Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor.
Raz (Mahnişan)
Raz (fars. رز‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (19 ailə).
Niyaz (Çaldıran)
Niyaz (fars. ‎نياز‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (11 ailə).
Niyaz Cahangirov
Niyaz Məcidov
Niyaz Məcidov (başq. Мәжитов Нияз Абдулхаҡ улы; 20 avqust 1933, Tuqay[d], Başqırd MSSR – 11 oktyabr 2015, Ufa) — Sovet və rus arxeoloqu, Başqırdıstan Respublikası Elmlər Akademiyasının akademiki, Başqırdıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti (2006–2012), Başqırd Dövlət Universitetinin professoru və Salavat Yulayev ordeninin kavaleri. == Bioqrafiyası == BMSSR Qafur rayonu, Saitbabin kənd sovetinin Tuqay kəndində anadan olmuşdur. Atası kənd müəllimi, anası isə kəndlidir. Başqırd Respublikası internat məktəbində (indiki Rami Qaripov adına 1 nömrəli Respublika internat məktəbində) təhsil alır. 1956-cı ildə Perm Dövlət Universitetini bitirir. 1963-cü ildə namizədlik dissertasiyasını, 1988-ci ildə "Arxeologiya" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ Elmlər Akademiyası Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda kiçik (1956-cı ildən), böyük (1964-cü ildən) elmi işçi, arxeologiya və etnoqrafiya sektorunun müdiri (1968-ci ildən) və dosent (1979-cu ildən) işləmişdir. Tarix elmləri doktoru (1989) və professorluq (1990) dərəcəsini müdafiə etmişdir. 1956–1979-cu illərdə SSRİ Elmlər Akademiyası Nüvə Fizikası İnstitutunda arxeologiya və etnoqrafiya sektorunun müdiri vəzifəsində çalışmışdır.
Niyaz Niftiyev
Niftiyev Niyaz Məmmədəli oğlu (25 iyul 1975, Təzəkənd, Cəlilabad rayonu) — tarixçi, jurnalist. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri. == Fəaliyyəti == 1982–1992-ci illərdə orta məktəbi, 1992–1997-ci illərdə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini (əyani) bitirib. 1997-ci ildən mediada Azərbaycanda milli-dini-mədəni müxtəlifliklə bağlı bir çox elmi və publisistik məqalələrlə çıxış edib. 1998-ci ildən 2019-cu ilin dekabr ayınadək "Azadinform" İnformasiya Agentliyində çalışıb. 2000–2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Aspirantura şöbəsində təhsil alıb, eyni zamanda Etnososioloji tədqiqatlar şöbəsində "Kiçik elmi işçi" vəzifəsində çalışıb. 2003-cü il 11 dekabr BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə birgə təşkil olunan "İnsan hüquqlarının müdafiəsi" mövzusunda Respublika Yazı Müsabiqəsinin iştirakçısı kimi "Milli azlıqların hüquqları" nominasiyası üzrə I mükafatla təltif olunub. 2004-cü ildə 26 fevral dünyada bu sahədə ixtisaslaşmış Böyük Britaniyanın Mediada Müxtəliflik İnstitutu tərəfindən Xüsusi Sertifikatla təltif olunub. 2006-cı ildə "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyini təsis edib. 2005–2010-cu illərdə Bakı İslam Universitetində təhsil alıb.
Niyaz Vəliyev
Vəliyev Niyaz Qədim oğlu — texnika elmləri doktoru, professor. Ural Dövlət Dağ-mədən Universitetinin elmi işlər üzrə prorektoru və kafedra müdiri. 1961-ci il fevralın 17-də Ermənistan SSR-in Qızıldaş kəndində anadan olub. Orta təhsilini orada bitirdikdən sonra Rusiya Federasiyasının Yekaterinburq şəhərindəki V.V.Vaxruşeva adına Dağ-mədən İnstitutuna daxil olub. 1987-ci ildə oranı əla qiymətlərlə bitirib. Aspirantura təhsilini də həmin institutda alıb. 2003-cü ildən texnika elmləri doktorudur, 2004-cü ildə professor seçilib. Rusiyada tanınmış peşəkar dağ-mədən mühəndisidir. Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun liderlərindəndir. 2005-2006-cı illərdə vilayətdəki "Azərbaycan" cəmiyyətinin sədri olmuşdur.
