KAFEDRA
KAFİRANƏ
OBASTAN VİKİ
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Kafir Günbəd Türbəsi
Kafir Günbəd Türbəsi – İranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə. Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər. Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır.
Kafir Qala döyüşü
Kafir Qala döyüşü — Herat yürüşünün nəticəsini müəyyən edən toqquşmalar seriyasıdır. Bəzi xüsusiyyətlərinə görə Səngan döyüşünə bənzəyən Kafir Qala döyüşü Abdali əfqanlarla Nadir xanın rəhbərlik etdiyi Səfəvi ordusu arasında baş tutmuş və Səfəvi ordusunun qələbəsi ilə nəticələnmişdir. Nadir xanın bundan əvvəlki yürüşü Sənganın yağmalanması və Abdali əfqanlar üzərində taktiki qələbə ilə nəticələnmişdi. Lakin Nadir xan bu yürüşündə heç bir yeni ərazi əldə edə bilməmiş və kiçik qələbədən sonra Məşhədə geri dönməyə məcbur olmuşdu. Onun planlarını pozan Səfəvi şahı II Təhmasib olmuşdu. Beləki II Təhmasib onu xain elan etmiş və bu Nadiri geri dönməyə məcbur etmişdi. Geri dönüb şah üzərində qələbə qazanan və onu özündən asılı vəziyyətə salan Nadir, bütün daxili problemləri həll etdikdən sonra çoxdan gözlənilən Herat yürüşünə başladı. "Tarix-e Cahanqoşa-ye Naderi"də olan məlumata görə, Nadir qoşunu ilə 1729-cu ilin Novruz bayramından 46 gün sonra Abdali əfqanları ilə döyüşə yola düşdü. Kafir qala ətrafında düşərgə salandan sonra Niyazqulu bəy Qacarın rəhbərliyi altında 500 nəfərdən ibarət qarovul dəstəsi yaratdı və qoşunun mühafizəsini bu dəstəyə tapşırdı. Nadir yürüşünə cavab vermək üçün Abdali əfqanların rəhbəri olan Allahyar xan Heratın 80 km qərbində olan Kafir Qala adlanan yerdə onu qarşıladı.
Cannabis indica var. kafiristanica
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Cannabis kafiristanica

Cannabis sativa var. kafiristanica

Echinops kafirniganus
Echinops kafirniganus (lat. Echinops kafirniganus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Kafirefs boğazı
Kafirefs boğazı (yun. Καφηρέας) — Egey dənizi akvatoriyasında yerləşən Evbeya və Andros adaları arasında yerləşir. Adı qədim yunan əfsanəsi ilə əlaqədardır. Eni 11 km təşkil edir. Boğazda güclü axınlar müşahidə edilir. Şimaldan cənuba doğru yönələn axınlar Qara dənizdən Mərmərə dənizinə və oradan da Aralıq dənizi istiqamətinə yönəlir. Boğazda eyni adlı burun vardır. Bu burunun qədim yunan əsatirlərində adı çəkilir.
Kafirin qızı (roman)
Kafirin qızı - Orxan Kamalın yazdığı və 1959-cu ildə nəşr olunan roman. Müəllif romanı elə həmin ildə yazıb. Ədəbiyyatımızda sosialist realist görüşünün ən mühüm nümayəndələrindən biri olan Orxan Kamal həmişə əməyin yanında olan qələmindən qadın dünyasını məharətlə ifadə etmək üçün daim istifadə etmişdir. Orxan Kamal qadının da fəhlə olduğu romanlarında çarxın əyri dişliləri arasındakı mübarizəni təsvir etməyə davam edir. Həmişə qoruduğu insanpərvər və parlaq görünüşü ilə...
Kafirun Surəsi
109-cu surə əl-Kafirun (Kafirlər) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir). Surə adını ilk ayədə işlənən və kafirlər mənasını verən "kafirun" sözündən almışdır. Surə kafir olanların xüsusiyyət və vəziyyətlərindən bəhs edir.
Lessinq kafirotu
Lessinq kafirotu (lat. Camphorosma monspeliaca subsp. lessingii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kafirotu cinsinin camphorosma monspeliaca növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Monqolustan, İran və Rusiyada yayılmışdır. Hündürlüyü 20-60 sm olan çoxgövdəli yarımkolcudur. Aşağı hissələri odunlaşmışdır. Üzəri xırda ağımtıl tüklüdür. Yarpaqları 2-6 mm uzunluğunda, xətli bizvaridir. Çiçəkləri sünbülvari çiçək qruplarında tək-tək sıx yerləşir.
Marsel kafirotu
Kafirotu
Kafirotu (lat. Camphorosma) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях