İndeksləşdirmə

investisiya portfelinin müəyyən fond indeksinin təmsil etdiyi qiymətli kağızlar və bu indeksin qiymətində onların çəkilərinə uyğun şəkildə formalaşdırıldığı passiv investisiya strategiyası.
İndekslə Əlaqələndirilmiş İstiqraz
İndeksləşmiş Borc
OBASTAN VİKİ
İndeksləşdirmə
İndeksləşdirmə (iqtisadiyyat)
İqtisadiyyatda indeksləşdirmə (lat. index — müqavilənin, kreditin, əmək haqqının, pensiyanın, müavinətlərin, əmanətlərin və s.-nin məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. Əhalinin gəlirlərinin indeksləşdirilməsi — istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilərin tam və ya qismən kompensasiyası. Dünya təcrübəsində əhalinin gəlirlərinin indeksləşdirilməsinin iki əsas forması mövcuddur: avtomatik, burada əmək haqqının və digər gəlirlərin indeksləşdirilməsi qiymət artımına mütənasib olaraq artır; Avropa İttifaqı ölkələrində istifadə olunan yarı avtomatik (müqavilə əsasında). Bu indeksləşdirmənin mahiyyəti ekspert alimləri cəlb etməklə işəgötürənlər, həmkarlar ittifaqları və dövlət qurumlarının nümayəndələri ilə danışıqlar aparmaqdır. Danışıqların nəticəsi kollektiv müqavilələrin bağlanması üçün sosial müdafiənin aşağı həddi müəyyən edən tövsiyələrdir. Əmanətlərin indeksləşdirilməsi — ümumi qiymət səviyyəsi dəyişdikdə əmanətçiyə ödənilən faiz dərəcəsinin ölçüsünün avtomatik dəyişməsi. Vergi indeksasiyası — rəsmi istehlak qiymətlərinin artım indeksinə və ya əmək haqqı indeksinə uyğun olaraq gəlir vergisinin avtomatik dəyişməsidir. P n = P 0 ⋅ ( 1 + ∑ i = 1 n C P I i ) {\displaystyle P_{n}=P_{0}\cdot (1+\sum _{i=1}^{n}CPI_{i})} , burada Р — baza dövründə layihənin qiyməti; CPI — istehlak qiymətləri indeksi. Новый экономический словарь / Под редакцией А. Н. Азрилияна — М.: Институт новой экономики, 2006.

Значение слова в других словарях