İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şabanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
İnili | |
---|---|
39°16′ şm. e. 48°24′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 106 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 595 (2009) nəfər |
Ovalıq ərazidə yerləşir.
Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.