Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almaniya İmperatorluq Donanması
Almaniya İmperatorluq Donanması və ya sadəcə İmperatorluq Donanması (alm. Kaiserliche Marine‎) — Almaniya İmperiyasının formalaması ilə yaranan Almaniya silahlı qüvvələrinin xüsusi qoşun növü. Almaniya İmperatorluq Donanması 1871-ci və 1919-cu illər arasında mövcud olmuşdur və Prussiya donanmasından (1867-ci ildən bəri Şimali Almaniya Federal Donanması) ayrı olaraq böyüyürdü. İmperator II Vilhelm, Almaniya İmperatorluq Donanmasını genişlədərək, Almaniya İmperiyası və Britaniya İmperiyası arasında dənizdə bir silahlandırma yarışına səbəb oldu. Belə davam edərək, Almaniya İmperatorluq Donanması, II Vilhelm dövründə, dünyanın ən böyük donanmalarından biri olmaya davam etdi və Britaniya Krallıq Donanmasının ardından dünyanın ikinci ən böyük donanması olmuşdur. == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması == Birinci Dünya Müharibəsinin əvvəllərində Almaniya İmperatorluq Donanmasının 22 drednout əvvəli döyüş gəmisi, 19 drednout döyüş gəmisi və 7 döyüş kreyseri var idi. Admiral Alfred von Tirpitz dəniz qüvvələrinin komandiri olmuşdu. Donanmanın ən mühüm döyüşçüləri Açıq Dəniz Flotu və U-Qayıq flotu idi. Kiçik donanmalar Almaniyanın xarici torpaqlarına yerləşdirilib və bu gün Çində yerləşən Sindao şəhərində Almaniyanın Şərqi Asiya Flotuna göndərilmişdi. == İstinadlar == == Xarici keçidlər == Birinci Dünya Müharibəsində Almaniya İmperatorluq Donanması Almaniya Donanma Tarixi Almaniya İmperatorluq Donanması 1914 Arxivləşdirilib 2009-01-30 at the Wayback Machine Almaniya İmperatorluq Donanmasının Yayılması 1914 Birinci Dünya Müharibəsində U-boat müharibəsi Hoch Deutschlands Flotte!
Kil İmperatorluq Tərsanəsi
Kil İmperatorluq Tərsanəsi (alm. Kaiserliche Werft Kiel‎) 1867-ci ildə Kil Krallıq Tərsanəsi (alm. Königliche Werft Kiel‎) adı ilə Kil şəhərində qurulan tərsanə. 1871-ci ildə tərsanənin adı dəyişdirildi. İlk olaraq Prussiyaya, daha sonra isə Almaniya imperiyasına xidmət edən tərsanə, 1918-ci ildə bağlanmışdır.
İmperatorluq Məscidi (Priştina)
İmperatorluq Məscidi (alb. Xhamia e Mbretit, serb-kiril Царска џамија у Приштини)) — Kosovonun Priştina şəhərində yerləşən bir Osmanlı dövrünə aid Məsciddir. Fateh Sultan Mehmed tərəfindən 1461-ci ildə tikilmişdir. Məscid 1990-cı ildə Serbiya Respublikası tərəfindən "Müstəsna Əhəmiyyətə Sahib Mədəniyyət Abidəsi" elan edilmişdir. == Tarixi == Avstriya-Türk müharibələri əsnasında, XVII əsrin sonunda, müvəqqəti olaraq bir Katolik kilsəsinə çevrilmişdir. Ən tanınmış Alban yazıçılardan biri olan Piyetro Boqdani, eyni zamanda Avstriyaya meyilli üsyançıların aktiv bir lideri də burada basdırılmışdır. Osmanlılar nəzarəti ələ keçirdikdən sonra, 1690-cı ildə Pyetro Boqdani'nin sümükləri Osmanlı əsgərləri tərəfindən məzardan çıxarılmış və küçəyə atılmışdır .
Osmanlı imperatorluğu
Osmanlı dövləti, Osmanlı imperiyası (osm. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1299–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Sasani İmperatorluğu
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı == Tarixi == 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Avstriya-Macarıstan İmperatorluğu
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı. == Tarixi == === Yaranması === 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi.
