JANDARM

I
сущ. жандарм:
1) лицо, состоящее на службе в жандармерии. Jandarm korpusu корпус жандармов
2) разг. о деспотичном человеке. Ev jandarmı olmaq быть домашним жандармом, o, pedaqoq yox, əsl jandarmdır он не педагог, а настоящий жандарм
3) о государстве, правительство которого жестоко подавляет всякое проявление свободомыслие. Dünya jandarmı мировой жандарм
II
прил. жандармский. Jandarm zabiti жандармский офицер, jandarm idarəsi жандармское управление
JALÜZLÜ
JANDARMERİYA
OBASTAN VİKİ
Jandarma
Jandarma — Jandarma (Türkiyə)
Jandarma (Azərbaycan)
Azərbaycan Daxili Qoşunları — Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur. Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar. Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itgin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur.
Jandarma (Türkiyə)
Jandarma — (türk. Jandarma Genel Komutanlığı), Türkiyədə el və mahal bələdiyyə sərhədləri xaricində qalan yerlər ilə polis təşkilatı olmayan yerlərdə özünə 2803 saylı Jandarma Təşkilatı Vəzifə və Səlahiyyətləri Qanunu ilə 2559 saylı Polis Vəzifə və Səlahiyyət Qanununda və digər qanunlarda verilən vəzifələri yerinə yetirən Əsgəri təhlükəsizlik və qolluq qüvvətidir. Bu qurum Türkiyə sahəsnin 92 %-ini əhatə etməkdədir. Jandarmanın vəzifəsi təhlükəsizlik və asayiş ilə cəmiyyət nizamının qorunmasını təmin etmək, digər qanun və nizamların özünə verdiyi vəzifələri yerinə yetirməkdir. Jandarma personalı; zabit, ehtiyat zabit, mütəxəssis jandarma, mütəxəssis ərbaş, əsgəri şagird, ərbaş və çatlar ilə vətəndaş məmur və işçilərdən ibarətdir. Hərbi vəziyyət, Səfərbərlik və Döyüş hallarında lazımlı olan hissəsi ilə Türkiyə Silahlı Qüvvələri əmrinə girər, qalan hissəsi ilə Jandarma Ümumi Komandanlığı əmrində normal vəzifələrinə davam edər. Barış vəziyyətində təhlükəsizlik və asayiş vəzifələrindən ötəri Türkiyə Cümhuriyyəti Daxili İşlər Naziriyinə qarşı məsul olan Jandarma, silahlı qüvvələrlə əlaqədar vəzifələri təhsil baxımından isə Baş qərargah başçılığına qarşı məsuldur.2015-ci il 13 avqust tarixindən Jandarma Ümumi Komandanı vəzifəsinə ordu generalı Qalib Mendi təyin edilmişdir. == Haqqında == Jandarma emblemi qurulduğu 1839 tarixindən bu günə qədər 6 dəfə dəyişmişdir. Edilən ən son dəyişiklik 2004-cü ildə bugünkü istifadə edilən emblemde olan 1846 — quruluş ilinin 1839 — şəklində dəyişdirilməsidir. 2803 Saylı Jandarma Təşkilat, Vəzifə və Səlahiyyətləri Qanunu lazımınca Jandarmanın Vəzifələri; Mülkü, Ədliyə, Əsgəri və Digər Vəzifələr olmaq üzrə dörd ana başlıq altında toplanmaqdadır.
Jandarmeriya
Jandarmeriya (fr. gendarmerie) — Çar Rusiyasında və burjuaziya ölkələrində siyasi mühafizə və inqilabi hərəkata qarşı mübarizə üçün xüsusi polis qoşunları. Azərbaycanda isə bu peşəni Azərbaycan Daxili Qoşunları yerinə yetirir.
Jandarmeriyaların siyahısı
Jandarmeriya (Gendarmery) — vətəndaş cəmiyyəti arasında polis vəzifələrini icra edən hərbi orqan. Bu orqanın üzvlərinə isə jandarma deyilir. Bir çox ölkələrdə bu qurum fəaliyyət göstərir.
İran jandarması
İran jandarması (fars. ژاندارمری دولتی‎ Jandarmirī-ye dövlətī)—1910-cu ildən 1991-ci ilədək İranda olan hərbi birləşmə. == Tarixi == İran jandarması 1910-cu ildə İsveç dövləti tərəfindən yaradılıb. Belə ki, İran öz Jandarma və Polis təskilatını qurub, inkişaf etdirmək üçün həmin ildən etibarən İsveçli zabitləri ölkəsinə dəvət edir. İlk dəfə 36 zabit dəvət edilmişdi.1924-cü ilə qədər İranda qalan bu zabitlərin təlim-tərbiyə verdikləri birliklər və yetisdirdikləri əsgərlər daha sonra İran sahının ordusunun əsasını təşkil etdilər. 1911-1924-cü illər arasında 49 orta rütbəli zabit və 5 aşağı rütbəli zabit, toplam 54 hərbi personel İsveç tərəfindən İrana yollanir. 1911-ci ilin may ayında Amerikalı müşavir Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi.

Значение слова в других словарях

аннекси́рованный аэроге́нный гага́товый друг на дру́га мальчи́шеский поосмотре́ться пусте́нько тало́нчик обдури́ть подсне́жный расплёскивание сераскир blinder delamination montan wax paring undesirable vambrace whitener апатитовый нападающий пеший сородич угрожать хлестать