Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brassica saruna
Şalğam-turp (lat. Brassica rapa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea derchiensis S.S. Ying Brassica amplexicaulis Hochst. ex A.Rich. [Illegitimate] Brassica antiquorum H.Lév. Brassica asperifolia Lam. Brassica asperifolia var. esculenta Gren. & Godr. Brassica asperifolia var.
Struma faciəsi
Struma faciəsi və ya Struma hadisəsi — İkinci dünya müharibəsi zamanı yəhudiləri Fələstinə aparan Struma gəmisinin SSRİ sualtı qayığı tərəfindən batırılması ilə nəticələnən hadisə. 1940-cı ildə almanlar Balkan yarımadasına çatmışdılar. Nasistlər yəhudilərə qoyduqları sanksiyaları müttəfiqləri Rumıniyada da tədbiq edirdilər. 1941-ci ildə Rumıniyanın Yaş şəhərində 4000 yəhudinin öldürülməsinin ardından yəhudilərin Fələstinə köçməkdən başqa çarələri qalmamışdı. Türkiyə sularından istifadə edərək Fələstinə qaçmaq qərarına gələn bir çox intellektual və varlı yəhudilər topladıqları pul ilə Struma adlı 1830 model bir motora sahib, 46 metrəlik kömür gəmisi kirayəyə aldılar. Struma bolqar gəmisi idi. 12 dekabr 1941-ci ildə Rumıniyanın Köstence limanından təqribən 790 səyahətçi və 10 dənizçi ilə qalxan Strumanın motoru İstanbula çatmadan açıq dənizdə xarab oldu. Sərnişinlər topladıqları pulla yaxınlıqdan keçdikləri gəmi tərəfindən motoru təmir etdirdilər. Gəmi ikinci bu cür hadisə ilə üzləşincə 15 dekabr 1941-ci ildə İstanbul boğazında, Sarayburnuda dayandı. Almaniyanın İstanbuldaki səfirliyi gəmi sərnişinlərinin yoluxucu xəstəliyə sahib olduqlarını bildirdi və onların sahilə çıxmaması üçün təzyiq göstərdi.
Struma hadisəsi
Struma hadisəsi və ya Struma Faciəsi, İkinci dünya müharibəsi dövründə Nasistlərdən qaçmağa çalışan yəhudiləri Fələstinə aparmaq üçün Rumıniyadan yola çıxan Struma gəmisinin İstanbul sahillərində SSRİ mənşəli sualtı qayıq tərəfindən batırılmasıdır.
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. == Tarix == 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Lixtenşteyn sarayı (Mala Strana)
Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir. == Tarix == Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir.
Müqəddəs Nikolay kilsəsi (Mala Strana)
Müqəddəs Nikolay kilsəsi (çex. Kostel svatého Mikuláše) – Praqanın mərkəzində, Köhnə şəhərin Mala Strana hissəsində yerləşən barokko üslubunda kilsə. Özünün monumental görünüşü, gəliz memarlıq üslubu və nəfis bədii tərtibatına görə, kilsə Praqanın ən mühüm barokko üslubunda inşa olunmuş məbədlərindən sayılır. Mala Stranada yerləşən Nikolay (Mikulaş) kostyolu təxminən XIII əsrdə burada yerləşən qotik kilsənin yerində ucaldılmışdı. Qotik kilsə eyni ilə Marlikiyalı Nikolaya həsr olunmuşdu. XVII əsrdə kilsənin yaxınlığında roman üslublu müqəddəs Vatslav rotondası da yerləşirdi. Keçmişdə kostyolun gülləsində carçılar keşik çəkərək yanğın və ya düşmənin yaxınlaşdığı halda həyəcan təbili vurudular. Hazırkı barokko üslublu kilsə binası XVIII əsrin 1-ci yarısında bir neçə mərhələ ilə inşa olunmuşdu. İlk öncə Kristofer Dintsenhoferin layihəsi üzrə tərtib olunmuş kilsə daha sonra onun oğlu - tanınmış memar Kilian İqnats Dintsenhofer tərəfindən tamamlanmışdı. Məbədin qərb fasadı, xorlu zal, müqəddəs Varvara (Barbora) və Anna kapellası və künc neflər 1703-1711-ci illər arası inşa olunmuşdu.
