İRİÇİÇƏK(Lİ)

прил. ири цуьквер алай.
İRİCƏ
İRİDANƏLİ
OBASTAN VİKİ
İriçiçəkli abeliya
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir. Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
İriçiçəkli murdarça
İranda (Gilan) təbii halda rast gəlinir. Azərbaycanda yayılması: Qusar (Samur çayı kənarı), Lənkaran (Ələzə¬pin Apu kəndləri ətrafı), Lerik (Siov kəndi) rayonlarında təbii halda yayılmışdır. Azərbaycanın nadir və relikt bir bitkisidir. CR A1abc; B1ab(i,iii). Əsasən aşağı dağ qurşağında qarışıq enliyarpaq meşələrdə çay kənarlarında rast gəlinir. Azərbaycanda dar bir arealda yayılmışdır. Təbiətdə hündürlüyü 6 m-dək olan kol və ya kiçik ağacdır. Bitkinin gövdəsinin qabığı tünd boz və ya qara rəngdə olur. Bitkinin cavan zoğlarının rəngi məxməri yaşıl olur. Yaşlı budaqları isə yaş-lımtıl boz rəngdə olur.
İriçiçəkli nargülü
İriçiçəkli nargülü (lat. Campsis grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin nargülü cinsinə aid bitki növü. Yabanı halda Çində, Yaponiyada, Qərbi Avropada, ABŞ və digər ölkələrdə geniş yayılmışdır. XX əsrin əvvəllərindən Krımda, Qafqazın Qara dəniz sahillərində becərilir. Hündürlüyü 6-8 m-dək olan, tez böyüyən, işıqsevən, budanmanı yaxşı keçirən lianadır. Yarpaqları tək, lələkvari, 7-9 ədəd, 3-6 sm uzunluğunda, yumurtavarı və ya yumurtavarı-lansetvarı, ucu biz, dişli, çılpaq, xırda olur. Çiçəkləri iri, yumşaq və ya süpürgəvari çiçək qruplarında yerləşir, kasacığı 5 ədəd, lansetvarı, mərkəzinə qədər bölünmüş hissəlidir. Çiçək tacı qıfvari, kasacığın təxminən yarısınadək olan borucuqlu, qırmızı rəngli, eni 7-8 sm-ə çatır. Qutucuğu uzunsov-silindrik, ucu kütdür. İriçiçəkli kampsis tez böyüyür.
İriçiçəkli poruq
İriçiçəkli mərcanotu
İriçiçəkli mərcanotu (lat. Betonica macrantha) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin mərcanotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik bitkidir. Gövdəsi düz və ya yüksələn, yumşaq uzun aşağı yönəlmiş tükcüklü, (10) 20-50 (75) sm hündürlükdədir. Yarpaqları yumurtavari və uzunsov-yumurtavari, küt, qaidəsində ürəkvari, kənarları küt iri mişarvari və ya iri kütdişli, üst hissəsində seyrək, aşağı hissəsində sıx uzun tüklü; gövdəətrafı yarpaqlar uzun saplaqlı, yuxarı yarpaqlar oturaqdır. Çiçək köbəsi çox çiçəklidir. Tac olduqca iri, 3,5 mm-ə qədər uzunluqda, çəhrayı və ya fırfır, nadir hallarda ağ rənglidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə, subalp və alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir. == Sinonimləri == === Homotipik sinonimləri === Stachys macrantha (K.Koch) Stearn === Heterotipik sinonimləri === Betonica grandiflora Stephan ex Willd.

Значение слова в других словарях