İXTİSASLANMAQ
İXTİSASLAŞDIRMAQ
OBASTAN VİKİ
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
Uşaq-gənclər idman məktəbi (UGİM) — öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamağa və yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldən məktəbdənkənar, sosial yönlü müəssisə. Azərbaycan Respublikasında UGİM-in açılması bu aşağıdakı şərtlərlə həyata keçirilir: təlim-məşq prosesinin təşkili üçün özünün və yaxud icarəyə götürülmüş idman bazasının olması; bir idman növü üzrə minimum 14 qrupun fəaliyyətini təmin etmək üçün maliyyə vəsaitinin olması; açılması nəzərdə tutulmuş idman növü üzrə ixtisaslı məşqçi-müəllim kadrlarının olması. Vikianbarda Uşaq-gənclər idman məktəbi ilə əlaqəli mediafayllar var.

Значение слова в других словарях