ikinci dəfə qurutma

ру вторичная сушка en secondary drying de Nachtrocknung fr dessiccation secondaire es desecación secundaria it disidratazione secondaria
ikimövqeli tənzimləmə
ikinci dərəcəli parametr
OBASTAN VİKİ
İki dəfə doğulmuş
İki dəfə doğulmuş (it. Venuto al mondo) - yazıçı Marqaret Mazzantininin 2008-ci ildə nəşr olunmuş, 2009-cu ildə isə Kampello mükafatına layiq görülmüş romanıdır. Cemmanın şair olan boşnak dostu Qoyko onu Sarayevoya dəvət edir. Bu zaman Cemmanın Sarayevo ilə bağlı xatirələri yadına düşür, şəhərin XIV Qış Olimpiya Oyunlarını qəbul etməsi, 1984-cü ildə bu şəhərə olan səfəri, Qoyko ilə tanış olması, kasıb fotoqraf Diyeqo ilə tanış olması, onların İtaliyaya qayıtmaları və evlənmələri; bundan sonra başlayan ağrıverici hadisələr, Yuqoslaviyada müharibənin başlaması, anasının ölümü və mühasirə dövründə Sarayevoya qayıtmasını xatırlayır. Cemmanın həyat hekayəsi, parlaq xatirə kimi yaddaşında saxladığı bir çox ikinci dərəcəli personajların həyatı ilə əlaqələnir: Qoykonun anası və bacısı Mirna və Elena, Cemma və Diyeqonun övladı olması üçün öz orqanlarını kirayə verməyə razılaşan musiqiçi Aska və Cemmanın atası. Romanda müharibənin dəhşətləri, Sarayevonun dağılması, şəhər sakinlərinin yaşadığı hisslər və sair ətraflı təsvir olunur. 2012-ci ildə roman əsasında rejissor Sercio Kastellitto tərəfindən eyni adlı film çəkilmişdir. Filmdə Cemma və Diyeqo rollarını müvafiq olaraq Penelopa Kruz və Emil Hirş canlandırmışlar. Margaret Mazzantini, Venuto al mondo, collana Scrittori italiani e stranieri, Mondadori, 531 səh., ISBN 978-88-04-57370-8.
Bir dəfə Hollivudda
Bir dəfə Hollivudda (ing. Once Upon a Time in Hollywood) — rejissor Kventin Tarantino tərəfindən 2019-cu ildə ekranlaşdırılmış komediya-dram filmi. Filmin ssenarisi rejissora məxsusdur. "Columbia Pictures", "Bona Film Group", "Heyday Films" və "Visiona Romantica" şirkətlərinin prodüserliyi ilə ərsəyə gəlmiş film ABŞ və Birləşmiş Krallığın birgə istehsalıdır. Filmin distribütoru "Sony Pictures Releasing" şirkətidir. Filmdə baş rollarda Leonardo DiKaprio, Bred Pitt, Marqo Robbi, Emil Hirş, Marqaret Kuellı, Timoti Olifant, Ostin Batler, Dakota Fenninq, Bryus Dern və Al Paçino iştirak edirlər. Filmdə ulduz heyəti və bir neçə süjet xətti var; film Hollivudun qızıl epoxasının son anlarına – 60-cı illərə ithaf edilib. Filmdəki əhvalatlar 1969-cu ildə Los-Ancelesdə cərəyan edir: yaşlanmaqda olan televiziya aktyoru və onun çoxdankı dostu və dublyoru dəyişməkdə olan Hollivudun film sənayesində öz yerlərini tapmağa çalışırlar. Pitt, DiKaprio, Robi və Tarantino ilə davamlı olaraq əməkdaşlıq edən Zoi Bell və Kurt Rassell 2018-ci ilin Yanvar-İyun aylarında çəkilişlərə qatıldı. Filmin əsas çəkilişləri İyun-Noyabr ayları arasında Los Anceles ətrafında davam etdi.
