kambi

kambi (bot.)
kambalayabənzər 2021
kambiform
OBASTAN VİKİ
Arnolfo Di Kambio
Arnolfo Di Kambio (it. Arnolfo di Cambio; təq. 1240[…], Kolle di Val d'Elsa, Toskana – təq. 8 mart 1302, Florensiya) — italyan heykəltəraşı və memarı. == Həyatı == Bolonyadakı San-Domeniko kilsəsində müqəddəs Dominikin sarkofaqı və Siena baş kilsəsinin kafedrasının yaradılmasında Pizanonun köməkçisi və ehtimal ki, şagirdi olmuşdur. Antik irsə böyük marağı da Pizanodan əxz etmişdir. Romada 1277-ci ildən, 1294-cü və ya 1296-cı ildən sonra Florensiyada işləmişdir. Qədim Roma heykəltəraşlığı ənənələrini fransız qotikasının təsiri ilə birləşdirərək, özünün əzəmətli — epik obrazlarında italyan Protorenesansı plastikasının əsasını qoymuşdur. Perucadakı fəvvarə üçün fiqurlar, kardinal Qiyom de Breyin və kardinal Annibaldinin, papa VIII Bonifatsinin mərmər sərdabələri, Vatikandakı Müqəddəs Pyotr baş kilsəsindəki Müqəddəs Pyotrun tunc heykəli, Florensiya baş kilsəsinin fasadındakı fiqurlar onun ən mühüm əsərlərindəndir. Memar kimi Florensiyada işləmiş, baş kilsənin yenidən qurulmasında, Badia abbatlığı və Santa-Kroçe kilsələrinin inşasında və ehtimal ki, həmçinin Palasso Vekkyonun tikintisində də iştirak etmişdir.
II Kambis
II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559, Ekbatan – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu. == Misirin fəthi == II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu.
II Kambiz
II Kambiz (qədim farsca. Камбӯджия; e.ə. 559, Ekbatan – e.ə. 522, Ekbatan) — E.ə. 530-522-ci illərdə Əhəmənilər hökmdarı. E.ə. 525-522-ci illərdə Misir fironu. II Kirin böyük oğlu. == Misirin fəthi == II Kir massagetlərlə döyüşdə həlak olduqdan (e.ə. 530) onun oğlu II Kambiz Əhəməni taxt-tacına sahib oldu.
Kambinq adası
Kambinq adası (ind. Pulau Kambing) — Madura boğazında yerləşən, İndoneziyaya məxsus olan ada. Adanın sahəsi 1,3 km²-dir. İnzibati baxımından Şərqi Yava vilayətinin (ind. Provinsi Jawa Timur), Sampanq dairəsinə daxildir. Ada dairəvi formaya malikdir. Ada arxitekturası əsasən Portuqaliya dönəminə aiddir.
Kambisena
Kambisena — Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Qafqaz Albaniyasının şimal-qərbində, İberiya sərhədində yerləşmişdi. Kambisena şimal-qərbdə Alazan və İori çaylarının orta axarlarından, cənubda Kür çayınadək, şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.
Kambizin itmiş ordusu
Kambizin itmiş ordusu — e.ə. 524-cü ildə Qərb səhrasında baş verən qum fırtınasında yoxa çıxan 50,000 nəfərlik əfsanəvi İran ordusu. == Zəmin == Herodotun yazdıqlarına görə, II Kambiz Sivə vahəsində yerləşən Amon məbədini təhdid etmək üçün ora bir ordu göndərmişdi. 50,000 nəfərlik ordu səhranın yarı yolunda idi ki, böyük bir qum fırtınası onların hamısını məhv etdi. Ordudan heç bir qalıq və ya iz tapılmamışdı. Bir çox misirşünas bu hekayəni apokrif hesab etsə də, insanlar illərdir əsgərlərin qalıqlarını axtarırlar. Onlara qraf Laslo Almaşi ("İngilis pasiyent" romanının ona əsaslanmışdır) və müasir geoloq Tom Braun daxildir. 1933-cü ilin yanvarında Ord Çarlz Vinqeyt Misirin o vaxtlar Liviya səhrası kimi tanınan Qərb səhrasında uğursuz axtarışlar aparmışdır.