ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. Z. Məmmədov 1936-cı ildə dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə və professor elmi adma layiq görülmüşdür. Z. Məmmədov 1961-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir. Z. Məmmədov Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi cərrahlıq kafedrasında ordinator, (1926–1928), assistent (1928–1931), dosent və Operativ cərrahlıq kursunun müdiri (1931–1936) olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Ümumi cərrahlıq kafedrasının müdiri vəzifəsində çalışmış (1938–1971), Respublikada Zob Xəstəliyi ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru (1943–1946), Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri və Ümumittifaq Endokrinoloqlar Komitəsinin üzvü (1947–1971) olmuşdur. 1961-ci ildən yenicə təşkil olunmuş Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun Endokrin Cərrahlığı şöbəsinə rəhbərlik etmiş, eləcə də Ümumittifaq Cərrahlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1962–1971) olmuşdur. Z. Məmmədov cərrahiyyə sahəsi üzrə tanınmış alimlərdən olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini endemik ur xəstəliyinin, qalxanabənzər və böyrəküstü vəzilərin, yumurtalıqların xəstəliklərinin, eləcə də başqa endokrinoloji xəstəliklərin, həmçinin osteomilitlərin diaqnostikası və cərrahi müalicəsi, qarın boşluğu orqanlarının kəskin və xroniki xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsi, yanıqların, donmaların Naftalan neftindən hazırlanmış preparatlarla müalicəsi üsullarının işlənib hazırlanması təşkil etmişdir.
İsmayıl Məmmədov (cərrah)
İsmayıl Məhəmməd oğlu Məmmədov (27 dekabr 1918, Naxçıvan – 24 noyabr 2006, Sankt-Peterburq) — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan, Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4- cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975) İsmayıl Məmmədov 27 dekabr 1918-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olmuşdur. Professor İsmayıl Məmmədov ilk təhsilini doğulduğu Nehrəm kəndində aldıqdan sonra Naxçıvan Tibb Texnikomuna daxil olmuş 1938 ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.Qaraçuğ kənd sovetliyində Feldşer məntəqəsinin müdiri kimi əmək fəaliyyətinə başlamış İ.Məmmədov daha sonra Nehrəm kənd həkim məntəqəsinin müdiri eyni zamanda Naxçıvan rayon Səhiyyə şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır. 10 oktyabr 1939-cu ildə ordu sıralarına çağırılmış və 1946 cı ilin (7 il) sentyabr ayınadək hərbi xidmətdə olmuşdur. 2 ci dünya müharibəsinin başlandığı ilk günlərdən Litva sərhəddindəki hərbi hissədə xidmətə bağlamışdır. Leninqrad şəhərinin 900 günlük blokadası zamanı İjorsk taborunda baş feldşer kimi qulluq etmişdir. Bu taborda xidmətlərinə görə "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif olunmuşdur. 1946-cı ilin sentyabrında ordudan tərxis olunduqdan sonra İ.Məmmədov Vətəninə- Naxçıvana qayıtmışdır. İ.Məmmədov burada köhnə vəzifəsində çalışmış və 1947-ci ilin avqustunda Azərbaycan Respublikasının göndərişi ilə Leninqrad şəhərinə gələrək I Leninqrad Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və hospital cərrahiyyə kafedrasında kliniki ordinator vəzifəsində saxlanmışdır.
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.
Əziz Əliyev (cərrah-onkoloq)
Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən). Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib. Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində "Baş və boyun onkologiyası" üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.
Elmar Qasımov (həkim)
Elmar Qasımov (Qasımov Elmar Mustafa oğlu 10 fevral 1962, Bakı) — həkim-oftalmoloq,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru == Həyatı == Elmar Qasımov 1962-ci ildə Bakıda anadan olub, 1986-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1987-ci ildə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutun internaturasında hazırlıq keçib və 1994-cü ildə həmin institutun aspiranturasını bitirib. O, 1998-ci ildə S. N. Fyodorov adına "Gözün mikrocərrahiyyəsi" Elmi-texniki Oftalmoloji kompleksində "Azərbaycanda qlaukoma nəticəsində korluğun və əlilliyin tibbi-sosial aspektləri" mövzusunda namizədlik dissertasiyasını və akad. A. P. Nesterovun rəhbərlik etdiyi Rusiya Dövlət Tibb Universitetinin göz xəstəlikləri kafedrasında 2003-cü ildə "Kvant generatorun yeni növü – mis buxarı əsasında işləyən lazer və onun oftalmologiyada tətbiqinin imkanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. E. M. Qasımov tikişsiz aparılan oftalmocərrahiyə üsullarını və fakoemulsifikasiya üsulunu, öz fəaliyyətində tətbiq edir. 232 elmi əsərin, o cümlədən xaricdə çap olunmuş 65 elmi işin o cümlədən 6 patentin müəllifidir. Elmi tədqiqatların nəticələri müxtəlif yerli və xarici konfranslarda və konqreslərdə təqdim olunub. 18 fəlsəfə doktoru yetişdirib, 4 elmlər doktorunun elmi məsləhətçisi olmub. Hal-hazırda 5 fəlsəfə doktorluq dissertasiya işinin rəhbəridir və 5 elmlər doktorluq dissertasiya işinin elmi məsləhətçisidir. 2006-cı ilin mart ayından akad.