Şərq Roma İmperatorluğu
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
16 Böyük Türk İmperatorluğu
16 böyük türk imperiyası (türk. 16 Büyük Türk Devleti) — 1969-cu ildə xəritələrin tərtibi üzrə məmur Akib Özbəy tərəfindən tanıdılmış, türk milliyətçiliyinə dair anlayış. 1980-ci illərdə Kənan Evrən hökuməti dövründə türk səlahiyyətlilər tərəfindən daha geniş şəkildə təbliğ olunmuşdur. Bu anlayışın təqdim edilməsindən əvvəl Türkiyə Prezidentinin forsundakı 16 ulduz Səlcuqlu imperiyasından sonra Anadoluda qurulmuş on altı bəyliyi təmsil edən simvol kimi qəbul edilmişdi. == Siyahı == Konsepsiyaya görə "16 Böyük Türk İmperiyası" bunlardır: == Qəbul == Türk yazıçısı, şair, publisist və tarixçi, pantürkizm və Turanizm ideologiyasının əsas dəstəkçisi olan Hüseyn Nihal Atsız bu siyahıya daxil olan bir sıra imperiyanın əslində qəti şəkildə müəyyənləşdirilməmiş mənşəyə sahib olduqlarını və türk mənşələrinin yalnız fərziyyə olduğunu qeyd etmişdi. Ağqoyunlular kimi bir çox həqiqi türk imperiyası bu siyahıdan kənarda qalmışdı. Bu səbəblərdən o, siyahını "uydurmadan başqa bir şey" olmadığını qeyd etmişdir.Atsızın tənqidlərinə baxmayaraq, bu konsepsiya, 1980-ci ildə Türkiyədəki hərbi çevrilişindən sonra qüvvəyə minən Kənan Evrən prezidentliyi dövründə türk-islamçı sintezinin türk milliyyətçiliyinin əsas komponenti elan edilməsi ilə türklərin əsas milli ideologiyasına çevrilmişdir. Yazıçı Reha Oğuz Türkqanın (1920-2010) rəhbərliyi altında əvvəlcə təqvim, sonra bir sıra markalar buraxılmışdır. Bundan sonra qədim türk dövlətlərinin bayraqlarının bu rəsmləri nüfuzlu Türkiyə Tarix Qurumu konfransında təqdim edilmişdir. Türkiyə Poçt İdarəsi 1984-cü ildə qurucularının portretlərini və bayraqlarını əks etdirən "16 imperiya" adlı bir sıra poçt markaları buraxmışdır.
Dənizlər imperatoru
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
Roma imperatoru
Roma imperatoru — tarixçilər tərəfindən Roma Respublikasının süqutundan sonra Roma imperiyasının hökmdarlarına müraciət etmək üçün istifadə olunan termin. Qədim Romada "Roma imperatoru" titulu yox idi, əksinə, bu başlıq mürəkkəb vəzifə və səlahiyyətlər toplusu üçün lazım olan stenoqram idi. Bu titulun indi populyar olmasına baxmayaraq, bu titul ilk daşıyan IX əsrin əvvəllərində I Mixail olmuş, özünü "Basileus Romaion" (romalıların imperatoru) adlandırmışdır. İmperator tituluna bənzər heç bir titul və ya rütbə yox idi, əksinə imperatorla ənənəvi olaraq bağlı olan bütün titulların mənşəyi respublika dövrünə təsadüf edir. Roma imperatorları haqqında olan müzakirə əsasən müasir tarixçilərin öz baxış bucağından təsirlənir. Romalıların özləri müasir monarxik "imperiya" və "imperator" anlayışlarını bölüşmürdülər. Roma imperiyası mövcud olduğu müddətdə Roma Respublikasının bütün siyasi institutlarını və ənənələrini, o cümlədən senat və məclisləri saxlamışdır. Ümumiyyətlə, imperatorları de-yure hökmdarları kimi təsvir etmək olmaz. Rəsmi olaraq, imperator vəzifəsi "bərabərlər arasında birinci" (primus inter pares) hesab olunurdu və onların bir çoxu de-fakto hökmdarlara çevrilməmişdilər. == Osmanlı imperiyasında == Sultan II Mehmedin dövründə Osmanlı imperiyası 1453-cü ildə Konstantinopolu fəth etmişdir.
