Tamaşa Əliyeva
Tamaşa Rüstəm qızı Əliyeva (15 may 1921, Alıbəyli, Ağdam rayonu – 30 aprel 1998, Alıbəyli, Ağdam rayonu) — Azərbaycanda pambıq üstası, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin və Azərbaycan SSRİ Ali Sovetinin deputatı.
Tamaşa Əliyeva 15 may 1921-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuşdur. Pambıqçılıq sahəsində yüksək naliyyətlər əldə etdiyinə görə ona Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir.
Tamaşa Əliyeva rayonun bir cox təsərrüfatlarında kolxoz sədri işləmiş, rayon partiya komitəstnin büro üzvü olmuş, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, SSRİ Ali Soveti plan büdcə komissiyasının üzvü olmuşdur. Onun adına çoxlu oçerklər yazılmış, Teymur Elçinin sözlərinə Əşrəf Abbasovun bəstələdiyi "Qarabağın qızları" mahnısı həmin dövrlərdə dillər əzbəri olmuşdur.
Tamaşa Əliyeva Ağdam rayon istehsalat idarəsinin rəisi vəzifəsində çalışmış, ömürünun son dövrlərində rayon icra hakimiyyətinin Üçoğlan ərazi nümayəndəsi vəzifəsində çalışmış, 1998-ci ildə vəfat etmiş, Alıbəyli kəndində dəfn olunmüşdür.
O Lenin ordeni, bir çox orden və medallarla təltif olunmuş, SSRİ Ali Sovetinin və Azərbaycan SSRİ Ali Sovetinə dəfələrlə deputatı seçilmişdir.