köhnə adətləri aradan qaldırmaq

to sweep away old customs ломать старые обычаи
köhnə adət üzrə (köhnə xatirə ilə)
Köhnə araba kimi cırıldayır.
OBASTAN VİKİ
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Aradan şəhristanı
Aradan şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aradan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 15,418 nəfər və 4,437 ailədən ibarət idi.
Azərbaycanda dəfn adətləri
Azərbaycanda dəfn adətləri — ailə məşiətini məsuliyyətli və ciddi məsələlərindən biri dəfn və yas ilə bağlı mərasimlər və adət-ənənələrdir. Ailə məişətinin digər adət və ənələrindən fərqli olaraq dəfn adətləri din ilə bağlı olduğuna görə cüzi dəyişikliklərə uğramaqla zəmanəmizədək qorunub saxlanılmışdır. Qədim zamanlardan formalaşmış xalq inamlarına görə, insanın həyatı Allah tərəfindən əvvəllcədən müəyyən edilmiş yolla inkişaf edir. İnsan doğulur, böyüyür, ailə qurur və bir gen taleyin hökmü ilə dünyasını dəyişir. Bütün bunlar, insan hələ ana bətnində olarkən onun alnına həkk olunduğuna görə "alın yazısı" adlandırırlar. Xalq arasında əcəllə bağlı elmdə "alın yazısı" hesab edilirdi. == Tarixi == Azərbaycanda Son Paleolit dövründən başlayaraq zəngin qəbir avadanlıqlarına malik müxtəlif dəfn adətləri olmuşdur. Arxeoloji qazıntılar zamanı Qobustandakı Firuz və Kənizə düşərgələrində aşkar edilmiş iki dəfn abidəsi Azərbaycanın Mezoli-Eneolit dövrü əhalisini kütləvi dəfn adətləri haqqında təsəvvür yaradır. Son Mezolit dövrünə aid Firuz düşərgəsindəki kütləvi dəfnlə əlaqədar olan abidələr on böyük və bir uşaq skeletinin qalıqları ilə yanaşı, bəzək əşyaları və müxtəlif alətlər də tapılmışdır. Kənizə düşərgəsində aşkar edilmiş Neolit dövrünün sonuna aid qəbirdə də əmək alətləri ilə birlikdə iki kişi və bir qadın dəfn olnumuşdur.
Azərbaycanda toy adətləri
Azərbaycan toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. == Haqqında == XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Hindistanda toy adətləri
Hindistanda toy adətləri - Hindistan mədəniyyətinin tərkib hissəsi. Hind tоylаrı özünün ənənəviliyi ilə fərqlənir, min illər əvvəl оlduğu kimi indi də еynilə yеrinə yеtirilir, toylardakı ritual və ənənələrin kökü Vedalara əsaslanır. Hind cəmiyyətində toy təkcə iki insanın, iki qəlbin birləşməsi deyil, toy gəlinin və bəyin ailələrini birləşdirir. Həmin andan hörmət və şərəf ailənin hər bir üzvünə aid olur. Toy adəti hər bir hindusun həyatında ən vacib mərhələlərdən sayılır. Buna görə də onun hazırlanmasına, keçirilməsinə böyük əhəmiyyət verilir. Hinduslar inanırlar ki, toy adətləri ər və arvadı sonrakı 7 həyatda bağlayır və toy hindusların həyatında 16 sanskardan (sirli qurbanvermə) biridir. Ənənəyə görə, ailə qurmaq üçün gənc oğlan və qız seçilərkən qoroskopa baxılır, gənclərin xaraktercə bir-birinə uyğun gəlmələri nəzərə alınır ki, ailə həyatları ziddiyyətlər içində keçməsin, həmişə razılıq olsun. Toydan bir həftə öncə brahman gəlir, oğlanla qızın ulduz falına baxır. Çünki, ulduzlar toya yaxın birləşirlər.
