İkinci Alyanlı

İkinci Alıyanlı, İkinci Əliyanlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.[1]

İkinci Alyanlı
Ölkə  Ermənistan

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən «ikinci» sözü kəngərli türk tayfasından olan əliyanlı etnonimi[2] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1886-cı ildə 137 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq köklü sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir[3]. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.538
  3. Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S.Əsədov; Elmi red. B.Budaqov, Q.Qeybullayev. Bakı: "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s.163