Sterna
Susüpürən (lat. Sterna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Struvea
Torreya (lat. Torreya) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Caryotaxus Zucc. ex Henkel & W.Hochst. Foetataxus J.Nelson Struvea Rchb. Tumion Raf.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Sorun
Problem (q.yun. προβλήμα) — öyrənilməsini və həllini tələb edən mürəkkəb və praktiki situasiya; hansısa vəziyyətin, obyektin, qeyri-müəyyənliyin mürəkkəbliyinin nəzəri isahını gözləyən hal. Həllində əsas məsələ onun düzgün izah edilməsidir. Düzgün izah edilməyən problem onun istinad nöqtəsindən uzaqlaşmasına səbəb olur. Problem məsələdən onunla fərqlənir ki, onun həll üçün öz resursları yoxdur və kənardan dəstəyə ehtiyacı vardır. Qarşılıqlı problemlərin məcmusu problematika adlanır. ekologiya, sağlamlıq, qida, energetika, nəqliyyat problemləri; demoqrafik problemlər; təbiətin talan edilməsi; planetə qarşı diqqətsizlik; cinayətkarlıq; regionların qeyri-bərabər inkişafı; əmək bazarındakı problemlər; ailə institunun problemləri; yeni texnologiyaların tətbiqinin problemləri; proqnazlaşdırıla bilinmir (təbii fəlakətlər, insan faktoru); poqnozlaşdırılır.
Kristina Steyna
Mark Stronq
Mark Stronq (ing. Mark Strong, doğulanda Marko Cüzeppe Salussolia, İslinqton, London, 5 avqust 1963) — İtalyan əsilli İngilis aktyoru, BAFTA TV (2004) və Toni (2016) mükafatları üçün namizəd göstərilib. "Şerlok Holms", "Kick-ass", "Yalanların cəmi", "Rock and Roll", "Stardust", "Robin Hood", "Casus, Get Out!", "İmitasiya oyunu", "Kinqsman: Məxfi xidmət" və "Kinqsman: Qızıl dairə" filmlərindəki rolları ilə məşhurdur. == Həyatı == Mark Stronq (doğulanda Marko Cüzeppe Salussolia) 5 avqust 1963-cü ildə Londonun İslinqton səmtində italyan-avstriyalı ailədə anadan olmuşdur. Anası oğlunun həmyaşıdları ilə ünsiyyətini asanlaşdırmaq üçün adını rəsmi olaraq dəyişdirmişdir. Əvvəlcə London Royal Holloway Universitetində, daha sonra Bristol Old Vic teatr məktəbində oxumuşdur. İlk rolunu məşhur aktrisa Helen Mirrenlə "Əsas şübhəli" serialında oynamışdır. Son diqqət çəkən rolları arasında "Şerlok Holms"da Lord Blakvud, "Yaşıl fanar"da Taal Sinestro, "Kick-ass"da Frank De Amiqo, "Robin Qud"da, Ser Qodfri, "Xəfiyyə rədd ol!"da Jim Prido, Merlin "Kinqsman: Məxfi xidmət"də, "İmitasiya oyunu"da Mİ-6 rəhbəri Stüart Mezisdi. Əksər filmlərdə Stronq praktik olaraq tanınmazdır, çünki hər rol üçün görünüşünü dəyişdirir: Stardust "Tristan və İzolda" da uzun saçlı, "Robin "Qud"da və "Kinqsman dilogiyası"nda keçəl, "Rok and Roll", "Şerlok Holms" filmlərində saçlıdır. "Warhammer 40,000: Space Marine" video oyununda Ultramarine Order Titusun kapitanı, "Eisenhorn"da İnkivizitor Qreqor Eisenorn, "Total War: Rome II"-də proloqun qəhrəmanı General Silanı səsləndirmişdir.
