HƏRİMİ-HİCAZ

Hicazda (Məkkədə) Kəbəyə və Mədinədə Məhəmməd peyğəmbərin məqbərəsinə işarədir.
HƏRƏMEYN
HƏSBƏTƏN-LİLLAH
OBASTAN VİKİ
Hicaz
Hicaz — Səudiyyə Ərəbistanının qərbində bir region. Qırmızı dənizin şərq sahilində yerləşir. Mənаsı mаneə deməkdir. Hicаz Yəmənin şimаlı ilə Təhаmənin şərq tərəfində yerləşib onlаrı bir-birindən аyırır. Bunа görə də o ərаziyə belə bir аd verilib. Bu əyаlətdə olаn vаdilərin аrаsındа dаğlаr vаrdır ki, onlаrın bəzilərinin hündürlüyü 2 km-dən çoxdur. == Həmçinin bax == Hicaz krallığı Məkkə Şərifliyi Hicaz vilayəti Nəcd və Hicaz Krallığı == İstinadlar == == Xarici keçidlər == Seyyid Cəfər Şəhidi, "İslаm tаrixi və təhlillər", "Şəhriyar", 2006, səh.
Hicaz Krallığı
Hicaz krallığı — Səudiyyə Ərəbistanının Hicaz bölgəsində yaranmış dövlət. Haşimilər sülaləsi tərəfindən idarə olunan Hicaz krallığı 1916-cı ildən 1925-ci ilə qədər mövcud olmuşdur. == Krallıq öncəsi Hicaz == 1517-ci ildə Misiri ələ keçirən Osmanlı sultanı I Səlim Hicaz bölgəsini də Osmanlı torpaqlarına daxil etdi. Osmanlıların dövründə Hicazın idarə edilməsi Məkkə şəriflərinə tapşırılmışdır. 1807-ci ildə xəvariclərin çıxışlarını yatırdığı üçün Misir hakimi Mehmed Əli Paşanın idarəçiliyinə verilir. 1845-ci ildə Osmanlı İmperiyası ilə Misir arasında bağlanan müqaviləyə əsasən Hicaz təkrar Osmanlı torpaqlarına daxil olur. == Krallığın yaranması == Osmanlı dövlətinin II konstitusiyasının elan edilməsindən sonra Hicaza şərif təyin olunan Hüseyn ibn Əli əl-Haşimi I Dünya müharibəsinin əvvəllərində Osmanlı hakimiyyətinə və Osmanlı sultanına bağlı olaraq görsənsə də sonradan hakimiyyətini möhkəmləndirmək, bütün ərəbləri hakimiyyəti altında salmaq üçün Osmanlılara qarşı Böyük Britaniya ilə əməkdaşlığa başladı. Böyük Britaniya Osmanlılara qaşrı döyüşlərdə Hicaz ordusundan istifadə etmək məqsədilə Hüseyn ibn Əli əl-Haşimiyə Osmanlılara qarşı döyüşəcəyi təqdirdə silahlı yardım edəcəyi, xəlifələrin Məhəmmədin soyundan olmasını təmin edəcəyini bildirdi. Hüseyn ibn Əli əl-Haşiminin oğulları Feysəl ibn Hüseyn və Abdullah ibn Hüseyn ilə Misirdəki Britaniya nümayəndəsi Henri MakMahon ilə diplomatik əlaqələrini davam etdirməklə yanaşı, Osmanlı İmperiyasının Fələstində olan IV Ordu komandanı Camal Paşa ilə də razılığa gəlmək üçün yollar axtarırdı. Ancaq Camal paşanın Beyrutda və Şamda bəzi ərəb milliyətçilərini dövlətə xəyanətdə ittiham edərək edam etməsi ilə münasibətlər dəyişdi.
Hicaz vilayəti
Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi. Sonradan mərkəz Taifə köçürülmüşdür. == Tarixi == 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında Məkkə və Mədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi. 1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər.
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur. Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
Hicaz və Nəcd krallığı
Hicaz və Nəcd krallığı (ərəb. مملكة الحجاز ونجد‎, Mamlakat al-Ḥijāz wa-Najd), ilk növbədə Hicaz krallığı və Nəcd sultanlığı (مملكة الحجاز وسلطنة نجد, Mamlakat al-Ḥijāz wa-Salṭanat Najd) — Ərəbistan yarımadasında Hicaz krallığının 1920-ci illərdə Nəcd tərəfindən fəth edilməsindən sonra yaranmış dövlət. 8 yanvar 1926-cı ildə Nəcd sultanı Əbdüləziz ibn Səud Məkkədə Məscidül-Həramda Hicaz kralı taxtına oturmuşdu. 29 yanvar 1927-ci ildə o, həm də "Nəcd kralı" (keçmiş "sultan" əvəzinə) titulu almışdır. 20 may 1927-ci ildə Ciddədə imzalanan müqaviləyə əsasən Əbdüləzizin dövləti Britaniya tərəfindən tanınaraq "Hicaz və Nəcd krallığı" adını almışdır. 23 sentyabr 1932-ci ildə Nəcd, Hicaz, Əl-Əhsa və Qətif bölgələri Səudiyyə Ərəbistanı adlanan yeni vahid krallıqda birləşdirilmişdir.