İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd.[1][2]
İkinci Biləcik | |
---|---|
41°19′05″ şm. e. 46°57′32″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 309 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1.300 nəfər |
Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır.[3]
İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir.
İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır.
Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur. Bunlardan başqa quşçuluq və taxılçılıq kəndin iqtisadiyyatında mühüm rol oynayır. İkinci Biləcik kəndində böyük futbol meydançası fəaliyyət göstərir. Kəndin məktəbində 270 şagird təhsil alır.
Kənd 2014-cü ilin aprel ayından sürətli internetlə təmin olunmuşdur.
Şəki rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |