İXTİLAF
İQALƏ
OBASTAN VİKİ
İkindi namazı
Əsr və ya ikindi namazı – İslam dininin gündəlik rituallarından biri. Təqribən günün ikinci yarısında, yəni, Zöhr namazından sonra, Şam namazı azanına qədər olan zaman kəsiyində 4 rükət olaraq qılınır. 1-ci rükət: Niyyət; Təkbir; Həmd-surə; Ruku; 2 səcdə; 2-ci rükət: Həmd-surə; Qunut; Ruku; 2 səcdə Təşəhhüd 3-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; 4-cü rükət: Təsbihati-ərbəə; Ruku; 2 səcdə; Təşəhhüd; Salam. Niyyət bu şəkildə edilir: "Əsr namazı qılıram qürbətən illallah". Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. Fatihə surəsi ilə İxlas surəsi oxumaq. Əllərin üz bərabəri tutulduğu vəziyyətdir. Qunut zamanı "Allahummə salli ələ Muhammədin və ələ əli Muhamməd" deyilir. Rukuda, yəni əllər dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları.

Значение слова в других словарях