XX sülalə - Qədim Misirdə yeni padşahlıq dövründə hakimiyyətdə olmuş sonuncu sülalə.
XIX sülalənin son hökmdarı Tausertin hökmdatlığının son illərində mərkəzi hakimiyyət zəiflədi. Bu dövr tapıntılar az olduğundan yaxşı öyrənilmişdir. Güman edilir ki, taxt-tac uğrunda mübarizə və yadelli hücumların çoxaldığı bu zamanda Setnaxt adlı şəxs hakimiyyəti ələ keçirərək yeni sülalənin əsasını qoymuşdur[1]. Bəzi misirşünaslar Setnaxtın II Ramzesin çoxsaylı uşaqlardan birinin övladı olduğunu qeyd edirlər. Setnaxt rəqiblərini məğlub edərək ölkədə sabitlik yaratdı.
Setnaxtdan sonra taxta oğlu III Ramzes çıxdı. Yeni firon dəniz xalqlarına qarşı uğurlu müharibələri, Suriya, Fələstin və Punta yürüşləri ilə tanınırdı. III Ramzesin dövründə geniş tikinti işləri aparılmışdır. Onun hakimiyyətinin 29-cu ilində bəşər tarixində ilk tətil baş verdi. Beləki seçilmiş və tanınmış kral məbəd inşaatçıları və sənətkarları onlar üçün nəzərdə tutlmuş pay yeməkləri verilmədiyinə görə işləməkdən imtina etmişlər[2].
III Ramzes hakimiyyətini möhkəmləndirmək üçün din xadimləri ilə yaxınlaşır. Kahinlər hökmdardan geniş səlahiyyətlər və var-dövlət alırlar. Nəticədə onlar çox güclənərək artıq mərkəzin siyasəsitindən yayınmağa başlayırlar. III Ramzesdən başlayaraq fironun təsir gücü azalır və ölkə zəifləyir. III Ramzes oğlu Pentaur tərəfindən öldürüldü. Pentaurun əsas istəyi hakmiyyətə gəlmək olsa da bunu edə bilmir. Cinayətin üstü açılır və Pentaur intihara məhkum edilir. III Ramzes cinayət işi ilə bağlı bu məlumatlar "Turin məhkəmə papiruslarında" qeyd edilmişdir.
IV Ramzesin dövründə Suriya və Fələstin torpaqları itirildi. Sosial-iqtisadi zəifləmə və siyasi xaos ayrı-ayrı bölgələrin müstəqilləşməsinə səbəb oldu. Tebesdəki Amon məbədi baş kahinini o qədər güclənir ki,artıq firon da ona mane ola bilmir. Din xadimlərinin gücü baş kahin Amenhotepin zamanında daha da artır. Sonuncu firon XI Ramzesin hakimiyyəti zamanında baş kahin Herihor bütün vacib dövlət vəzifələrini əlində cəmləşdirmişdi. Artıq din xadimləri fironlarla yox, tanrı ilə insanlar arasında vasitəçi rolunu oynayırdı. Buna görə hökmdarlar əvvəlki kimi ilahiləşdirilən gücə malik deyildilər[3].
XX sülalənin mövcudluğunun sonuna yaxın firon məqbərələrinin yağmalanması halı geniş yayılmışdı. Əldə edilmiş papiruslara əsasən IX Ramzesin fironluğunun on doqquzuncu ilində XIII sülalə hökmdarı Sobekemsafın qəbir abidəsinin hücuma məruz qalması ilə bağlı araşdırma aparıldığı məlumdur.
XI Ramzesin ölümü ilə XX sülalə də süqut edir. Tebes və ətraf torpaqlarda hakimiyyət baş kahin Herihorda qalırsa, Nil deltasında XXI xanədan taxta çıxdı. Bununla Misirdə mərkəzləşdirilmiş dövlət yenidən bölünür. Tarixdə bu dövr üçüncü aralıq dövr adlanır.
Yevsevi XX sülalədən 12 fironun 172 il hakimiyyətdə olduğunu qeyd edirlər. Alman misirşünas Yurqen fon Bekeratu bu xanədanlığın 1186/1185 — 1070/1069 illəri arasında hökmdarlıq etdiyi yazır.
Ad | Şəkil | Taxt adı | Hakimiyyət illəri |
Heqamaatra Setepenamun |
|||
Setnaxt | Tiya-Merenesit | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İsida | III Ramzes | Titi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nubxesdeb | VI Ramzes | IV Ramzes | Tentipet | Mentuxepxepeşef | Taxat | Pentaur | VIII Ramzes | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
VII Ramzes | V Ramzes | IX Ramzes | Baketurel | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
X Ramzes | Titi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xerixor | Necemet | Tentamon | XI Ramzes | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Xereret | Pianx | Xenuttaui | Tentamon | Smendes | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
I Pinucem | Ameneminisu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
XXI sülalə | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||