İNİ

(Balakən, Qax, Şəki, Zaqatala)
qayın, arvadın ərinin qardaşı. – Zəhranın inisinin toyunda Bakidən gəlmişdi oxiyən (Şəki); – Qelin di: ki, menin inisi sizə qelipbi? (Qax)
İNGİŞDƏ
İNİMİŞ
OBASTAN VİKİ
İni (hərf)
Ի, ի — (Adı: ini, erm. ինի) — erməni əlifbasının 11-ci hərfi. Transkripsiya "i". Tələffüzü "İ". Rəqəm işarəsi "20". Mesrop Maştots tərəfindən 405—406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub. Erməni dilindəki Bibliya ini hərfi ilə başlayır.
İni fayl
İni fayl (ing. INI file (Initialization file)) – Microsoft Windows, Windows NT, OS/2 əməliyyat sistemləri və bəzi tətbiqi proqramlarda: sistemin (proqramın) bəzi parametrlərini kökləmək üçün fayl. Windows əməliyyat sisteminin ilk versiyasında meydana çıxıb. Windows 1.01 versiyasında yalnız bir WIN.INI faylı vardı, Windows 3.0 sistemində SYSTEM.INI faylı da əlavə olunmuşdu. Sonra isə onların sayı sürətlə və nəzarətsiz artmağa başladı. INI-faylları adi mətn fayllarıdır, onlara istənilən mətn redaktorunda baxmaq və redaktə etmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Andres İniesta
Andres İniesta (11 may 1984[…], Albasete, Kastiliya-La-Mança) — İspaniyalı futbolçu.
Lex iniusta non est lex
Lex iniusta non est lex (azərb. Ədalətsiz qanun, ümumiyyətlə qanun deyil‎) — standart hüquqi maksim. Prinsip Müqəddəs Avqustin tərəfindən ortaya atılmış və daha sonra Akvinalı Foma tərəfindən istifadə edilmişdir. Martin Luter Kinq bu deyimi mülki hüquqlar hərəkatı zamanı afroamerikalılara qarşı irqi seqreqasiya və ayrı-seçkiliyi təsvir etmək üçün sitat gətirmişdir. Bu nöqteyi-nəzər təbii hüquq nəzəriyyəçiləri olan Con Finnis və Lon Lüis Fuller ilə əlaqələndirilir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Law and Morality, Edited by Kenneth Einar Himma, Seattle Pacific University, U.S. and Brian Bix, University of Minnesota, U.S. Philosophical theory and the Universal Declaration of Human Rights, William Sweet (ed.).
Maksim İniç
Maksim İniç (26 may 1996) — Monteneqrolu üzgüçü. Maksim İniç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim İniç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Quan İnin Metodu
Quan İnin Metodu — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu dini hərəkat əslən Vyetnamdan olan və özü özünü Ali Usta adlandıran Çinq Hay tərəfindən təsis edilmişdir. Quan İnin davamçıları Tanrının varlığını dərk etmək üçün daxili işığa və daxili səsə əsaslanan meditasiyaları təcrübədən keçirirlər. Onlar öz fəaliyyətlərini dünyada ən böyük vegetarian biznesi sayılan “Loving Hut” beynəlxalq restoranlar şəbəkəsi ilə pərdələyirlər. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
İnikas anlayışı
İnikas nəzəriyyəsi
İnikas nəzəriyyəsi Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: · İnikas; · Qıcıqlandırma; · Hisslik; · Psixi inikas; · İnikasın şüurlu forması. Ümumiyyətlə materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: · Mexaniki; · Fiziki; · Kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır. Onun köməyi ilə canlılar həm canlı, həm də cansız obyektləri inikas etdirir. Bioloji inikasın əsas formaları: · Qıcıq; · Hissslik; · Psixi inikas.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. İnilli (oyk.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İnilər
İnilər (lat. Iniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi.
İnirida
İnirida (isp. Guainía) — Kolumbiyanın şərqində yerləşən şəhər və bələdiyyə, Quayniya deparatmentinin inzibati mərkəzidir. İnirida, departamentin şərqində, Venesuela sərhəddinin yaxınlığında, Quavyare çayının bir qədər cənubunda, şəhər ölkə paytaxtından təxminən 685 km uzaqlıqda yerləşir. Şəhər dəniz səviyyəsində 82 metr hündürlükdə yerləşir.. Bələdiyyənin sahəsi 16 165 km²dir.. Kolumbiyanın Milli Sitastik İdarəsinin məlumatına görə 2012-ci ildə şəhərdə əhalinin sayı 19.282 nəfərə çatmışdır. 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişilər əhalinin 51,2%-ni, qadınlar isə müvafiq olaraq 48,8% -ni təşkil edir. İkincisi, şəhər əhalisinin hindilər 60,3%-ni təşkil edir, avropoid və mestizolar — 38,5%, zəncilər — 1,2%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuculuq nisbəti isə 83,8% təşkil etmişdir.
