Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Venlo
Venlo - Niderlandda yerləşən şəhər. == Coğrafiya və etnoqrafiya == Venloda şəhər əhalisi əsasən niderlandlıdılar. Ancaq onlarla yanaşı almanlar, türklər və mərakəşlilərdə sayca çoxluq təşkil edir.Əsas din cərəyan katoliqlərdir. == Tarixi == Şəhər XI əsrdə yaradılıb. Hanza ittifaqına daxil olub. 1839-1866-cı illərdə Lüksemburqun tərkibinə daxil olub.Sonradan Niderlanda qaytarılıb. I və II dünya müharibəsində Almaniyanın əsas hava aviasiyası burda yerləşib. == İqtisadiyyat və nəqliyyat == Əsasə ticarət şəhəridir. Buraya Fransa və Almaniyadan çoxlu turistlər gəlir. Dəmir və avtomobil yolları ilə Avropanın digər şəhərləri ilə əlaqə saxlanılır.
Avqus Vesli
Avqus Anselm Vesli (3 avqust 1887, Tampere – güm. 1942, Leninqrad) — Finlandiyalı jurnalist, həmkarlar ittifaqının üzvü və inqilabçı. 1918-ci il Finlandiya vətəndaş müharibəsində Qırmızı Qvardiyaya rəhbərlik etmişdir. == Həyatı == === Erkən illəri və Finlandiya vətəndaş müharibəsi === Avqus Anselm Veslin Tampere şəhərində dünyaya gəlib və 1904-cü ildə 17 yaşında ABŞ-yə köç edib.
SV Vespo
"SV Vespo" — Boneyrin Rinkon şəhərini təmsil edən futbol klubudur. Klub hal-hazırda Boneyrin əsas liqası olan Boneyr Liqasında mübarizə aparır. == Tarixi == Klub 9 aprel 1959-cu ildə təsis edilmişdir.
Vesli Mitçell
Vesli Kler Mitçell (ing. Wesley Clair Mitchell; 5 avqust 1874[…], Raşvill[d], İllinoys – 29 oktyabr 1948[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı və statistiki, Harvard məktəbinin nümayəndəsi. == Həyatı == Vesli Kler Mitçell 5 avqust 1874-cü il tarixində ABŞ-nin İllinoys ştatında yerləşən Raşvill şəhərində anadan olmuşdur. O, 1909–1912-ci illərdə Kaliforniya Universitetinin, 1914–1919 və 1922–1944-cü illərdə isə Kolumbiya Universitetinin professoru olmuşdur. Mitçell 1920–1945-ci illərdə Milli İqtisadi Tədqiqatlar Bürosuna başçılıq etmişdir. Onun üçün təsviri-statistik metod, iqtisadi proseslərə empirik yanaşma, kapitalizmin obyektiv iqtisadi qanunlarını nəzərə almamaq xarakterikdir. Mitçell iqtisadi sikllərin tədqiqatçısı kimi tanınmış Mitçell kapitalist iqtisadiyyatının böhransız inkişafının mümkünlüyünü sübut etməyə çalışmışdır. O, 1929–1933-cü illər iqtisadi böhranından sonra "tənzimlənən kapitalizm" nəzəriyyəçilərindən biri olmuşdur. Mitçell 29 oktyabr 1948-ci il tarixində, 74 yaşında ABŞ-nin Nyu-York şəhərində vəfat etmişdir.
Vəsli daşdələn
Saxifraga exarata (lat. Saxifraga exarata) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i, ii, iii, iv). == Təbii yayılması == Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsində yayılmışdır. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur.
Vesle Tavleoya adası
Vesle Tavleoya (norv. Tavleøya) — Şpitsbergen arxipelaqına daxil adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Ondan bir qədər cənubda Tavleoya adası qərarlaşır. Barens dənizi akvatoriyasına daxildir. Böyük ehtimalla adanın daxil olduğu adalar qrupu hələ 1618-ci ildə holland balina ovçuları tərəfindən kəşf edilmişdir. 1 yanvar 1973-cü ildən etibarən Spisbergen Şimal-şərq təbiət qoruğu ərazisinə daxildir.
Esportiva Velo FK
Esportiva Velo Futbol Klubu — Velo Klub kimi də tanınan, 28 avqust 1910-cu ildə təsis edilən və San-Paulu ştatının Riu-Klaro şəhərini təmsil edən Braziliya futbol klubudur. == Tarixi == Klub 28 avqust 1910-cu ildə təsis edilmişdir. Klub 1925-ci ildə Paulista Liqasının İnterior dəstəsinin qalibi olmuşdur. == Nailiyyətləri == Paulista Liqası İnterior dəstəsi: Çempion (1): 1925 == Stadion == Esportiva Velo Futbol Klubu öz ev oyunlarını Estadio Benito Agnello Kastellano stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 8198 nəfərə bərabərdir.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Perlo
Perlo (Averon)
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Qəmlo
Qəmlo (tam adı: Qəmbəralı İsmayıl oğlu Abbasov; 1893-1931) — Azərbaycan xalq qəhrəmanı. == Həyatı == Qəmbəralı İsmayıl oğlu Abbasov 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-cı ildə orada vəfat edib. Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi”nin (1921-ci ildən “Qırmızı Tabor” adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-çi illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır.