Yaponiya imperatoru
1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədi ilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir. Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (2019-cu ildən Naruhito) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir. == Səlahiyyətləri == Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. Bununla yanaşı İmperator Baş naziri və Ali Məhkəmənin Baş Hakimini təyin edir. Baş nazir əvvəlcə Parlament tərəfindən seçilir və İmperator tərəfindən təsdiq edilir. Baş hakim Nazirlər Kabineti tərəfindən seçilir və daha sonra İmperator tərəfindən təsdiq edilir. İmperatorun qanun və müqavilələri imzalamaq, Parlamentin sessiyalarını çağırmaq və Nazirlər Kabinetinin tövsiyə və icazəsi ilə şərəf nişanı vermək səlahiyyəti vardır. Yaponiya Konstitusiyasına görə imperator xalqın birliyinin və dövlətin rəmzidir.
İmperatorun ad günü
İmperatorun ad günü (yap. 天皇誕生日 Tennō tanjōbi) – Yaponiyanın dövlət bayramı. Akihitonun taxta oturduğu 1989-cu ildən bəri dekabrın 23-də qeyd edilir. İmperator Muşuhitonun hakimiyyəti dövründə (1868-1911) imperatorun ad günü noyabrın 3-də qeyd edilirdi. İmperator Yoşihitonun hakimiyyəti dövründə (1912-1926) imperatorun ad günü avqustun 31-də qeyd edilirdi. Söva imperatoru Hirohitonun hakimiyyəti dövründə (1927-1988) imperatorun ad günü aprelin 29-da qeyd edilirdi. Hirohitonun ölümündən sonra 29 aprel Yaşıllıq günü adı altında dövlət bayramına çevrildi, 2007-ci ildən isə Söva günü adlanır. İmperator sarayı adətən kənar şəxslərə bağlı olsa da, imperatorun ad günündə və yanvarın 2-də sarayın ərazisini ziyarət etməyə icazə verilir. İmperatorun ad günündə imperator ailə üzvləri ilə birlikdə sarayın balkonundan onları görməyə gəlmiş insanları salamlayır.
David (Trabzon imperatoru)
David Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1408, Trabzon – 1 noyabr 1463, Konstantinopol) — sonuncu Trabzon imperatoru. 2013-cü ilin iyulunda David Komnenos övladları və qardaşı oğlu Aleksey Komnenosla birlikdə Şərqi Ortodoks Kilsəsi tərəfindən müqəddəs elan olundu. == Həyatı == Atası Trabzon imperatoru IV Aleksey, anası isə onun xanımı Teodora Kantakuzindir. Atasının vəfatının ardından 1429-cu ildə böyük qardaşı IV İohann taxta çıxdı. Onun səltənətində aktiv siyasi fəaliyyətini davam etdirən David Komnenos Osmanlılara qarşı Ağqoyunlularla yaxın münasibətlər qurdu və qardaşı qızı Despinanın Ağqoyunlu sultanı Uzun Həsənlə evləndirilməsində vasitəçilik etdi. Qardaşının vəfatından sonra taxt onun 6 yaşlı oğlu Alekseyə qaldı. Ancaq davam edən siyasi gərginlik səbəbilə imperiyanın idarəsində bir uşağın qalması qəbul edilmədi. Bir neçə günlük hakimiyyətin ardından V Aleksey taxtdan endirildi və David Komnenos taxta çıxdı. Taxta çıxar-çıxmaz Osmanlılar əleyhinə yeni bir səlib yürüşünü təşkil etmək üçün Burqundiya hersoqu Filipp, Roma papası II Piy, eləcə də Anadolu bəyliklərindən Candaroğulları və Qaramanoğullarıyla yazışmalar apardı.
