İkinci Aral — Azərbaycan Respublikasının Ağdaş rayonunun Birinci Aral kənd inzibati ərazi dairəsində kənd.[1]
İkinci Aral | |
---|---|
40°36′18″ şm. e. 47°35′07″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdaş rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0319 |
Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə İəmsabad kəndindən çıxmış ailələrin Aral adlanan torpaq ərazisində məskunlaşması nəticəsində yaranmışdır. Bu torpaq sahəsi xəzinə torpağı olduğundan Aral (yəni "fərqli, ayrılmış") adlanırdı. Oykonimin birinci komponenti kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir.[2]
Kəndin adının ilk dəfə hallandırılması XX əsrin əvvəllərinə təsadüf edir.
1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Göyçay qəzasının Ağdaş dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda bu kəndin də daxil olduğu Şəmsabad kənd şurası yaradılmışdır. 1961-ci ilin İnzibati bölgüsünə əsasən Ərəbşəki kəndi Azərbaycan SSR Ağdaş rayonunun Şəmsabad kənd sovetinə, 1977-ci ilin İnzibati bölgüsünə əsasən isə Ağdaş rayonunun Xosrov kənd sovetinə daxil idi[3]. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və bu kəndin də daxil olduğu Ağdaş rayonunun Xosrov bələdiyyəsi təsis edilmişdir. 30 may 2014-cü il fərmanına əsasən İkinci Aral kəndi yeni qurulan Aral-Xosrov bələdiyyəsinə daxil edilib.[4]
İkinci Aral kəndi yaxınlığında Aralarx kanalı axır. Kənd Ağdaş rayon mərkəzindən 13 km, Bakıdan 257 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Ləki stansiyasıdır.
Kəndin əhalisi 1979-cu ildə 290 nəfər olub.[mənbə göstərin]
Kənddə havanın orta illik temperaturu +14,9 C-dir. Kənddə semiarid iqlimi mövcuddur.
2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.[5]