Ostruşa nunatakı
Ostruşa nunatakı (bolq. нунатак Оструша, ‘Nunatak Ostrusha’ \'nu-na-tak o-'stru-sha\) — Antarktidanın Elsuort dağlarına daxil olan, 1100 m hündürlüklü nunatakdır. Sentinel dağlarının şimal-şərqində yerləşmişdir. Nunatak Frakiya kurqanı olan Ostruşanın adını daşıyır. Ostruşa nunatakı 77°26′20″ c. e. 85°30′50″ q. u. koordinatlarında yerləşmişdir. Mogensen dağından 16.75 km şimal-şərqdə, Veems dağından 12.43 km şimal-şərqdə, Bohot nunatakından 5.27 km cənub-şərqdə yerləşmişdir.
Robert Sturua
Robert Sturua (gürc. რობერტ სტურუა; d. 31 iyul, 1938. Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcü teatr rejissoru, aktyor, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı (1979) Robert Sturua 31 iyul 1938-ci ildə Gürcüstan SSR-in paytaxtı Tbilisi şəhərində doğulmuşdur.
Serena Uilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Serena Vilyams
Serena Vilyams (ing. Serena Jameka Williams, d. 1981, ABŞ) — ABŞ tennisçisi. Serena Vilyams Sidney, Pekin və London olimpiadalarında tennisçilərin qoşa yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı 2012-ci il yay Olimpiya oyunlarının fərdi turnirində də çempion oldu. Həm qoşa, həm də fərdi yarışlarda "Uimbldon" və "Böyük dəbilqə"nin ABŞ mərhələsində qalib gələn reytinq üçüncüsü oldu. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Setsuna Meyo
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Soluna Samay
Soluna Samay Kettel-Ziegler, daha çox Soluna Samay kimi tanınır — Danimarka müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində Danimarkanın təmsilçisi.
Srubna mədəniyyəti
Srubna mədəniyyəti və ya Ağac-türbə mədəniyyəti (rusca:Сру́бная культу́ра; ukraynca:Зрубна́ культу́ра) — Eramızdan əvvəl 18-ci və 12-ci əsrlər arasında Qara dəniz-Xəzər səhralarının şərq hissəsində son tunc dövrünə aid bir arxeoloji mədəniyyət. Surbna mədəniyyəti Katakomba, Poltavka və Potapovka mədəniyyətlərinin varisidir. Həm də əlaqəli olduğu düşünülən çağdaş Andronov mədəniyyəti ilə qonşu olmuşdur. Mədəniyyətin adı rus dilində "taxta çərçivə" mənasını verən sруб (srub) sözündən gəlir. Bu ad mədəniyyətin məzarlarında ağac istifadəsinə görə verilir. Onların iqtisadiyyatı kənd təsərrüfatına və heyvandarlığa əsaslanırdı. Srubnaya mədəniyyəti Yamna mədəniyyətinin, Katakomb mədəniyyətinin və Poltavka mədəniyyətinin varisidir. O, ehtimal ki, özünün şərq qonşusu olan Andronovo mədəniyyəti ilə yaxın əlaqədə olmuşdur. Eramızdan əvvəl 1-ci minillikdə yaşayan İskitlər və Sarmatlar Srubna mədəniyyətinin varisi hesab edilirlər. Kimmerlərin də bu mədəniyyətdən qaynaqlandığı düşünülür.
Sterna acuticauda
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Sterna albifrons
Sterna albistriata
Sterna aleutica
Sterna anaethetus
Onychoprion anaethetus (lat. Onychoprion anaethetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin onychoprion cinsinə aid heyvan növü.
Sterna antillarum
Sterna aurantia
Hindistan susüpürəni (lat. Sterna aurantia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.