Ruslan İzzətli
Ruslan Teymur oğlu İzzətli (18 aprel 1989, Ağdam rayonu) — azərbaycanlı siyasətçi. O, 2012–2013-cü illərdə Ümid Partiyasının sədr müavini, 2013-cü ildən 2021-ci ilə qədər isə "D18" Hərəkatının sədri olmuşdur.
Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1993-cü ildə Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra İzzətlilər ailəsi Bərdə rayonunda yaşamağa başladılar. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb. 2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. Ailəlidir. Bir övladı var.