Koreyanın toy adətləri
Cənubi Koreya adətlərinə bağlı yaşayan ölkələr arasında yer alır. Toylarında hələ də bu adətləri qoruyub saxlayıblar. Koreyada bir kişi ilə qadın arasındakı nikah iki nəfərin birləşməsindən çox, iki ailənin birləşməsini təmsil edir. Beləliklə, hadisə tez-tez Taerye (Böyük Ritual) adlandırılmışdı və bütün insanlar iştirak edirdilər. Ənənəvi Konfüçyen dəyərlərində saxlanan, əsl nigahı əhatə edən mərasimlər uzan və mürəkkəb idi. Profesional aradüzəldənlər ən yaxşı nazmizədləri seçirdilər, cütlüklər adətən ilk dəfə toy günü bir-birlərin görürdülər. Ailələr qərarə bir çox amillərə görə düşünərək, həttda cütlüklərin gələcək taleləri ilə bağlı falçılarla danışaraq verirdilər. Coson dövrünlə insanlar çox kiçik yaşlarında evləndirilirdi. Qızlar oğlanlardan adətən bir neçə yaş böyük olurdu. Toy mərasimində bir çox simvolik hərəkətlər və kiçik rituallar olurdu.
Azərbaycan toy adətləri
Azərbaycan toy adətləri — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır. Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zəmanənin də təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. == Haqqında == XX əsrə qədər Azərbaycanda iki gəncin tanışlığı həddindən artıq qəliz ssenari idi. Ciddi ənələlərə əsasən toydan qabaq qızlara oğlanlar ilə ünsiyyətdə olmağa qadağan edirdilər. Lakin bütün hallarda olduğu kimi cavanlar necəsə bir birlərini görməyə nail olurdu.
Beynəlxalq gərginliyin aradan qaldırılması
Beynəlxalq gərginliyin azaldılması (mediada və xarici ədəbiyyatda - detent adlanır) — sosialist və kapitalist düşərgələri ölkələri arasında qarşıdurmanın aqressivliyini azaltmağa yönəlmiş siyasət. Termin fr. détente-dən gələn kalkadır,lakin 1960-cı illərin sonundan (nüvə paritetinin əldə edildiyi zaman) 1970-ci illərin sonlarına qədər SSRİ ilə ABŞ arasındakı münasibətlərdə siyasi proseslərə münasibətdə tez-tez istifadə olunur. “Beynəlxalq münasibətlərin istiləşməsi” termini beynəlxalq münasibətlərin əvvəlki dövrünə tətbiq edilir, çünki silahların bərabərsizliyini nəzərə alaraq münasibətlərdə “gərginliyin azaldılması” ağlasığmaz idi. 1969-1979-cu illər iki sistem arasında qarşıdurmanın intensivliyinin azalması və SSRİ ilə Qərb arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ilə xarakterizə olunur. Sovet lideri Brejnev ABŞ prezidentləri Nikson, Ford və Cimmi Karter, Fransa prezidentləri Corc Pompidu və (xüsusilə) Valeri Jiskar d'Esten, Almaniya kansleri Brandt və Şmidtlə yaxşı münasibətlər qurur. SSRİ ilə Qərb arasında münasibətlərdə yeni pisləşmə 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması ilə baş verdi və 1987-ci ilə qədər davam etdi. Sonra “yeni siyasi təfəkkür” mərhələsi başladı və bu, nəticədə Soyuq müharibənin sona çatmasına səbəb oldu.
Köhnə Alvadı
Köhnə Alvadı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Alvadi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Köhnə Alvadı kəndi Banbaşı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin qədim adı Alvadı olmuşdur. XIX əsrdə bu kənddən yeni yaşayış məntəqəsi yarandıqdan sonra əvvəlki kənd Köhnə Alvadı, yeni məntəqə isə Təzə Alvadı adlandırılmışdır. Yerli əhalinin dediyinə görə, bu ərazi qırmızı lalələrlə örtüldüyündən onu Alvadi (qırmızı çöl) adlandırmışlar. == Əhalisi == Əhalisi 3699 nəfərdir.
Köhnə Gəgir
Köhnə Gəgir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Hal-hazırda kənddə 250 nəfərdən çox insan yaşayır. == İqsadiyyat == Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. == İnfrastruktur == Kənddə 1 məktəb,1 kitabxana fəailiyyət göstərir.
Köhnə Hindkəndi
Köhnə Hindkəndi (az.-əski. کؤهنه هیندکندی‎, fars. هندی‌کندی قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 206 nəfər yaşayır (67 ailə).