Bir dəfə (film, 1990)
Bir dəfə (rus. однажды) qısametrajlı cizgi filmi rejissor Vahid Talıbov tərəfindən 1990-cı ildə ekranlaşdırılmışdır. "Azanfilm" Studiyasında istehsal edilmişdir. Film 80-ci illərin sonunda baş verən hadisələr haqqında siyasi satiradır. == Məzmun == Film 80-ci illərin sonunda baş verən hadisələr haqqında siyasi satiradır. == Festival və mükafat == 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi ən yaxşı cizgi filminə görə rejissor Vahid Talıbova priz və diplom verilmişdir. == İstinadlar == == Mənbə == Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
İkinci Alxasova
Alxasava — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Göyçay rayonunun İncə kənd Sovetinin Birinci və İkinci Alxasova kəndləri vahid yaşayış məntəqəsi kimi birləşdiyindən həmin məntəqə Alxasova kəndi adlandırılmışdır. Alxasova kəndi İncə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Alxasova kənd Soveti yaradılmışdır. Alxasova oykonimi şəxs adı (Alxas) və oba sözlərindən ibarətdir. Oykonim "Alxasa məxsus oba" mənasındadır. 1993-cü ilədək Birinci və İkinci Alxasova (Alxasoba) kəndlərindən ibarət idi. Kənd Böyük Qafqaz dağlarının cənubunda, Qaraməryəm tirəsinin ətəyində, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin mövqeyi Dövranlı, İncə və Aşağı Qaraməryəm kəndlərinə daha yaxındır, Göyçay şəhərindən şərq istiqamətdə yerləşir. Ərazisinin 40%-i dağlıq, 60%-i düzənlikdir. Kəndin mərkəzindən Yuxarı Şirvan kanalı keçir.
İkinci Alyanlı
İkinci Alıyanlı, İkinci Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk tayfasından olan əliyanlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
İkinci Alıbəyli
İkinci Alıbəyli (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Alıbəyli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində qəsəbə.
İkinci Aral
İkinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İəmsabad kəndindən çıxmış ailələrin Aral adlanan torpaq ərazisində məskunlaşması nəticəsində yaranmışdır. Bu torpaq sahəsi xəzinə torpağı olduğundan Aral (yəni "fərqli, ayrılmış") adlanırdı. Oykonimin birinci komponenti kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Kəndin adının ilk dəfə hallandırılması XX əsrin əvvəllərinə təsadüf edir. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ağdaş dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Şəmsabad kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Şəmsabad kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Xosrov kənd sovetinə daxil idi. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Xosrov bələdiyyəsi təsis edilmişdir.
İkinci Aratkənd
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır. Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.
İkinci Ağalı
İkinci Ağalı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ağalı kənd inzibati ərazi dairəsində kənd. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Keçmiş adı Hüseynxanlı olmuşdur. Yerli əhali arasında Orta Ağalı da adlanır. Oykonimin birinci komponenti r-nun ərazisindəki Ağalı adlanan üç yaşayış məntəqəsini bir-birindən fərqləndirməyə xidmət edir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İkinci Aşıqlı
İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Aşıqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir. Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri. Kənd əhalisi azərbaycanlılardan ibarətdir. Kənd Mil düzündə yerləşir.
İkinci Baharlı
İkinci Baharlı — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Baharlı qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Biləcik
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır. İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir. İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır. Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur.
İkinci Bəyazid
II. Bəyazid və ya Sultan Bəyazid-i Vəli (Osmanlı türkcəsi: بايزيد ثاني Bəyazid-i Sani; 3 dekabr 1447, Dimetoka, Osmanlı imperiyası – 26 may 1512, Konstantinopol) ― Osmanlı İmperiyasının 8. padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur. Taxta keçəndə 511.000 km²'i Asiyada, 1.703.000 km²'i Avropada olmaq üzrə cəmi 2.214.000 km² olan imperiya torpaqları, ölümündə təxminən 2.375.000 km² idi. II. Bəyazidin doğum yeri bu gün Yunanıstan sərhədləri daxilində qalan, Osmanlılar zamanında isə Ədirnəyə bağlı bir qəza mərkəzi olan Dimetoka'dakı Dimetoka Sarayıdır. Atası Fateh Sultan Mehmed elmə qarşı böyük bir sevgi bəslədiyi üçün, oğlu Bəyazidə hər şeydən öncə güclü bir təhsil verdirmişdir. İstanbulun fəthindən sonra, 7 yaşında Xədim Əli Paşa rəhbərliyində Amasya hakimi olan Bəyazid, burada o dövrün ən məşhur alimlərindən dərslər aldı və padşah olacaq şəkildə yetişdirildi. O günlərdə Amasya şəhəri bir təhsil və mədəniyyət mərkəzi idi. Dövrün məşhur alimlərindən dərslər aldı, İslami elmlərin bir çoxunu öyrəndi. İslam elmi sahəsində dərs aldığı müəllimlərindən biri də Hünkar Şeyxi olaraq bilinən Bayrami təriqət şeyxi Muhyiddîn Mehmed-i İskilibî olmuşdur.