İnisiator
İnisiator - reaksiya şəraitində parçalanaraq radikallar əmələ gətirən maddələrdir. İnisiatorlar iştirakı ilə polimerləşmədə aktiv mərkəzlər və ya sərbəst radikallar reaksiyaya ya hazır şəkildə verilir, ya da polimerləşmə şəraitində asanlıqla parçalanaraq sərbəst radikallar əmələ gətirən maddələrin mühitə daxil edilməsi ilə yaradılır. İnisiatorun parçalanmasından alınan radikallar polimerləşmənin gedişində sərf olunaraq polimer makromolekullarına daxil olurlar və bu baxımdan inisiator iştirakı ilə polimerləşmə katalitik proseslərdən fərqlənir. Radikal polimerləşmə reaksiyalarında inisiator kimi üzvi peroksid və hidroperoksidlər, azo və diazobirləşmələr, karbon turşularının dinitrilləri, persulfatlar və s. istifadə olunur.
İniya Trinkuniyene
İniya Trinkuniyene (lit. Inija Trinkūnienė; 25 oktyabr 1951) — Litva etnoloqu, sosioloq, folklorşünas, psixoloq; 2014-cü ildən bəri Romuva adlı Litva neobütpərəst cəmiyyətinin lideri (krive, baş kahinə). Cəmiyyətin qurucusu və "Kūlgrinda" adlı musiqi folk-qrupunun lideri Yonas Trinkunas onun həyat yoldaşıdır. 1969-cu ildə Kelme şəhərində orta məktəbi və 1974-cü ildə psixologiya ixtisası üzrə Vilnüs Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Litva Mədəni Tədqiqatlar İnstitutunda (Vilnüs Fəlsəfə və Sosiologiya İnstitutu) sosioloq kimi çalışmışdır. 1990-cı ildə, 1988-2014-cü illərdə Romuva dini bütpərəst icmasının rəhbəri olan əri ilə birlikdə Litva xalq musiqi ansamblını və "Kūlgrinda" xorunu təsis etdi. Onun Rimqayle, Vetra, Uqne və İndre adlı 4 uşağı var. Elmi karyerası boyunca Trinkuniyene xalq mədəniyyətinin yayılması sahəsində araşdırmalarla məşğul olmuşdur. 60-dan çox elmi məqalə yazmış, Litva və xaricdə müxtəlif elmi konfranslarda iştirak etmişdir. 2004-2013-cü illərdə Litva Respublikası Seymi yanında Xalq Mədəniyyətininin Müdafiəsi Şurasının üzvü olmuşdur.
İnişouen yarımadası
İnişouen (ing. Inishowen) — İrlandiyanın şimalında Doneqol qraflığında yerləşən yarımada. Burda ökənin ən ucqar nöqtəsi olan Malin-Hed burnu yerləşir. Ən böyük şəhəri Bankrana şəhəridir. İnişouen yarımadasının sahəsi 884,33 km² təşkil edir. Şimaldan Atlantik okeanın, şərq və qırbdən isə Loh-Foyl körfəsi ilə əhatələnir. Ən hündür nöqtəsi Sliv-Snaft (ing. Slieve Snaght, 615 m) dağıdır. Yarımadanın iqlimi adsnın daxili hissələrinə görə yumşaqdır. Yayı isə əksinə soyuq olur.
İnişerinin banşiləri
İnişerinin banşiləri (ing. The Banshees of Inisherin) — Martin Makdonanın 2022-ci ildə ekranlara çıxan qara, faciəvi komediya janrı dakı filmi. Aktyorlar Kolin Farrel və Brendan Qlison 1920-ci illərdə İrlandiyada ucqar bir adada münasibətləri korlanan ən yaxın dostları canlandırırlar. Bu film, Farrel və Qlisonu Makdonanın 2008-ci ildəki debüt filmi, "Brügge"dən sonra yenidən bir araya gətirib. searchlightpictures.com/the-banshees-of-inisherin/ — İnişerinin banşilərinin rəsmi saytı Official screenplay İnişerinin banşiləri — Internet Movie Database saytında.
İnikas
İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyəti. "İnikas" sözü ərəbmənşəli olub "əks olunmaq" mənasını daşıyır. Bu nəzəriyyənin mahiyyəti odur ki, şüur yüksək inkişaf etmiş materiyanın materiyanı inikas edirmə xassəsidir. İnikas nəzəriyyəsinin əsas anlayışları aşağıdakılardır: İnikas; Qıcıqlandırma; Hisslik; Psixi inikas; İnikasın şüurlu forması. Ümumiyyətlə, materiyaya inkas etdirmə xüsusiyyəti xasdır. İnikas – maddi obyektlərin digər maddi obyektlərlə qarşılıqlı təsirdə olmaları nəticəsində özündə onların izini buraxamaq qabiliyyətidir. İnkasa çoxsaylı misallar göstərmək olar: Bədəndə cızıqlar, insanın qruntda izi, qruntun insan ayaqqabısında izi, bir əşyanın digər əşya ilə toqquşması nəticəsində əmələ gəlmiş izlər və s. İnikasın elementar formaları aşağıdakılardır: Mexaniki; Fiziki; Kimyəvi. Lakin inikasın əsas forması bioloji inikasdır. Onun əsas spesifikası odur ki, o yalnız canlı orqanizmlərə xasdır.