Niyaz Şərifov
Niyaz Səttar oğlu Şərifov (16 mart 1914, Bakı – 15 may 1982, Bakı) — Azərbaycan teatr rejissoru, aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1974). == Həyatı == Yaradıcılığı əsasən MKT ilə bağlı olan Niyaz Səttar oğlu Şərifov 16 mart 1914-cü ildə Bakıda doğulub. Bədəl bəy Bədəlbəyovun məktəbində əvvəlcə birinci dərəcəli pillədə dörd il təhsil alıb və beş il isə ikinci dərəcəli təhsil sistemində oxuyub. Bakı Teatr Məktəbini bitirib və tələbəlik illərindən BTİT-də aktyorluq edib. Bu teatr 1933-cü ildə Gəncəyə köçüb və Niyaz Şərifov bir sıra mədəniyyət ocaqlarında çalışıb. 1938-ci il-də ADMKT yaradılanda oraya əvvəlcə texniki rejissor, sonra isə quruluşçu rejissor götürülüb. Müəyyən fasilələrlə ömrünün sonuna qədər bu kollektivdə işləyib. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib. Niyaz Şərifov MKT-də Məhərrəm Əlizadə və Soltan Hacıbəyovun "Qızılgül" (1945 və 1967), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946), Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" (1960), "Əlli yaşında cavan" (1972), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), Novruz Gəncəli və Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965 və 1979), Məcid Şamxalov və Zakir Bağırovun "Qaynana" (1965), Məmməd Səid Ordubadi və Səid Rüstəmovun "Beş manatlıq gəlin" (1969), Ədil İsgəndərov və Əşrəf Abbasovun "Dağlar qoynunda" (1970), Məhərrəm Əlizadə və Nazim Əliverdibəyovun "Nazxanım naz eləyir" (1974), Məhərrəm Əlizadə və Ramiz Mustafayevin "Qonşumuzda bir oğlan var" (1976), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1976), Cahangir Məmmədov və Əşrəf Abbasovun "Həyətim mənim, həyatım mənim" (1977), Salam Qədirzadə və Süleyman Ələsgərovun "Gurultulu məhəbbət" (1980) musiqili komediyalarına quruluş verib.
Niyaz Kərimov
Niyaz Əvəz oğlu Kərimov (1931, Goran, Goranboy rayonu – 24 dekabr 1981) — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Kommunist Partiyasının Qutqaşen (1978–1981) və İmişli (1968–1978) rayon komitələrinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX və X çağırış deputatı. == Həyatı == Niyaz Əvəz oğlu Kərimov 1931-ci ildə Qasım İsmayılov rayonunun Goran qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə orta məktəbdə müəllimliklə başlamışdır. 1954–1956-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra komsomol işində olmuş, əvvəlcə Azərbaycan LKGİ Qasım İsmayılov Rayon Komitəsinin məktəbli gənclər şöbəsinin müdiri, 1957-ci ildən isə birinci katibi vəzifəsinə irəli çəkilmişdir.Niyaz Kərimov 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Qasım İsmayılov Rayon Komitəsinin ikinci katibi, 1963-cü ildə isə Qasım İsmayılov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. Həmin il Sov.İKP Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komitəsinin inspektoru işləmişdir.1965-ci ildə Niyaz Kərimov Azərbaycan KP İmişli Rayon Komitəsinin ikinci katibi, 1968-ci ildə isə birinci katibi seçilmişdir. 1978-ci ildən həyatının sonunadək Azərbaycan KP Qutqaşen Rayon Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.Niyaz Kərimov 1957-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXVIII, XXIX, XXX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin səkkizinci, doqquzuncu və onuncu çağırış deputatı olmuşdur. "Oktyabr inqilabı" ordeni, üç "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.Niyaz Kərimov 24 dekabr 1981-ci ildə 51 yaşında vəfat etmişdir.
Niyaz Bulaq (Qürvə)
Niyaz Bulaq (fars. نيازبلاغ‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 369 nəfər yaşayır (72 ailə). Əhalisini kürdlər təşkil edir.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). === Milli tərkibi === Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Raz və Cərgəlan şəhristanı
Raz və Cərgəlan şəhristanı — İranın Şimali Xorasan ostanında şəhristan.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Dorçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Dürçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Maestro Niyazi
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Mehmet Niyazi
Mehmet Niyazi (krımtat. Memet Niyaziy, Mehmet Niyazi; 1878 – 20 noyabr 1931, Mecidiya[d], Konstantsa) — Osmanlı İmperiyasında anadan olub, Rumıniya və Krım Tatar şairi, jurnalist, məktəb müəllimi, alim və Rumın-Tatar mənşəli fəal. Krımtatar diasporu ilə doğma yurdları arasındakı əlaqələrin qorunmasında əhəmiyyətli rol oynadığı güman edilir. Daha çox Krımı (Yaşıl Ada və Yaşıl Vətən) təsvir edən lirik əsərləri tanınır. == Həyatı == Aşçılar kəndində Krım tatarlarından olan köçkün müsəlman ailəsində anadan olub. Osmanlı imperiyasının təbəəsi və savadlı kəndlilər İsmayıl və Əzizənin ikinci oğlu idi. Niyazinin dünyaya gəlişi regionun Rumıniya krallığına birləşdirilməsi ilə nəticələnən 1877–1878-ci illər rus-türk müharibəsi dövrünə təsadüf etmişdir. Uşaqlıqda o tatar ədəbiyyatı və folkloru ilə tanış olmuş, Osmanlı dilini isə atasından öyrənmişdir. Məktəbi doğma kəndində bitirmişdir. Güman ki, o ilk ədəbi əsərlərini yeniyetmə illərində yaratmışdır.
