Hicaz və Nəcd krallığı
Hicaz və Nəcd krallığı (ərəb. مملكة الحجاز ونجد, Mamlakat al-Ḥijāz wa-Najd), ilk növbədə Hicaz krallığı və Nəcd sultanlığı (مملكة الحجاز وسلطنة نجد, Mamlakat al-Ḥijāz wa-Salṭanat Najd) — Ərəbistan yarımadasında Hicaz krallığının 1920-ci illərdə Nəcd tərəfindən fəth edilməsindən sonra yaranmış dövlət. 8 yanvar 1926-cı ildə Nəcd sultanı Əbdüləziz ibn Səud Məkkədə Məscidül-Həramda Hicaz kralı taxtına oturmuşdu. 29 yanvar 1927-ci ildə o, həm də "Nəcd kralı" (keçmiş "sultan" əvəzinə) titulu almışdır. 20 may 1927-ci ildə Ciddədə imzalanan müqaviləyə əsasən Əbdüləzizin dövləti Britaniya tərəfindən tanınaraq "Hicaz və Nəcd krallığı" adını almışdır.
23 sentyabr 1932-ci ildə Nəcd, Hicaz, Əl-Əhsa və Qətif bölgələri Səudiyyə Ərəbistanı adlanan yeni vahid krallıqda birləşdirilmişdir.