Həvarilər
Həvarilər (yunanca ἀπόστολος – elçi, səfir) — xristianlıqda İsa Məsihin seçib xidmətə göndərdiyi on iki ardıcılı; daha sonra həvarilərin sayı artmışdır. Həvarilər erkən xristian cəmiyyətinin nüvəsi olmuş, xristianlığın yayılması onların fəaliyyəti ilə əlaqələndirilir.
== 12 həvari ==
On iki həvari (apostol, yunanca səfir) — xristianlıqda İsa Məsih ilə seçilmiş onun ən yaxın ardıcıllarının kollegiyası (qardaşlar Pyotr və Andrey, Böyük İakov və İlahiyyatçı İoann, Filipp, Varfolomey, Matfey, Foma, İakov Alfeyev, Faddey, Simon Zilot və İuda İskariot). İncilə görə İsa "on iki adam təyin etdi ki, onunla bərabər olsunlar və onları təbliğ etməyə göndərsin, onların xəstələri sağaltmağa və cinləri qovmağa səlahiyyətləri olsun. İudanın satqınlığı və intiharından sonra onun yerinə püşk vasitəsilə Matfiy seçilmişdir. Həvarilər erkən xristian icmasının nüvəsi olmuş, xristianlığın yayılmasını onların fəaliyyəti ilə əlaqələndirir. Bununla yanaşı, həvari Pavel da olmuşdur. Əhdi Cədiddə Həvarilər Əməlləri kitabı var.
İncildə sıralanan on iki həvarilər bunlardır:
Andrey
İoann
Filipp
Pyotr (Simon)
Zevedey oğlu İakov
Varfolomey
Matfey
Foma
Alfey oğlu İakov
Faddey
Kənanlı Simon
İuda İskariot
İuda İskariot İsa Məsihə etdiyi xəyanətə və sonra intihar etdiyinə görə, onun yerinə İsanın şagirdi Mattiya seçildi. Həvarilərin İşləri Kitabında bu əhvalat belə təsvir olunmuşdur:
Həmin günlərdə təxminən yüz iyirmi bacı-qardaşdan ibarət olan toplantı arasından Peter qalxıb dedi:
"Qardaşlar, İsanı tutanlara yol göstərən Yəhuda haqqında Müqəddəs Ruhun Davudun dili ilə əvvəlcədən dediyi Müqəddəs Yazı sözləri yerinə yetməlidir.