Köhnə Kotam
Köhnə Kotam yaşayış yeri—Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kotam kəndindən şimal şərqdə orta əsrlərə aid yaşayış yeri. == Tarixi == Kəndin xarabalıqları Kotam çayı boyunca uzanır. Kəndin mərkəzi hissəsində məscid binası var. Evlər daş, möhrə və kvadrat formalı çiy kərpiclərdən inşa olunmuşdur. Evlər bir-birinin yaxınlığında, təpənin yamacında düzəldilmiş şəkillərdə salınmışdır. Əkin və bağ yerləri kəndin şimal tərəfindəki sahədə çay boyunca uzanır. Əhalinin əsas məşğuliyyəti bağçılıq, bostançılıq və maldarlıq olmuşdur. Kəndlə üzbəüz çayın sol sahilində Orta əsrlərə aid nekro- pol yerləşir. Kəndin içərisindəki məsciddə və nek- ropolda qalan kitabələrdə kənd sakinləri ilə bağlı məlumatlar var.
Köhnə Orand
Köhnə Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 110 nəfərdir. == Toponimiyası == Bu kəndin əsasında yaranmış yeni yaşayış məntəqəsi Orand adlandırıldığından keçmiş kənd Köhnə Orand adını almışdır.
Köhnə Pinakotek
Köhnə Pinakotek (alm. Alte Pinakothek‎) — 1836-cı ildə yaradılmış Almaniyanın Münhen şəhərinin Maksforstadt hissəsində yerləşən, dünyanın sayılan rəsm qalereyası, Bavariya dövlət rəsm toplusunun tərkib hissəsi. == Tikilməsi == Binanın təməl daşı 7 aprel 1826-cı ildə qoyulmuş, 1836-cı ilin payızında isə bitirlmişdir.. İkinci dünya müharibəsində 1943–44-cü illərdə bina dağıdılmış və 1952–57-ci illərdə Hans Döllqast tərəfindən zenidən tikilərək bərpa edilmişdir. Binada növbəti baş təmir 1994-cü ildə başlanılmış, 23 iyul 1998-ci ildə Köhnə Pinakotek yenidən istifadəyə verilmişdir. Muzeydə 700-ə qədər rəsm əsəri və tablo 19 zal və 49 otaqda daimi eksponat kimi sərgilənmişdir. Bu muzeyin əsas xüsusiyyəti ondadır ki, burada təsviri sənət nümunələrindən ancaq rəsmlər nümayiş olunur. Muzey divarları və otaqları digər muzeylərdən fərqli olaraq çox soyuq tərtibatlıdır. Burada dəm-dəsgahlı muzey mebel və dizayn dəstlərinə, heykəl nümunələrinə rast gəlinmir. Muzeyin belə soyuq tərtibatı bir qədər almanların qənaətcil və xəsis təbiətlərindən irəli gəlir.
Köhnə Pirçəm
Köhnə Pirçəm (az.-əski. کؤهنه پیرچم‎, fars. پرچم قدیم‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 106 nəfər yaşayır (30 ailə).
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. == Tarixi == == Əhalisi == 1893-cü il statistikasına görə Suraxanının əhalisi tatlardan ibarətdir.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Köhnə Tağlar
Köhnə Tağlar (əvvəlki adı: Hintağlar) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Köhnə Tağlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hintağlar kəndi Köhnə Tağlar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Köhnə Tağlar kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Sonralar kənddə yerləşən ermənilər onu Hintağlar adlandırmışdılar. Oykonim köhnə və tağlar (silsilələr) komponentlərindən düzəlib, "silsilədə yerləşən köhnə kənd" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi xüsusiyyətinə görə belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Köhnə Xaçmaz
Köhnə Xaçmaz — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Müşkür inzibati ərazi vahidində kənd. == Tarixi == Köhnə Xacmaz Samur-Dəvəçi ovalığındadır. 1900-cü ildə Biləcəri-Dərbənd dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xacmaz adı verilmişdi. Köhnə Xacmaz kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün belə adlandırılmışdır. == Təhsil == Kənddə köhnə məktəb var idi. 2012-ci ildə yeni tikilən, 600 şagird yerlik Köhnə Xaçmaz kənd tam orta məktəbi istifadəyə verilib.
Köhnə Xudat
Köhnə Xudat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd. Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Köhnə Zuvand
Köhnə Zuvand — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Güllütəpə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Köhnə Zuvand kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 625 nəfərdir.