Desi (Roma imperatoru)
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Dənizlər imperatoru (teleserial)
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
Mixail (Trabzon imperatoru)
Mixail Komnenos (yun. Μιχαήλ Μέγας Κομνηνός)(1285 – ən tezi 1355, Konstantinopol) — 16-cı Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının vəfatının ardından qardaşı Aleksey taxta çıxmış, Mixail isə anasıyla birlikdə babasının yanına - Konstantinopola getmişdir. 1341-ci ilədək burada qalan Mixail Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissa ilə evləndi və bu evlilikdən gələcəkdə sələfi olacaq oğlu İohann dünyaya gəldi. Qardaşı oğlu Vasileyin ölümündən sonra Trabzonda tək qalan və hakimiyyəti ələ alan xanımı İrinayla evləndirilməsi məqsədilə 1341-ci ildə Trabzona yola düşmüş, ancaq o Trabzona çatana qədər İrina taxtdan endirilmişdir. Yeni imperatriça Anna Komnini tərəfindən həbs olunan Mixail imperiyanın şərq torpaqlarına sürgün edildi. Çox keçmədən saray əyanlarının göndərdiyi səltənətə dəvət məktubuyla o əsnada Konstantinopolda olan oğlu İohann Genuyalıların dəstəyilə taxta çıxarıldı. Oğlunun taxta çıxmasına baxmayaraq sürgündən qaytarılmadı. Cəmi 2 il sonra əyləncə və ziyafətlərlə keçən lüks həyat tərzindən şikayətlənən yerli xalq tərəfindən oğlu III İohann 3 may 1344-cü ildə taxtdan endirildi və sürgündə saxlanılan Mixail taxta çıxarıldı.
Müqəddəs Roma imperatoru
Müqəddəs Roma imperatoru — müasir tarixçilikdə Müqəddəs Roma İmperiyasının hökmdarlarına verilən ad. Titul orta əsrlərdə ilk dəfə və rəsmi olaraq Romalıların imperatoru (lat. Imperator Romanorum, alm. Kaiser der Römer‎) və erkən müasir dövrdən Roma-Alman İmperatoru (lat. Imperator Germanorum, alm. Römisch-deutscher Kaiser‎) kimi də tanınırdı, Müqəddəs Roma İmperiyasının hökmdarı və dövlət başçısı idi. Bu titul VIII-XVI əsrlərdə İtaliya kralı titulu ilə Almanların kralı titulu (lat. Rex Teutonicorum) ilə birlikdə işlədilirdi. Müqəddəs Roma İmperatoru titulu orta əsr Katolik monarxları arasında ən yüksək prestijli olanı idi, çünki Roma Katolik Kilsəsi imperiyanı Orta əsrlər və erkən müasir dövrdə Roma İmperiyasının yeganə varisi hesab edirdi. Beləliklə, nəzəriyyədə və diplomatiyada imperatorlar primus inter pares hesab olunurdu və Avropadakı digər Katolik monarxları arasında bərabər olanlar arasında birinci sayılırdı.
Qriqori (Trabzon imperatoru)
Qriqori Komnenos (yun. Γεώργιος Μέγας Κομνηνός)(təq. 1255, Trabzon – ən tezi 1284) — 6-cı Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının vəfatının ardından 1263-cü ilin martında böyük qardaşı Andronik taxta çıxdı. Onun üç illik qısa səltənətinin ardından isə 1266-cı ildə Qriqori taxta çıxdı. Səltənəti boyunca Siciliya krallığı ilə müttəfiq olub, Bizans imperiyasına və onun apardığı siyasətə qarşı çıxdı. Ancaq onun yürütdüyü bu siyasət Bizans imperatoruyla qohum olan Elxani Abaqa xanın qəzəbinə səbəb olmuşdur. Belə ki, 1280-ci ildə Hülakilərin mərkəzi Təbrizə çağırıldı. Ancaq o Təbrizdə ikən, Abaqa xandan gələn əmrlə saray əyanları qardaşı II İohannı taxta çıxardı.
