imperator
imperatriçə
OBASTAN VİKİ
Almaniya İmperatorluq Donanması
Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması (alm. Kaiserliche Marine‎) — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur. == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması == Birinci Dünya Müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi. == İstinadlar == == Xarici keçidlər == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması Almaniya Donanma Tarixi Almaniya İmperatorluq Donanması 1914 Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine Almaniya İmperatorluq Donanmasının Yayılması 1914 Birinci Dünya Müharibəsində U-boat müharibəsi Hoch Deutschlands Flotte!
Kil İmperatorluq Tərsanəsi
Kil İmperatorluq Tərsanəsi (alm. Kaiserliche Werft Kiel‎) 1867-ci ildə Kil Krallıq Tərsanəsi (alm. Königliche Werft Kiel‎) adı ilə Kil şəhərində qurulan tərsanə. 1871-ci ildə tərsanənin adı dəyişdirildi. İlk olaraq Prussiyaya, daha sonra isə Almaniya imperiyasına xidmət edən tərsanə, 1918-ci ildə bağlanmışdır.
İmperatorluq Məscidi (Priştina)
İmperatorluq Məscidi (alb. Xhamia e Mbretit, serb-kiril. Царска џамија у Приштини)) — Kosovonun Priştina şəhərində yerləşən bir Osmanlı dövrünə aid Məsciddir. Fateh Sultan Mehmed tərəfindən 1461-ci ildə tikilmişdir. Məscid 1990-cı ildə Serbiya Respublikası tərəfindən "Müstəsna Əhəmiyyətə Sahib Mədəniyyət Abidəsi" elan edilmişdir. Avstriya-Türk müharibələri əsnasında, XVII əsrin sonunda, müvəqqəti olaraq bir Katolik kilsəsinə çevrilmişdir. Ən tanınmış Alban yazıçılardan biri olan Piyetro Boqdani, eyni zamanda Avstriyaya meyilli üsyançıların aktiv bir lideri də burada basdırılmışdır. Osmanlılar nəzarəti ələ keçirdikdən sonra, 1690-cı ildə Pyetro Boqdani'nin sümükləri Osmanlı əsgərləri tərəfindən məzardan çıxarılmış və küçəyə atılmışdır .

Значение слова в других словарях