İYİRMİQƏPİKLİK
İYİTMƏK
OBASTAN VİKİ
İyirminci (Lerik)
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
İyirminci Bahar (1940)
== Məzmun == Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir. Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür. Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Mikayıl Mikayılov, Vladimir Yeremeyev Ssenari müəllifi: Şamil Məlikyeqanov Operator: Leon Aristakesov, Camal İsmixanov Musiqi tərtibatı: Niyazi, Tofiq Quliyev Səs operatoru: Y.Qomerov Rejissor assistenti: Lətif Səfərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
İyirminci simfoniya (Motsart)
İyirminci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin iyulunda yazılmışdır. O zaman gənc bəstəkarın 16 yaşı var idi. Həmin dövrdə yazılan digər Zalsburq simfoniyaları ilə (KV 128 , KV 129 , KV 130 , KV 132 , KV 134) ilə müqayisədə iyirminci simfoniya (KV 133) möhtəşəm və pafoslu bir xarakteri ilə səciyyələnir. Simfoniyanın ifa müddəti təxminən 25 dəqiqədir. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Allegro, 4/4 Andante, 2/4 Menuetto, 3/4 Allegro, 12/8 === Birinci hissə: Allegro === === Ikinci hissə: Andante === === Üçüncü hissə: Minuetto === === Dördüncü hissə: (Allegro) === == Xarici keçid == Symphony No.20 in D major, K.133 (Mozart, Wolfgang Amadeus) στο IMSLP.org (alm.) Partition, discographie et un enregistrement et appareil critique dans la Neue Mozart-Ausgabe.
İyirminci sülalə (Misir)
XX sülalə - Qədim Misirdə yeni padşahlıq dövründə hakimiyyətdə olmuş sonuncu sülalə. == Ümumi məlumat == XIX sülalənin son hökmdarı Tausertin hökmdatlığının son illərində mərkəzi hakimiyyət zəiflədi. Bu dövr tapıntılar az olduğundan yaxşı öyrənilmişdir. Güman edilir ki, taxt-tac uğrunda mübarizə və yadelli hücumların çoxaldığı bu zamanda Setnaxt adlı şəxs hakimiyyəti ələ keçirərək yeni sülalənin əsasını qoymuşdur. Bəzi misirşünaslar Setnaxtın II Ramzesin çoxsaylı uşaqlardan birinin övladı olduğunu qeyd edirlər. Setnaxt rəqiblərini məğlub edərək ölkədə sabitlik yaratdı. Setnaxtdan sonra taxta oğlu III Ramzes çıxdı. Yeni firon dəniz xalqlarına qarşı uğurlu müharibələri, Suriya, Fələstin və Punta yürüşləri ilə tanınırdı. III Ramzesin dövründə geniş tikinti işləri aparılmışdır. Onun hakimiyyətinin 29-cu ilində bəşər tarixində ilk tətil baş verdi.
İyirminci bahar (film, 1940)
== Məzmun == Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir. Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür. Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Mikayıl Mikayılov, Vladimir Yeremeyev Ssenari müəllifi: Şamil Məlikyeqanov Operator: Leon Aristakesov, Camal İsmixanov Musiqi tərtibatı: Niyazi, Tofiq Quliyev Səs operatoru: Y.Qomerov Rejissor assistenti: Lətif Səfərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da ( K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio - Allegro Molto - Adagio Tempo di Menetto == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .

Значение слова в других словарях

вид компо́т насоса́ть неуправля́емый обду́манный окольцева́ть пате́ прижи́вка взъеро́шить однососта́вное предложение по́рванный развинти́ть стоймя́ чернобо́кий чу́шки alabastrum fission flexionless heads-up needle ore nonchalance training un-co-ordinated waterboy шестидесяти-