Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Auksion
Auksion — alıcıların müsabiqəsi əsasında malların və qiymətli kağızların müəyyən vaxtda və müəyyən edilmiş yerdə satışı. Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) şəklində, keyfiyyətcə oxşar lotlar isə daha iri partiyalar (strinqlər) şəklində qruplaşdırılır. Hərrac vaxtı satışa çıxarılmış lotların və strinqlərin nömrələri elan edilir. Hərraca çıxarılan əmtəə və qiymətli kağızlar ona ən yüksək qiyməti təklif edən alıcıya satılır. Hərraclar, adətən, alıcı və satıcı tərəflərin tapşırığı ilə komissiya şərtləri əsasında malların və qiymətli kağızların ticarəti ilə məşğul olan ixtisaslaşmış broker firmaları tərəfindən təşkil olunur. Ənənəvi hərraclar zamanı satıcı minimum qiymət təyin edir, alıcılar isə qiyməti artırmaqla lot uğrunda mübarizə aparırlar (bu, ingilis auksionudur). Holland auksionunda hərrac çox yüksək qiymətdən başlanır və elan edilmiş qiymətə razı olan alıcı tapılana qədər qiymət azaldılır. == Etimologiyası == Uşakovun lüğəti latın dilindən sözün Latın mənşəli olduğunu göstərir lat. auctio — vurma deməkdir. Müasir izahlı lüğətdə ("Böyük Sovet Ensiklopediyası" tərəfindən nəşr edilmişdir) lat.
Aksion
Aksion — fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik zərrəcikdir. Bir aksion bir elektrondan trilyon dəfə yüngüldür, lakin bir kub santimetrdə onların sayı yüz milyard ola bilər. WIMPs zərrəciklər Ağ Yolun qaranlıq qalosunda annihilyasiya edərək qamma-şüalar, antiproton və pozitronlar buraxa bilər. Belə bir şüalanmanı ümumiyyətlə, müşahidə etmək olar, lakin onu Qalaktikanın ümumi şüalanmasından ayırmaq çətin bir məsələdir.
Aksiom
Aksiom [yun. axioma – qəbul edilmiş müddəa, axioo – layiq bilirəm] mənasını verir. Riyaziyyatda sübutsuz qəbul edilən fikir; Ümumiyyətlə, məcazi mənada dəlilə, sübuta ehtiyacı olmayan həqiqət; İsbatsız qəbul edilən düşüncə, fikir; Müəyyən nəzəriyyənin deduktiv quruluşunda sübut edilməyən, lakin həmin nəzəriyyənin digər təkliflərinin sübutunun çıxış nöqtəsi, əsası kimi qəbul olunan nəzəri təklif. Aksiom kimi, adətən, nəzərdən keçirilən nəzəriyyənin elə təklifləri götürülür ki, bunların düzgünlüyü artıq məlumdur, yaxud həmin nəzəriyyə daxilində düzgün sayıla bilər; Təsdiqə, sübuta ehtiyacı olmayan fikir və ya müddəa. “Aksiom” terminini ilk dəfə Aristotel işlətmişdir. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ansion — Vukipediya saytında.
Askion
Askion (yun. Άσκιο) — Yunanıstanda dağ silsəsi. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 2,110 m hündürlükdə olan Sinyatsikon dağıdır.
İksion
İksion ( q.yun. Ἰξίων, Ἰξίονος ; lat. Ixion ) — qədim yunan mifologiyasında personaj, Fleginin oğlu (ən çox yayılmış versiyaya görə), Fessaliyada lapiflərin və flegililərin tayfalarının padşahı. O, qədim yunan miflərinə görə, qohumunu öldürən ilk şəxsdir. Zevs İksionu tanrıların Olimpdəki ziyafətlərə qatılmasına icazə vermiş, lakin orada qəhrəman öz nankorluğunu və laqeydliyini nümayiş etdirmişdir. İksion Zevsin yoldaşı Heraya qarşı ehtiras hiss edirdi. Sonra Zevsin razılığı ilə İksiona verilən bulud ilahəsi Nefeladan Hera obrazı yaradılmışdır. İksion insanlara Zevsin arvadı ilə eşq macərası yaşadığı ilə öyünməyə başlayandan sonra tanrılar onu cəzalandırmışdılar.
Akson
Akson (yun. axis, azərb. çıxıntı‎) – neyronun 2 çıxıntısından biridir. Hüceyrənin cismindən çıxan impulslar bu çıxıntı vasıtəsilə gəlir. Uzun, adətən, az şaxələnən çıxıntılardır. Uzunluğu 1 m-ə çatır. Hər bir sinir hüceyrəsinin 1 aksonu vardır.
Peripatetik aksiom
Peripatetik aksiom "əvvəlcə duyğuda olmayan heç nə, zehində yoxdur, (Lat: Nihil est in intellectu quod non sit prius in sensu)" şəklində ifadə edilir. Akvinalı Fomanın De veritate əsərində keçir (q. 2 a. 3 arg. 19). Foma bu prinsipi Aristotelin qurduğu Yunan fəlsəfəsinin Peripatetik məktəbindən götürüb. Akvinalı Foma Tanrının varlığını duyğu göstəricilərinə əsaslanaraq sübut edilə biləcəyini iddia edirdi. O, xüsusi empirik göstəricilərdən universal mənaları abstraktlaşdırma qabiliyyəti olaraq şərh etdiyi Aristotelçi "aktiv zehin" ("intellectus agens") anlayışının variyasiyasını istifadə etmişdir.
Ellen Aksson Uilson
Ellen Aksson Vilson (ing. Ellen Axson Wilson; 15 may 1860[…], Savanna[d], Corciya – 6 avqust 1914[…], Ağ Ev) - ABŞ-nin Prezidenti Vudro Vilsonun həyat yoldaşıdır.
Ellen Aksson Vilson
Ellen Aksson Vilson (ing. Ellen Axson Wilson; 15 may 1860[…], Savanna[d], Corciya – 6 avqust 1914[…], Ağ Ev) - ABŞ-nin Prezidenti Vudro Vilsonun həyat yoldaşıdır.
İksion (Korinf çarı)
İksion (q.yun. Ιξίων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aletin oğlu və davamçısıdır. Korinf çarı İksion Heraklın övladlarından, Aletin oğlu idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər İksionun e.ə. 1066-ci ildən 1029-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu I Agel olmuşdur.
Vasili Şukşin
Vasili Makaroviç Şuşkin (rus. Василий Макарович Шукшин; 25 iyul 1929[…] – 2 oktyabr 1974[…]) — rus yazıçısı, kinossenarist, kinoaktyor, kinorejissor. Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri — həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər. 1960-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri 1961, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" əsərləri 1962-ci ildə nəşr olundu. 1963-cü ildə "Gənc qvardiya" nəşriyyatında Şukşinin "Kənd sakinləri" adlı ilk toplusu çapdan çıxdı. Həmin il "Novıy mir" jurnalında onun iki hekayəsi dərc edildi: "Əla sürücü" və "Qrinka Malyuqin" ("Onlar Katundandırlar" silsiləsindən). Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır" adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Kalina Krasnaya" ("Qırmızı Başınağacı") əsas mükafata layiq görüldü.