Sesklo
Sesklo (yun. Σέσκλο) və ya Sesklon(Σέσκλον) — e.ə. VII-VI minilliklərdə Avropada bilinən ilk Neolitik yaşayış yerlərindən biridir. Yunanistanın Volos şəhərindən 8 kilometr qərbdə, Fessaliyanın Maqnesiya periferiya birliyindəki Volos icmasında, XIX əsrdə qazıntıların aparıldığı mövcud bir Aromanyalı kəndinin adı verilmişdir. 2011-ci il siyahıyaalma tarixinə görə 862 əhali vardır. == Arxeologiya yeri == Ən qədim tapıntılar eramızdan əvvəl ~ 6850-ci ilə aiddir. e. 660 ilə qədər bir səhv ilə. Proto-Sesklo və Sesklodan əvvəlki iki fərqli mədəniyyətə aiddirlər. Sonuncusu, əsas proto-Sesklo kəndinə bitişik ikinci dərəcəli yaşayış məntəqələri ilə təmsil olunur və Tuna sahillərində, Thessaly'nin şimalında coğrafi olaraq paylanmış köhnə Krişna mədəniyyətinin işğalçılarına aiddir.
Sesyo
Sesyö (fr. Cessieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dü-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38064. Kommunanın 2008-ci il üçün əhalisi 2853 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Tesla
Nikola Tesla (1856–1943), Elektrik mühəndisi və ixtiraçı
Velsk
Velsk (rus. Вельск) — Rusiyada yerləşən şəhər, Arxangelsk vilayətinin Velsk rayonunun inzibati mərkəzi. Sahəsi — 2650 ha. Əhalisi — 22 776 nəfər (2017). Şəhər Vaqa çayının sol sahilində, Arxangelskdən 510 km məsafədə, Vel çayının axdığı yerdə yerləşir. == Tarixi == Yaşayış məntəqəsi ilk dəfə 1137-ci ildə Novqorod knyazı Svyatoslav Olqoviçin nizamnaməsində kilsə xəracı toplama nöqtəsi kimi qeyd olunmuşdur; 1397-ci il tarixlərində bu yer Vel kilidi olaraq xatırlanır. 1462-ci ildə Novqorod Respublikası ilə Moskva knyazlıqları arasındakı sərt mübarizə nəticəsində Vajsk volostunun bir hissəsi olan Velsk kilsəsi Moskvanın Böyük Moskva knyazlığına aid olmağa başladı. 1708-ci ildə Velsk yeni yaradılan Arxangelsk əyalətinin tərkibinə daxil oldu. Sonradan, Velsk, Ketrin II-nin islahatlarına uyğun olaraq, 25 yanvar 1780-ci ildə Arxangeloqorod vilayətindən ayrılmış Voloqda vilayətinin Vologda vilayətinin Vajsk mahalı (1715-dən 1719-cu ilədək — Vajsk payı, 1727-ci ilədək — rayon) Verkhovazhsky yarısında yerləşdi. 30 iyun 1780-ci ildə Velsk rəsmi olaraq açıldı, Velsk bir mahal şəhəri statusu aldı və Verxovaj yarısından meydana gələn Velsk mahalı Vologdanın hissəsi oldu.
Fragaria vesca subsp. vesca
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
2244 Tesla
2244 Tesla— cırtdan planet və ya asteroiddir. O 22 oktyabr, 1952-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının paytaxtı Belqradda (hal-hazırda Serbiya) kəşf edilib. Bu cırtdan planet müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsindəki töhfələri ilə məşhur olan Serb əsilli Amerikalı ixtiraçı və elektrik mühəndisi Nikola Teslanın şərəfinə adlandırlıb. Onun siderik dövrü 4 il 261 günə bərabərdir.
98 Nəsli
98 Nəsli (isp. La Generación del 98) — ispan ədəbiyyatında Filippin, Puerto Riko, Kuba və Quamın İspaniya Krallığının əlindən çıxması ilə nəticələnən 1898-ci ildə baş vermiş ABŞ ilə müharibədən sonra ölkədəki siyasi, sosial, bir çox dəyərlərin çöküşü fonunda ortaya çıxmış, bir çox yazıçı, şair və publisistin mənsub olduğu müəlliflər qrupu. 98 Nəsli ədiblərin, demək olar ki, hamısı 1864–1874-cü illərdə doğulmuşdur.
Accipiter velox
Accipiter erythronemius (lat. Accipiter erythronemius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Avqus Uesli
Avqus Anselm Vesli (3 avqust 1887, Tampere – güm. 1942, Leninqrad) — Finlandiyalı jurnalist, həmkarlar ittifaqının üzvü və inqilabçı. 1918-ci il Finlandiya vətəndaş müharibəsində Qırmızı Qvardiyaya rəhbərlik etmişdir. == Həyatı == === Erkən illəri və Finlandiya vətəndaş müharibəsi === Avqus Anselm Veslin Tampere şəhərində dünyaya gəlib və 1904-cü ildə 17 yaşında ABŞ-yə köç edib.
Bahar fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Fragaria vesca
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Frantişek Veselı
Frantişek Veselı (7 dekabr 1943, Praqa – 30 oktyabr 2009, Praqa) — Çexiya futbolçusu == Həyatı == Çexiyalı Avropa çempionu Frantişek Veselı 2009-cu ildə dünyasını dəyişib. 1976-cı ildə qitə birinciliyinin qalibi olan veteran futbolçu 65 yaşında ürək tutmasından ölüb. == Karyerası == Frantişek karyerasının böyük hissəsini keçirdiyi Praqanın "Slaviya" klubunda 920 oyunda meydana çıxıb. O, Avropa çempionluğunu qazandığı Çexoslovakiya yığmasının heyətində 34 görüş keçirib.