İkinci Cabanı
İkinci Cabanı (əvvəlki adları: Cabanı; Nikolayevsk; Dzerjinovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun İkinci Cabanı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Dzerjinovka kənd inzibati-ərazi vahidi tərkibindəki Dzerjinovka kəndi İkinci Çabanı kəndi, Dzerjinovka kənd inzibati-ərazi vahidi İkinci Çabanı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. Kəndin ilk adı Cabanı olmuşdur, adını Cabanı yaylasının yamacında yerləşdiyinə görə almışdı. XIX əsrdə, 1830-cu illərdə burada Çar Rusiyasından gəlmə rus ailələri məskunlaşmış, rəsmən Nikolayevsk adlandırılsa da, yerli əhali arasında Rus Cabanısı kimi tanınmışdır. Sovet vaxtı dövlət və partiya xadimi F.E.Dzerjinskinin (1877-1926) şərəfinə Dzerjinovka adlandırılmışdı. Kəndin adı 5 oktyabr 1999-cu ildən dəyişdirilərək İkinci Cabanı adlandırılmış, beləliklə də qədim Cabanı adı geri qaytarılmışdır. Kəndin hazırkı adının əvvəlindəki "İkinci" hissəsi fərqləndirici komponentdir (Şamaxı rayonunun eyni adı daşıyan Cabanı kəndi ilə səhv salınmaması üçün). Kənd dağətəyi ərazidə yerləşir. Kəndi əhalisinin əksəriyyətini etnik azərbaycanlılar, Axısqa türkləri və ruslar təşkil edir. Kənd əhalisi 479 nəfərdir ki, onun da 243 nəfəri kişi, 236 nəfəri isə qadınlar təşkil edir.
İkinci Dördyol
İkinci Dördyol — Azərbaycan Respublikasının Ağdam rayonunun İkinci Dördyol qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
İkinci Dərəşam
İkinci Dərəşam — Babək rayonunun Nehrəm inzibati ərazi vahidində qəsəbə. Araz çayı dərəsindədir. Yaşayış məntəqəsi 1964-cu ildə Dərəşam dəmir yolu platforması yanında salınmış və eyniadlı kənddən fərqləndirmək üçün İkinci Dərəşam adlandırılmışdır.
İkinci simfoniya
İkinci simfoniya (Qara Qarayev)
İkinci Çaylı
İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. Kənd Pirqulu istiqamətində yerləşir. Kənd əhalisi 501 nəfərdir ki, onun da 253 nəfəri kişi, 248 nəfəri isə qadınlar təşkil edir.
İkinci Çağan
İkinci Çağan – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çağan Şamaxı rayonunun Dədəgünəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş Çağan Məmmədsəlimli (indiki Birinci Çağan) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Kənd əhalisi 194 nəfərdir ki, onunda 96 nəfəri kişi, 97 nəfəri isə qadınlar təşkil edir.
İkinci İmamverdili
Qaralılar (əvvəlki adı: İkinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun Qaralılar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin İkinci İmamverdili kəndi Qaralılar kəndi adlandırılmış və Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılmışdır. XX əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdır. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Kənd Mil düzündə yerləşir.
İkinci İpək
İkinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Əsas təsərrüfatı heyvandarlıq idi.
İkinci Şahsevən
İkinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Qarabağda məskunlaşmış şahsevən tayfa birliyinə mənsub ailələrin saldıqları kəndlərdəndir. Oykonimin birinci komponenti bu kəndi Ağcabədi rayonundakı eyniadlı (Birinci Şahsevən) kənddən fərqləndirməyə xidmət edir.
İkinci Şıxlı
İkinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Düzənlikdədir. 1950-ci ildə r-nun ərazisindəki Sarıvəlli və Dəllər (Hüseynoğlu) kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış bu yaşayış məntəqəsi yaxınlığındakı eyniadlı kəndin adı ilə Şıxlı adlandırılmış, sonralar bu kəndlər birinci və ikinci komponentləri ilə fərqləndirilmişdir. Oykonimin ikinci komponenti etnotoponimdir. İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011). Bundan əlavə kənd özü də çox qədimdir.
İkinci Əlicanlı
İkinci Əlicanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Girvan düzündə yerləşir. Qarabağdan gəlmə ailələrin məskunlaşması nəticəsində yarandığından Qarabağ Alıcanlısı da adlanır. Oykonimin birinci komponenti ərazidəki Alıcanlı adlanan yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə xidmət edir. Kənddə 2-ci Alıcanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
İkinci Ərəbcəbirli
İkinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi r-nun ərazisində məskunlaşmış ərəbcəbirli tayfasına məxsus kəndlərdəndir. Rayon mərkəzindən 4 km qərbdə, Ağdaş – Göyçay avtomobil yolu üzərində yerləşən kənd. Göyçay rayonunun ərazisində Azərbaycanın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid Surxay qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin qanunu ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. 2011-ci il oktyabr ayının 19-da Göyçay rayonunun Qaraməryəm və Ərəbcəbirli kəndlərinə ilk dəfə olaraq təbii qaz verilmişdir. İkinci Ərəbcəbirli oyk, mür. Göyçay rayonunun şəhadət inzibati ərazi vahidində kənd.