Vasiley (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
Vasili (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
İmperatorun ad günü (bayram)
İmperatorun ad günü (yap. 天皇誕生日 Tennō tanjōbi) – Yaponiyanın dövlət bayramı. Akihitonun taxta oturduğu 1989-cu ildən bəri dekabrın 23-də qeyd edilir. İmperator Muşuhitonun hakimiyyəti dövründə (1868-1911) imperatorun ad günü noyabrın 3-də qeyd edilirdi. İmperator Yoşihitonun hakimiyyəti dövründə (1912-1926) imperatorun ad günü avqustun 31-də qeyd edilirdi. Söva imperatoru Hirohitonun hakimiyyəti dövründə (1927-1988) imperatorun ad günü aprelin 29-da qeyd edilirdi. Hirohitonun ölümündən sonra 29 aprel Yaşıllıq günü adı altında dövlət bayramına çevrildi, 2007-ci ildən isə Söva günü adlanır. İmperator sarayı adətən kənar şəxslərə bağlı olsa da, imperatorun ad günündə və yanvarın 2-də sarayın ərazisini ziyarət etməyə icazə verilir. İmperatorun ad günündə imperator ailə üzvləri ilə birlikdə sarayın balkonundan onları görməyə gəlmiş insanları salamlayır.
Dənizlər imperatoru (teleserial, 2004)
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
III İohann (Trabzon imperatoru)
III İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(təq. 1321, Konstantinopol – mart 1362, Sinop) — 15-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Alekseyin Konstantinopoldakı oğlu Mixail, anası isə Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissadır. Uşaqlıq illəri Konstantinopolda keçdi. Atası Mixailin 1342-ci ildə Trabzona səltənətə çağırılması və daha sonra həbs edilməsinin ardından imperatriça Annanın əleyhdarları tərəfindən taxta namizəd göstərildi. Saray əyanlarının səltənətə dəvət məktubunu almasının ardından İohann Komnenos Genuya və Bizans gəmiləriylə Trabzona yola düşdü. 3 sentyabr 1342-ci ildə şəhərə daxil oldu və taxtı ələ keçirdi. Anna Komnini boğularaq öldürüldü, tərəfdarları isə edam edildi. 2 illik qısa səltənətində mühüm hadisə baş verməmişdir.
II Aleksey (Trabzon imperatoru)
II Aleksey Paleoloq-Komnenos (yun. Ἀλέξιος Μέγας Κομνηνός Παλαιολόγος)(1282, Konstantinopol – 3 may 1330, Trabzon) — 9-cu Trabzon imperatoru. == Həyatı == 1282-ci ildə Konstantinopolda dünyaya gəldi. Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının 1297-ci ildə vəfatının ardından taxta çıxmışdır. Səltənətinin ilk illərində dayısı olan Bizans imperatoru II Andronikin təsiri altında qaldı. Ancaq 1300-cü ildə Mesxeti atabəyi I Bekanın qızıyla gizlicə evlənməsi səbəbiylə dayısıyla münasibətləri pisləşdi. Belə ki, nigahın ləğv edilməsi üçün kilsəyə müraciət edən dayısının bu istəyi, xanımının artıq hamilə olması səbəbilə geri çevrildi. O əsnada Konstantinopolda olan anası Evdokiya oğlunu boşanmağa razı salmaq məqsədilə Trabzona göndərilsə də, o da oğlunu dəstəklədi. Dayısının təsir dairəsindən çıxdıqdan sonra II Aleksey Komnenos müsətqil siyasət yürütməyə başladı.
II Andronik (Trabzon imperatoru)
II Andronik Komnenos (yun. Ἀνδρόνικος Κομνηνός)(1240, Trabzon – 1266, Trabzon) — 5-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ilk xanımı Anna Xaylalodur. Atasının vəfatının ardından 1263-cü ilin martında taxta çıxdı. Onun üç illik qısa səltənətində Trabzon ticarət mərkəzi olaraq daha da inkişaf etdi. Ancaq atası dönəmində fəth edilən Sinop əyaləti 1266-cı ildə yenidən Anadolu səlcuqları tərəfindən işğal edildi və bu bölgədə Pərvanəoğulları bəyliyi yaradıldı. Beləcə, Anadolu səlcuqları Qara dənizdə donanma qurmağa başladı və ticarətdə Trabzonlulara rəqib olmağa başladı. 1266-cı ildə vəfat etmişdir. Övladı olmadığı üçün yerinə qardaşı Qriqori taxta çıxmışdır. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c.