Məhmət Niyazi

Niyam Salami
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi == Həyatı == Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir. === Ailəsi === Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur.
Niyar (Ərdəbil)
Niyar (fars. نيار‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 18,405 nəfər yaşayır (2,218 ailə).
Niyazi (ad)
Niyazi — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyazi — Azərbaycanlı dirijor. Niyazi Səfərov — Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye nazirinin müavini. Niyazi Aslanov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Niyazi Bədəlov — Azərbaycan sənədli filmlər rejissoru, ssenari müəllifi Niyazi Əhmədov — Aktyor.
Niyazi Aslanov
Niyazi Şərəfxan oğlu Aslanov (25 dekabr 1960, Tap Qaraqoyunlu, Qasım İsmayılov rayonu – 4 may 1992, Tap Qaraqoyunlu, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyazi Aslanov 25 dekabr 1960-cı ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusiyanın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Qasım İsmayılov rayonunda özünü müdafiə dəstələri yaradılan zaman buraya ilk yazılanlardan biri də Niyazi idi. == Döyüşlərdə iştirakı == Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşları ilə silah axtarırdı. Onlar iki tank tapırlar, onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il 4 may tarixində Tap Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olur. == Ailəsi == Ailəli idi, iki oğlu həyatda yadigar qalıb. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Niyazi Bayramov
Niyazi Bayramov (tam adı: Niyazi Müzəffər oğlu Bayramov; 26 mart 1956, Bakı) — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı (2018-ci ildən). == Həyatı == Niyazi Müzəffər oğlu Bayramov 1956-cı il martın 26-da Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1980-ci ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1980–1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı Hüquq məsləhətxanasında vəkil işləyib. 1986–1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992–1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995–1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997–2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009–2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012–2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür. Qarabağ müharibəsi iştirakçısıdır. Polkovnikdir. Ailəlidir, 2 övladı var.
Niyazi Bədəlov
Niyazi Mustafa oğlu Bədəlov (10 iyul 1909, Nuxa – 2 noyabr 1997) — Azərbaycan sənədli filmlər rejissoru. == Həyatı == Niyazi Mustafa oğlu Bədəlov 10 iyul 1909-cu ildə Şəkidə dünyaya göz açıb.Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov 1931–1936-cı illərdə Moskvada dünyaca Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almış və ilk azərbaycanlı məzunlarından biri olmuşdur. N. Bədəlov həmçinin, böyük rus rejissoru Sergey Eyzenşteynin tələbəsi olub. == Fəaliyyəti == 1927-ci ildə Şəkidə "Yeni yol" kinoteatrında kinomexanik köməkçisi işinə qəbul edilir. Moskvadakı təhsilini bitirib Bakıya döndükdən sonra "Azərbaycanfilm" kinostudiyasında işə düzəlir və ilk işlərini — "Komsomol nəsli" və "Azərbaycan aşıqları" (1938) sənədli filmlərini ərsəyə gətirir. Sonra rejissor H.Seyidzadə ilə birgə "Ayna" adlı bədii filmin çəkilişlərinə başlasalar da, iş yarıda dayandırılır. Ancaq o, çəkilmiş materiallardan istifadə edərək 1942-ci ildə "Sovqat" adlı qısametrajlı bədii filmini hazırlayır. Film II Dünya müharibəsinin qızğın çağlarında arxa və ön cəbhədə nümayiş olunur, döyüşçülərdə yüksək əhvali-ruhiyyə yaradır.Onu da qeyd edək ki, "Sovqat" filmi N.Bədəlovun bədii kinoda ilk və son işi olur. O, bütün bacarığını sənədli filmlərin çəkilişinə həsr edir. Bəzən sənədli filmlərin çəkilişində bədii kadrlara da yer ayırır.
Niyazi Hacıbəyov