Köhnə dudman
Köhnə dudman — 1927-ci ildə azərbaycanlı dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yazdığı tarixi dram (dramatik dilogiya) . == Süjet == Qəhrəman Pərviz xan dürüst kəndli Allahquluya zülm edir. Oğlu Bədəlin Rəhim xanına yüz əlli qızıl satır və gözəl qızı Gülsanları qaçırır. Allahkülü Parviz Xan onu asmaq əmrini verdi. Bədəl Rəhim xandan qaçmağa və onun yoldaşları ilə birlikdə dağlara doğru hərəkət etməyə çalışır. == Əsərin təhlili == "Köhnə dudman" tamaşası Haqverdiyevin ikinci tarixi oyunudur. Yazıda yazıçı, ədəbi tənqidçi Kamran Məmmədovun 18-ci əsrin feodal lordu Pərviz xanın, onun insan alveri və kəndlilərin zülmünü göstərmişdir. Əhverdiyev, həmçinin, Badal, Eldar, Rəşid və xüsusilə Allahqulu kimi, üsyançı kəndlilərin, intiqam üçün bir susuzluqla cəlb edilmiş döyüşçü kəndlilərin təsvirini yaratmışdır. "Azərbaycan Sovet ədəbiyyatı tarixinin təsviri" (Moskva, 1963) adlı kitabın müəlliflərinə görə, "Köhnə dudman" dramı "kəndlilərin burjua sahibləri sisteminə qarşı mübarizəsi" ilə bağlıdır. Bu oyunda, "Ağacın kölgəsində" adlı oyunla yanaşı, mərkəzi müsbət görünüş Axverdinin erkən əsərlərindən daha inandırıcıdır .
Köhnə dünya
Köhnə dünya — 1492-ci ildə Amerikanın kəşfinə qədər avropalılara məlum olan dünyanın üç hissəsinin — Avropa, Asiya və Afrikanın ümumi adıdır. Adətən Yeni dünyaya qarşı qoyulur. Başqa sözlə, Köhnə dünya Afro-Avrasiyadır. == Təsviri == Köhnə dünya Xristofor Kolumbun səyahətindən əvvəl avropalılara məlum olan torpaq hissələrindən ibarətdir: Avropa, Asiya, Afrika və ətraf adalar. Bu termin Amerika və Okeaniyanı nəzərdə tutan Yeni dünyaya qarşıdır. O dövrdə avropalılar Asiya və Afrikanın daxili ərazilərini fəal şəkildə tədqiq etməsələr də, onun mövcudluğu hətta Yaponiya və Cənubi Afrikada da məlum idi, buna görə də onlar həm də Köhnə Dünya hesab olunurlar. Antarktida nə Köhnə, nə də Yeni Dünya hesab olunur, çünki terminlər onun avropalılar tərəfindən kəşfindən əvvəldir. Bioloji nöqteyi-nəzərdən Köhnə dünya orqanizmlərinə Avrasiya və Afrikada, Yeni dünya orqanizmlərinə isə Amerikada rast gəlinir. Köhnə və Yeni dünyalar arasındakı fərq şərablara da aiddir: müvafiq olaraq, Avropa şərabları Köhnə dünya şərabları, Amerika və Okeaniyada istehsal olunan şərablar isə Yeni dünya şərabları kimi təsnif edilir. Arxeologiya və ümumi tarix kontekstində "Köhnə dünya" termini Tunc dövründən bəri mədəni təmasda olan, əsasən mülayim zonada ilk sivilizasiyaların paralel inkişafına səbəb olan dünyanın hissələrini əhatə edir.
Köhnə hamam
Köhnə hamam — memarlıq abidəsi Füzuli küçəsi, 27-də yerləşir. Hamam 1900-ci ildə Seyyid Mirmusa Tağıyev tərəfindən inşa olunmuşdur. Hazırda tarixi memarlıq abidəsi olaraq qorunur və təmirə böyük ehtiyacı var. == Qalereya == == Həmçinin bax == Qalaqayın məscidi Şamaxı məscidi Baba Samid məqbərəsi == İstinadlar == == Xarici keçid == mes.mctgov.az.
Köhnə univermaq
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi. == Tarix == Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir. Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. "Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..." Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.